General-polkovnik — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. Ordu generalından və onun analoji rütbələrindən aşağı olsa da, Azərbaycan Silahlı Qüvvələrində və gömrük orqanlarında indiyədək verilmiş ən yüksək rütbədir. General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən, əsasən, hərbi birləşmə və dövlət orqanı rəhbərlərinə verilir.
General-polkovnik | ||
---|---|---|
| ||
Ölkə | Azərbaycan | |
Təsis edilib | 5 sentyabr 1991 | |
Yuxarı rütbə |
Ordu generalı, Həqiqi dövlət ədliyyə müşaviri, Həqiqi dövlət gömrük xidməti müşaviri |
|
Aşağı rütbə | General-leytenant | |
Analoji rütbə |
Admiral, I dərəcəli dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri |
|
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ dövründə general-polkovnik rütbəsi 7 may 1940-cı ildə təsis edilmiş və Fəhlə-Kəndli Qırmızı Ordusunun ali zabit heyətinə verilmişdir. Böyük Vətən müharibəsində və sonrakı illərdə bu rütbə müxtəlif kateqoriyalara bölünərək ittifaq respublikalarındakı, habelə Azərbaycan SSR-dəki şəxslərə SSRİ Nazirlər Sovetinin qərarı ilə verilmişdir.[1] Sovet hakimiyyəti dövründə bu rütbəni azərbaycanlılardan yalnız Tofiq Ağahüseynov almışdır. O, müstəqillik dövründə də bu rütbəni daşımışdır.
Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etdikdən sonra general-polkovnik rütbəsinin verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirmişdir. Müstəqil Azərbaycanda bu rütbəyə 25 may 1998-ci ildə müdafiə naziri Səfər Əbiyev layiq görülmüşdür. İlk gömrük xidməti general-polkovniki rütbəsini isə 17 yanvar 2002-ci ildə Kəmaləddin Heydərov almışdır. Kəmaləddin Heydərov 6 fevral 2006-cı ildə general-polkovnik hərbi rütbəsini də almaqla həm xüsusi, həm də hərbi general-polkovnik rütbəsi verilmiş yeganə şəxs olmuşdur.
"Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən general-polkovnik rütbəsi hərbi dəniz donanmasındakı admiral ali hərbi rütbəsinə, prokurorluq və ədliyyə orqanlarındakı I dərəcəli dövlət ədliyyə müşaviri, miqrasiya orqanlarındakı I dərəcəli dövlət miqrasiya xidməti müşaviri, vergi orqanlarındakı 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə, fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə, eləcə də dövlət qulluğundakı 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur.[2]
Azərbaycanda hərbi birləşmələr və dövlət orqanlarında general-polkovnik rütbəsi aşağıdakı kimi təsnifatlaşdırılır:
Bundan əlavə, daxili işlər orqanlarında daxili xidmət general-polkovniki ali xüsusi rütbəsi də mövcud olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə 10 oktyabr 2006-cı ildə həmin rütbə ləğv edilmişdir.[3]
Polis general-polkovniki və ədliyyə general-polkovniki ali xüsusi rütbələri indiyədək heç kimə verilməyib. Tibb xidməti general-polkovniki ali hərbi və xüsusi rütbələri, eləcə də ədliyyə general-polkovniki ali hərbi rütbəsi isə mövcud deyil.
Ali hərbi rütbələr | Ali xüsusi rütbələr | ||||||
---|---|---|---|---|---|---|---|
General-polkovnik | Polis general-polkovniki | Gömrük xidməti general-polkovniki | Ədliyyə general-polkovniki | ||||
Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə | Hərbi Hava Qüvvələrində | Dövlət Sərhəd Xidmətində | Dövlət Təhlükəsizliyi Xidmətində | Xarici Kəşfiyyat Xidmətində | Daxili işlər orqanlarında | Gömrük orqanlarında | Ədliyyə və prokurorluq orqanlarında |
Rəhbər vəzifədə çalışan şəxslərin poqonları sünbül təsviri ilə haşiyələnir. Mərasim geyimlərində isə poqonların üzərinə qızılı rəngdə naxışlı örtük çəkilir.
Ali hərbi rütbələr | Ali xüsusi rütbələr | |||
---|---|---|---|---|
General-polkovnik | Gömrük xidməti general-polkovniki | |||
Azərbaycan Ordusu və digər silahlı birləşmələrin rəhbəri vəzifəsində | Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsində | Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində | Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində | Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində |