Geomorfoloji mərhələ — İ. P. Gerasimov və Y. A. Meşəryakov (1964) tərəfindən irəli sürülmüşdür. G.m. Yerin inkişaf tarixində geoloji mərhələdən təcrid olunmuş müstəqil mərhələ kimi qiymətləndirilir. G.m.vaxt cəhətdən neotektonik mərhələyə müvafiq gəlsədə də onların hər birini müstəqil mərhələ kimi ayırmaq lazımdır. Neotektonik hərəkətlər Yerin müasir geomorfoloji quruluşunu formalaşdıran hərəkətlərdir. G.m. Mezezoyun xeyli hissəsini və bütünlüklə kaynazoyu əhatə edir. Bu dövrdə cavan platformalar və dağlar (Alp və qismən Mezazoy dağ sistemləri) formalaşmışdır. Bu dövrdə cavan materiklər yaranmış və onlar materiklərin qədim özülü ətrafında birləşərək materik çıxıntılarını birləşdirir. Mis: Qərbi Sibir, Turan və Qərbi Avropa cavan platformaların yaranması və onların Sibir və Şərqi Avropa sipərləri ətrafında birləşməsi nəticəsində nəhəng Avrasiya platforması yaranmışdır. Mezokaynozoy dövründə cavan platforma, dağ və dağarası çökəkliklərin yaranması; Yer səthində Alp, Qafqaz, Himalay, Kordilyer, And dağları, Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi, Mərkəzi Asiyanın quru (Uyqur) çökəkliklərin yaranması;Avrasiyanın şərq sahili boyunca dərin tektonik yarıqlarla müşayət olunan qövsvari dağlar adalar sistemi formalaşması və s. Gətirdiyimiz misallar geomorfoloji mərhələnin ayrılmasına tam əsas verir.[1]