Georgi Flerov

Georgi Nikolayeviç Flerov (rus. Гео́ргий Никола́евич Флёров; 17 fevral (2 mart) 1913, Rostov-na-Donu, Don Voysko vilayəti[d][1]19 noyabr 1990, Moskva) — Sovet nüvə fiziki, Dubnadakı Birgə Nüvə Tədqiqatları İnstitutunun yaradıcılarından biri, SSRİ Elmlər Akademiyasının akademiki (1968). Sosialist Əməyi Qəhrəmanı, Lenin (1956) və iki dəfə Stalin mükafatı laureatı.

Georgi Flerov
rus. Георгий Николаевич Флёров
Doğum tarixi 17 fevral (2 mart) 1913
Doğum yeri
Vəfat tarixi 19 noyabr 1990(1990-11-19) (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri Nüvə fizikası
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni
"Lenin" mükafatı SSRİ Dövlət mükafatı
"Monqolustan Xalq İnqilabının 50 illiyi" yubiley medalı "Dostluq" medalı
"Stalin" mükafatı
"Kiril və Mefodi" ordeni Medal of Friendship
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georgi Flerov Rostov-na-Donuda Nikolay Mixayloviç Flerov (1889-1928) və Yelizaveta Pavlovna (Fruma-Leya Peretsovna) Brailovskayanın ailəsində anadan olub.[2] Onun özündən böyük qardaşı Nikolay (1911-1989) var idi.[3] Atası Rusiyanın Çerniqov vilayətinin Qluxov şəhərindən olan keşişin oğlu, bank işçisi olub.[4][5] Anası Rostov yəhudi ailəsindən idi. Kiyev Universitetinin tibb fakültəsinin tələbəsi ikən 1907-ci ildə atası inqilabi fəaliyyətinə görə universitetdən qovularaq və Peçoraya sürgün edilib. Burada həyat yoldaşı ilə tanış olub. Sürgün bitdikdən sonra cütlük gələcək alimin babası və nənəsi - Perets Xaymoviç Brailovski və Xana Simxovna Veisbergin yaşadığı Rostova qayıdırlar. Burada Georgi və qardaşı Nikolay doqquz illik orta məktəbi bitiriblər. Atalarının ölümündən sonra hər ikisi 1938-ci ildə Leninqradda oğullarının yanına köçənə qədər (1942-ci ildə mühasirədə olan Leninqradda vəfat edib) “Molot” qəzetinin redaksiyasında korrektor işləyən anası tərəfindən tərbiyə olunur.[6]

Georgi Flerov 1929-cu ildə məktəbi bitirib. O, əvvəlcə fəhlə, sonra iki ilə yaxın Rostov-na-Donuda Ümumittifaq Elektrotexnika Birliyində elektrik montyorunun köməkçisi, nəhayət, lokomotiv təmiri zavodunda yağlayıcı işləyib.

1932-ci ildə Leninqrada gəlib, xalası, Leninqrad Rayon Xəstəxanasının terapevtik şöbəsinin müdiri Sofya Pavlovna Brailovskayanın evində məskunlaşıb. O, burda "Krasnıy Putilovets" zavodunda elektrik-parometrist kimi çalışmağa başlayıb.

Flerov 2933-cü ildə zavod tərəfindən M.İ.Kalinin adına Leninqrad Sənaye İnstitutunun mühəndis-fizika fakültəsinə göndərilir. 1936-cı ildə İqor Kurçatovun laboratoriyasında təcrübə keçməyə başlayır. 1938-ci ildə onun rəhbərliyi altında Flerov dissertasiya işini bitirərək Leninqrad Fizika-Texniki İnstitutunda öz qrupunda qalır.

1941-ci ilin payızında milis sıralarına qoşulub, Leninqrad yaxınlığındakı döyüşlərdə iştirak edib. Təhsilini nəzərə alaraq, Hərbi Hava Qüvvələri Akademiyasına göndərilib. Bunun üçün Flerov Yoşkar-Olaya evakuasiya edilib. 1942-ci ildə Cənub-Qərb Cəbhəsinin 90-cı ayrı-ayrı kəşfiyyat aviasiya eskadronunda (90-cı ORAE, komandir mayor M.P.Voronin) xidmət edib.[7] 1942-ci ilin avqustunda işləmək üçün SSRİ Elmlər Akademiyasına ezam olunub.

1990-cı il noyabrın 19-da Moskvada vəfat edib. Novodeviçye qəbiristanlığında dəfn olunub.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1940-cı ildə A.F.İoffe adına REA-nın Fizika-Texniki İnstitutunda Konstantin Petrjak ilə birlikdə radioaktiv çevrilmələrin yeni növünü - uran nüvələrinin kortəbii parçalanmasını kəşf etdi.[8] 1942-ci ilin payızında cəbhədə döyüşlərin qızğın çağında “SSRİ EA-nın məruzələri” (1942. XXXVII cild, No 2, s. 67) və “SSRİ EA-nın Əsərləri” jurnallarında “Uranın spontan parçalanması” və “Toriumun spontan parçalanması” məqalələri dərc edildi.

1942-ci ilin aprelində o, İosif Stalinə məktub yazaraq, müharibənin dayandırdığı Ukan layihələrini bərpa etməyi təklif edir.[9][10][11] Digər tərəfdən, G.N.Flerovun Stalinə yazdğı məktubu tamamlamadığını və göndərmədiyini deməyə əsas var.[12]

1943-cü ildə o, sovet atom layihəsi üzərində işləyən alimlər qrupuna daxil edilib. 1949-cu ildə ilk sovet atom bombası RDS-1-i yaradan zaman o, plutoniumun kritik kütləsini müəyyən etmək üçün şəxsən riskli təcrübə aparıb.

Georgi Flerov 1953-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

1954-cü ildə Atom Layihəsini tərk edib və İqor Kurçatovun dəstəyi ilə transuran elementlərinin sintezi üzərində işə başlayıb. Georgi Flerov 1955-ci ildən Sov.İKP üzvüdür.

Georgi Flerov 1955-ci ildə “Üç yüzlük məktubu”nu imzalayanlar arasında olub.

1957-ci ildə Dubnaya köçüb və 1960-cı ildə istifadəyə verilmiş U-300 ağır ion sürətləndiricisinin tikintisinə təşəbbüs göstərib. Bu layihə üzrə bir ildən sonra ilk təcrübələr başlayıb. U-300 öz imkanlarına görə dünyada bu sinifin bütün sürətləndiricilərindən üstün idi.

Georgi Flerov Nüvə Reaksiyaları Laboratoriyasının təsisçisi və elmi rəhbəri (1957-1990) olub.

1965-1974-cü illərdə Flerovun rəhbərliyi ilə Birgə Nüvə Tədqiqatları İnstitutunun bir qrup əməkdaşı ilk dəfə Mendeleyevin dövri cədvəlinin 102-106-cı elementlərini sintez edib.

Çernobıl AES-də baş vermiş fəlakətin nəticələrini aradan qaldırmaq üçün Flerov və onun əməkdaşları tərəfindən hazırlanmış iz membranlarının (nüvə filtrləri) texnologiyalarından istifadə edilib.

Georgi Flerov 1968-ci ildə XXIV Mendeleyev günlərində məruzəçi olub.

SSRİ-nin Kəşflər Dövlət Reyestrinə daxil edilmiş bir sıra elmi kəşflərin müəllifi:[13]

  • 14 iyun 1940-cı il tarixli prioritet № 33 altında "uran nüvələrinin spontan parçalanması"
  • 24 yanvar 1962-ci il tarixli 52 nömrəli prioritetlə "Həyəcanlı vəziyyətdən atom nüvələrinin kortəbii parçalanması (öz-özünə parçalanan izomerlər)".
  • 12 iyul 1971-ci il tarixli 160 saylı prioritetlə "Atom nüvələrinin gecikmiş parçalanması fenomeni"
  • 20 aprel 1965-ci il və 10 avqust 1967-ci il tarixli prioritetlə № 132 altında "Yüz üçüncü element - Lawrence".
  • 9 iyul 1964-cü il tarixli prioritetlə № 37 altında "104-cü Element - Ruterfordium".
  • 18 fevral 1970-ci il tarixli, 114 saylı prioritetlə "105-ci element Dubniumdur".
  • 11 iyul 1974-cü il tarixli 194 nömrəli prioritetlə "Atom nömrəsi 106 olan elementin radioaktiv izotopunun əmələ gəlməsi - Seaborgium".

Georgi Flerov Taqanka Teatrının ictimai bədii şurasının üzvü idi.[14]

  • Nüvə Tədqiqatları İnstitutunun Nüvə Reaksiyaları Laboratoriyası və onun yaşadığı Dubnadakı küçə Flerovun adını daşıyır; küçənin əvvəlində alimin büstü var.
  • Flerovun şərəfinə "Dubna 6 nömrəli lisey"ə Akademik G.N.Flerov adı verilib. Bu liseydə gənc tədqiqatçılar üçün “Flerov oxumaları” beynəlxalq məktəb-konfransı keçirilir.
  • 2011-ci ildə 114-cü element Flerovun şərəfinə Flerovium adlandırılıb.
  • 2013-cü ildə Rusiya Poçtu G.N.Flerova həsr olunmuş xatirə markası buraxıb.[15]
  • 2015-ci ildə Rostov-na-Donuda Flerovun doğulduğu və məktəb illərini keçirdiyi Puşkinskaya, 151 küçədəki evdə xatirə lövhəsi açılıb.[16]
  • Moskvanın Severnı rayonundakı küçə 2016-cı ilin oktyabrında onun adı ilə adlandırılıb.
  • Aeroflot aviaşirkətinin VP-BFG Airbus A320 təyyarəsi Q.Flerovun adını daşıyır.[17]
  1. 1 2 Флёров Георгий Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. "Генеалогия семьи Флёровых". JewAge.org. 2016-08-16 tarixində arxivləşdirilib.
  3. "Флёров Михаил Николаевич". Сайт «Толдот Йешурун». 2016-03-05 tarixində arxivləşdirilib. Надгробный памятник на Востряковском еврейском кладбище: Николай Флёров и его вторая жена Ирма Захаровна Абрамович-Бык (1922—2005).
  4. "Georgi Flerov" (rus). "Герои страны" saytında.
  5. "Курчатовский институт. История атомного проекта. Вып. 13. — 1998 — Электронная библиотека «История Росатома»". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-03.
  6. Белюстов В. Н.. «Многовалентный» Флёров // Физика – Первое сентября (журнал). № 2. М. 2013.
  7. "Авиаторы". 2019-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-31.
  8. Петржак К. А., Флёров Г. Н. Спонтанное деление урана // Доклад на Совещании по атомному ядру 1940 г.; ЖЭТФ, том 10, стр. 1013 (1940); УФН, том 25, вып. 2, стр. 241 (1941) Arxivləşdirilib 2009-04-25 at the Wayback Machine
  9. "Курчатовский институт. История атомного проекта. Вып. 13. — 1998 — Электронная библиотека «История Росатома»". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-03.
  10. Thomas B. Cochran, Robert S. Norris, Oleg A. Bukharin, MAKING THE RUSSIAN BOMB FROM STALIN TO YELTSIN, ru:Natural Resources Defense Council, Inc., Westview Press Boulder, San Francisco, Oxford, 1995.
  11. "ДОРОГОЙ ИОСИФ ВИССАРИОНОВИЧ! | Статьи | Известия". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-03.
  12. Гончаров Г. А., Рябев Л. Д. О создании первой отечественной атомной бомбы. // Успехи физических наук. Том 171, № 1, С. 79—104
  13. "Научные открытия России". 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-13.
  14. "Источник" (PDF). 2022-01-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-03.
  15. "21 января в почтовое обращение выходит марка «100 лет со дня рождения Г. Н. Флёрова (1913—1990), физика-ядерщика»". 2013-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-20.
  16. "Памятная доска имени Георгия Флёрова открыта в Ростове". Официальный сайт ГТРК «Дон-ТР». 2015-11-06. 2016-03-05 tarixində arxivləşdirilib.
  17. "Aeroflot Enhances Fleet With Four Airbus A320 Family Aircraft". 2018-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]