Georgi Leonidze adına Gürcüstan Dövlət Ədəbiyyatı Muzeyi (gürc. საქართველოს გიორგი ლეონიძის სახელობის ქართული ლიტერატურის სახელმწიფო მუზეუმი) — 1930-cu ildə Tbilisi Teatr Muzeyinin, daha sonra isə Moskvada məşhur Andrey Rublov muzeyinin yaradıcısı olan David Arsenişvilinin təşəbbüsü ilə yaradılmış muzey.[1]
Georgi Leonidze adına Gürcüstan Dövlət Ədəbiyyatı Muzeyi | |
---|---|
საქართველოს გიორგი ლეონიძის სახელობის ქართული ლიტერატურის სახელმწიფო მუზეუმი | |
Əsası qoyulub | 1930 |
Ölkə | Gürcüstan |
Yerləşir | Tiflis |
41°41′58″ şm. e. 44°47′56″ ş. u.HGYO | |
literaturemuseum.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu muzeyin yaradılmasının ən böyük təşəbbüskarı gürcü şairi Titsian Tabidze idi. O, 1919-cu ildən bəri simvolist yazıçılar qrupu – “Mavi buynuzlar” ilə birlikdə ədəbiyyat muzeyinin yaradılmasının tərəfdarı idi. Titsian Tabidze İvan Enikolofovla birlikdə həm də muzeyin ilk sədri olub.[2]
Muzeyin ilk binası Tbilisidə Mtatsminda təpələrində yerləşən, Gürcüstanın ən görkəmli yazıçı və şairlərinin panteonu olan Mtatsminda Panteonu evi olub. Əvvəlcə muzey oradakı məşhur şəxsiyyətlərin sənədlərini və əlyazmalarını qorumaq üçün yaradılmışdır. Beləliklə, qurumun ilk adı Mtatsminda Yazıçılar Muzeyi olub. Lakin sonralar, 1938-ci ildə kolleksiya gürcü ədəbiyyatının XIX-XX əsrlərinə aid müxtəlif növ sənədlərlə tamamlandıqda və böyüdükdə, muzey yeni binasına: indiyədək yerləşdiyi Giorgi Çanturiya küçəsi 8 ünvanındakı tutduğu tarixi binaya köçdü ( XIX əsrin sonlarında tikilmiş, əvvəllər Qafqaz canişi müavininin iqamətgahı olmuşdu) və adı dəyişdirilərək Dövlət Ədəbiyyat Muzeyi oldu.
Muzey 1967-ci ildən 1939-1951-ci illərdə muzeyin direktoru olmuş Georgi Leonidzenin adını daşıyır. Muzeyin həyətində Leonidzenin büstü də qoyulub.[3]
Ədəbiyyat arxivi kimi fəaliyyət göstərən Ədəbiyyat Muzeyi gürcü ədəbiyyatının, əsasən, son iki əsrin ən zəngin kolleksiyasını (demək olar ki, 130000 əlyazma, 27000-ə yaxın fotoşəkil, 2000-dən çox rəsm və qrafika və s.) təşkil edir. Burada İlya Çavçavadze, Akaki Sereteli, Vaja Pşavela, İvane Maçebeli, Aleksandr Kazbeqi, Qalaktion Tabidze, Titsian Tabidze və bir çox başqaları kimi ən görkəmli gürcü yazıçılarının əşyaları saxlanılır. Burada, həmçinin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, rus yazıçısı Boris Pasternakın və Gürcüstanda yaşamış alman yazıçısı Artur Leistin də əsərləri var.
1940-1952, 1982-2005-ci illərdə Ədəbiyyat Muzeyi gürcü ədəbiyyatının "Ədəbiyyat salnaməsi" silsilə tədqiqat kitablarını nəşr etmişdir (Gürcücə: 'Literaturis Matiane" / "ლიტერატურის მატიანე" ).
Muzeyin daimi sərgisi yoxdur, lakin burada müxtəlif qısa və uzunmüddətli sərgilər, tamaşalar və film nümayişləri keçirilir. İldə bir neçə tədbir keçirilir, davam edən və gələcək tədbirlər onun muzeyin facebook səhifəsində qeyd olunur. Nəşriyyat bu gün də muzeyin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Muzedə təşkil olunan sərgilər adətən çərşənbə axşamından şənbəyə qədər, səhər 10:00-dan axşam 18:00-a qədər açıq olur.