Qalaktion Tabidze

Qalaktion Tabidze (gürc. გალაკტიონ ტაბიძე; 5 (17) noyabr 1891, Çkvişi[d], Kutaisi quberniyası17 mart 1959[1][2], Tbilisi[1]) — XX əsrin görkəmli gürcü şairi və ədəbiyyat xadimi. Tabidze öz şeirləri ilə özündən sonra gəlmiş gürcü ədəbilərinə böyük təsir etmişdir. İosif Stalinin 1930-cu illərdə həyata keçirdiyi Böyük Təmizlik siyasətindən sağ çıxmağı bacarmış, ancaq sovet idarə sisteminin təsirləri nəticəsində alkoqolizm aludəçisi olaraq depressiyaya düşmüşdür. Tabidze 1959-cu ilin 17 mart tarixində Tbilisi şəhərində müalicə olunduğu psixiatr xəstəxanasında intihar etmişdir.

Qalaktion Tabidze
gürc. გალაკტიონ ტაბიძე
Qalaktion Tabidzenin 1933-cü ildə çəkilmiş fotosu.
Qalaktion Tabidzenin 1933-cü ildə çəkilmiş fotosu.
Doğum tarixi 5 (17) noyabr 1891
Doğum yeri
Vəfat tarixi 17 mart 1959(1959-03-17)[1][2] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yıxılma[d]
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
Milliyyəti Gürcü
Təhsili
  • Tbilisi İlahiyyat Seminariyası[d]
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili gürcü dili
Üzvlüyü
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qalaktion Tabidze qərbi Gürcüstanın İmereti vilayətində anadan olub. Müəllim olan atası Vasil Tabidze Qalaktionun iki yaşı olarkən vəfat edib. Qalaktion Tabidze 1900-1910-cu illər arasında KutaisiTbiliside rühan məktəbində oxudu. Daha sonra müəllim olaraq işlədi. Simvolizm təsiri altında yazdığı erkən dövr şeirləri 1914-cü ildə kitab olaraq çap edildi. Digər simvolist Gürcü şairləri ilə birlikdə "Mavi buynuzlar" ("Tsisperkantselebi" / "ცისფერყანწელები") adlı hərəkatın üzvü idi. Yalnızlığı seçdiyi üçün əmisi oğlu Titsian Tabidze ona "Yalnızlık Təriqəti Cəngavəri" ləqəbini vermişdi.

Sonrakı şeir toplusu "Bədii Çiçəklər" ("gürc. არტისტული ყვავილები" 1919) onu uzun illər boyunca Gürcü şeirinin lideri etdi. "Sevgidən Məhrum" (1913), "Mən və Gecə" (1913), "Mavi Atlar" (1915) və "Külək Əsir" (1924) onun şah əsərləridir. Bu şeirlərində də göründüyü kimi, şeirlərinin çoxu tənhalıq, sevgidən məhrum olma hissləri ildə doludur.

1937-ci ildə repressiya vaxtı yoldaşı Olqa Okucava həbs edilərək Sibirə göndərildi və 1944-cü ildə orda vəfat etdi. Qalaktionun şair dostları və əmisi oğlu Titsian Tabidze də həbs olundular və güllələndilər. Qalaktionun özü Lavrenti Beriya tərəfindən sorğu çəkildi və işgəncələrə məruz qaldı. Bu hal onu depresiyaya saldı və alkoqolik oldu. Uzun müddət səssizliyi və yalnızlığı həyatda qalmasına səbəb oldu. Sonralar yenidən şeirlər yazmağa və mükafatlar almağa davam etdi.

Tabidze 1959-cu ilin 17 mart tarixində Tbilisi şəhərində müalicə olunduğu psixiatr xəstəxanasının Çavçavadze küçəsinə baxan pəncərəsindən aylayaraq intihar etmişdir. Məzarı Mtatsminda Panteonundadır.

Tabidzenin yazdığı minlərlə şeir, onu müasir Gürcü ədəbiyyatı üzərində böyük təsir yaradan Gürcüstanın başda gələn şairlərindən biri etmişdir. Tbilisi Ədəbiyyat Muzeyində 100 min sənədli arxivi hələ tam araşdırılmayıb. Şeirləri Rus, Fransız, İngilis, Alman və Türkcəyə tərcümə olunmuşdur.

  1. 1 2 3 4 Табидзе Галактион Васильевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Bibliothèque nationale de France Galaktion Vasilievitch Tabidze // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]