Georgi Aleksandroviç Melikişvili (gürc. გიორგი ალექსანდრეს ძე მელიქიშვილი;30 dekabr 1918[1], Tiflis[1] – 27 mart 2002, Tbilisi) — Sovet və gürcü tarixçisi, Urartu dövlətinin tarixinin tədqiqatçısı. Gürcüstan SSR Elmlər Akademiyasının akademiki, Gürcüstan Tarix İnstitutunun direktoru (1965-1999-cu illər).
Georgi Aleksandroviç Melikişvili | |
---|---|
gürc. გიორგი ალექსანდრეს ძე მელიქიშვილი | |
Doğum adı | გიორგი მელიქიშვილი |
Doğum tarixi | 30 dekabr 1918[1] |
Doğum yeri | |
Vəfat tarixi | 27 mart 2002 (83 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | gürcü |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
Georgi Melikişvili 1918-ci il dekabrın 30-da Tiflisdə (indiki Tbilisi, Gürcüstan) anadan olub.
G.Melikaşvili 1939-cu ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Bundan sonra o, qədim Şərq tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1941-ci ildən Georgi Aleksandroviç Urartu tarixi ilə maraqlanmağa başlayır. O, Urartu dilini və Urartu mixi mətnlərini öyrənir. 1944-cü ildə Melikişvili Urartu dövləti tarixi üzrə namizədlik dissertasiyasını müdafiə edir. Qırxıncı illərin sonlarından Georgi Melikişvili Urartu haqqında silsilə tədqiqat məqalələri dərc etdirdi və 1953-1954-cü illərdə bu mövzuda onun əsas əsərləri nəşr olundu: “Urartu mixi yazıları” və “Nairi-Urartu”.[2]
Georgi Melikişvili Gürcüstanın, Qafqazın və Kiçik Asiyanın qədim tarixinin tədqiqinə böyük diqqət yetirmişdir. Alimin bu mövzuda ən məşhur töhfəsi "Qədim Gürcüstanın tarixinə doğru" monoqrafiyası (1959) və səkkizcildlik "Gürcüstan tarixinin oçerkləri"nin nəşrinin və redaktəsinin təşkili (1982) olmuşdur. Monoqrafiyalarda o, Gürcüstan tarixinin qədim dövrünün Urartu və Assuriya mənbələri əsasında öyrənilməsi məsələlərinə toxunmuşdur. O, Kiçik Asiya və Mesopotamiyada mövcud olmuş qədim Urartu və Assuriya dövlətləri haqqında topladığı materiallar 1984-cü ildə nəşr olunan Dərslikdə "Qədim Şərq tarixinin mənbəşünaslığı" dərsliyinə daxil edilmişdir.
1961-ci ildə Georgi Aleksandroviç Melikişvili Gürcüstan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir.[3]
1954-1988-ci illərdə Georgi Melikişvili Gürcüstan Tarix İnstitutunda qədim tarix şöbəsinə rəhbərlik edib. O, 1965-1999-cu illərdə isə bu institutun direktoru olub. 1999-cu ildən 2002-ci ildə vəfatına qədər Georgi Aleksandroviç Tarix İnstitutunun fəxri direktoru olub.[4]
Georgi Melikişvili 1946-cı ildən Sov.İKP (b) üzvü idi.
O, Tbilisidə Riqa (indiki - Taktakişvili) küçəsi, 3 ünvanında yaşayırdı.