Arminius Vámbéry (Latın və İngilis adı) (Macarca: Arminius Vámbéry və Almanca: Hermann Vámbéry) d. 12 və ya 19 mart 1832, Szerdahely/Macarıstan; öl. 15 sentyabr 1913, Budapeşt/Macarıstan (əsas adı: Hermann Wamberger, Bamberger ya da Vamberger), Macar əsilli bir şərqşünas və türkoloq, səyyah və yəqin Böyük Britaniya Krallığı əmrində bir casus.
Armin Vamberi | |
---|---|
mac. Ármin Vámbéry | |
Doğum tarixi | 19 mart 1832[1][2] |
Vəfat tarixi | 15 sentyabr 1913[1] (81 yaşında) və ya 19 sentyabr 1913[3] (81 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], yazıçı, şərqşünas, coğrafiyaşünas |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vamberi, fəhlə, dindar bir yəhudi ailəsinin uşağı olaraq dünyaya gəlib. Doğulanda qismi iflic olan Vamberi, on iki yaşından etibarən dolanacağı üçün işləmək məcburiyyətində qalıb, əvvəlləri dərzi şagirdi, sonraları xüsusi müəllim olaraq. Bundan əlavə etnoqrafiya və filologiya sahələrində tədqiqatlar keçirdi. Vamberi, Bratislava yaxınlığında Sveti Yur monastırında piyaristlərdən təhsil aldıqdan sonra öz üzərində işləyərək bir nəçə dili öyrəndi. Əvvəlləri Avropa dillərinə əhəmiyyət verən Vámbéry, daha sonra Ərəbcə, Türkcə (Osmanlıca) və Farsca dillərini yaxşıca öyrəndi.
Macar xalqının türk kökənlərini tapmaq arzusu ilə 22 yaşında olanda Konstantiniyyəyə gəldi və orada Asıf Bey və daha sonra Rıfat Paşanın xidmətində frənk lisanları (Avropa dilləri) müəllimi olaraq işlədi. İstanbulda yaşadığı 1857–1863-çü illəri arasında, müxtəlif Türk ağız və ləhcələrini öyrənmə fürsətini də tapıb. O vaxtlarda Türk tarixindən bəzi kitabların tərcümələrini çap etdi və ayrıca Almanca-Osmanlıca bir lüğət də nəşr etdi (bax. əsərləri).
Macar Elmlər Akademiyasının dəstəyi ilə Vámbéry sünni bir dərviş libaslı olaraq 1861-1864-çü illər arasında o vaxtlarda Avropalılarca haradasa bilinməyən Ermənistan, İran ve Türkistan ölkə və dövlətlərini gəzdi və coğrafiya, etnoqrafiya və filologiya sahələrində dəyərli nəticələrlə vətəninə qayıtdı. İngilis Geologiya İnstitutu xidmətində və İngilis bir casus olaraq təxəllüs Rəşid Əfəndi adı ilə İstanbul üzərindən gəmi ilə Trabzona, oradan karvanlarla əvvəlcə Təbrizə, ardınca Tehrana, Quma və Xəzər Dənizinin cənubi sahilindən Buxara, Səmərqənd, Xivə və Hərata səyahət etdi. Travels and Adventures in Central Asia (Mərkəzi Asiyada Səyahətlər və Macəralar) adlı səyahətnaməsi 1864-çü ildə çap edildi və hamı Avropada böyük maraq gördü. Rusiyaya qarşı Mərkəzi Asiyada ali hakimiyyət qazanma cəhdində olan İngiltərədə Vamberi xüsusilə isti qarşılandı.
Asiyadan 1864-çü ilin baharında qayıtdıqdan sonra Londonda böyük şövqlə qarşılandı. Ardında Budapeşt Universitetində şərq dilləri üzrə professorluq verildi (1865-1905-çi il). Vamberi Fino-Uqor dil nəzəriyyəsinin qəti düşmənidi. Fin ve Macar dilləri arasında əlaqənin varlığını qəbul etməyən Vamberi Macar dilini Uqor elementləri olan bir Türk dili olaraq görürdü. Müasir dilşünaslar arasında bu nəzəriyyə daha qəbul edilmir. Macar dili Türkcədən təsirlənən bir Uqor dili olaraq qəbul edilir. Məşhur şərqşünas İgnats Goldziher Vamberinin tələbələrindəndi.
Vamberinin oğlu Rustem Vamberi (1872–1948), cinayət üzrə hüquqşünas və siyasətçi idi. 1902-çi ildə Budapeşt Universitetinin Hüquq Fakültəsinin üzvü oldu və 1919-çu ildə professor olaraq həmin fakültənin başçılığına yətirildi. 1918-çi ildə Macarıstan Milli Məclisində deputat oldu.
Vamberi Osmanlı İmperiyasında yaşadığı illərdə Osmanlı Soltanı II Əbdülhəmidin dostluğunu qazanmışdı. Siyasi sionizmin atası Teodor Hertsl-ə yazdığı məktublarda Əbdülhəmid üçün yidiş dilində təhqirli "mamser-ben-nennide" (= fahişənin oğlu, piç) sözlərini işlədirdi. O vaxtlarda meydana çıxan siyasi sionizmi dəstəklədiyi üçün 1901-ci ildə Hertsl üçün Osmanlı soltanından görüşmə icazəsini aldı.
1900-cü ildə Vamberi Əbdülhəmidin yanına çıxmışdı. Hertsl soltanla görüşə bilmək üçün elindən gələni etdi ama müvəffəq ola bilmədi. Sonunda Hertsl Vamberini Tirolda ziyarət etdi (16 İyun 1900-cü il). Hertsl gündəliyində bu ziyarət haqqında bunları yazır:
Vamberi Hertsl-ə qarşı pul istəmədiyini, pula görə yox, adil davanın haqqı üçün sionizmə çalışmaq istədiyini deyibsə də, soltanın hüzuruna çıxışı nizama salmaq üçün 5000 pound sterlinq və yəhudilərin Osmanlı Dövlətinə verəcəyi bir kredit araçılığı üçün komissiya üzrə yazılı bir təminat istədi.
1900-cü ilin dekabr ayında, qəzetlər Türkiyənin siyasi sionizm səbəbi ilə Fələstin üçün mühacirət qanunlarını çətinləşdirdiyini yazdı; bunun üzərinə Hertsl 28 Dekabr 1900-cü ildə Vamberiyə yazdı:
1991-ci ilin Yanvar ayında Hertsl soltana Vamberi vasitəsilə doğrudan təhdidlər göndərərək soltanı yola yetirməyə çalışdı. Osmanlı Dövləti yəhudilərin arzularına daha çox razılıq göstərməzsə, yəhudilər Türkiyənin mali qaynaqlarını kəsəcəkmiş.
Hertsl 1901-ci ilin Avqust ayında Vamberiyə yenədən məktub yazdı, məktubunda soltana sionistlərin nələr eləyə bildiyini təkrar açıqlamasını istəmişdi. Hertsl soltana bir dənə eskadra minonosu təmin edə bilərmiş, beləcə Osmanlılar Fransızlar qarşısında naçar qalmazlarmış (Fransızlar Osmanlıdan alacaqlarını ala bilmək üçün hərbi gəmilərlə Lesbos adasını işğal edib ancaq Osmanlı Dövləti borcunu hissə-hissə ödəməyi qəbul etdiyində adanı tərk etmişdi); Vamberiyə Yəhudilərin Fələstinə hicrət etmələri üçün lazım gələn gəmini kirayələmək üçün 300.000 Quldən verməyi təklif etdi; Vamberi pulu istədiyi kimi xərcləyə bilərdi, artan pulu özünə saxlaya bilərdi, mühüm olan nəticə imiş. Göyə pula ehtiyacı olmayan Vamberi bu məktuba müsbət cavab verdi. Lazım olarsa özü Osmanlı Hökumətində mühüm bir vəzifə ala biləcək və yaxud soltanı bilə devirə biləcəkmiş.[5].
Vamberi, Bram Stoker-in 1897-ci ildə yazdığı məşhur Drakula romanı üçün ilham qaynağı olmuşdu. Stoker 1890-ci ildə Vamberi ilə qarşılaşanda, Vamberi ona Rumıniyalı III Vlad Tsepeş-in (Drakula) hekayəsindən bəhs etdi. Stoker bu xarakterdən Vampir Drakula qəhrəmanını yaratdı.