Girov (ing. Taken) 2008-ci ildə çəkilmiş bir filmdir. Rejissoru Pierre Morel və ssenari müəllifi Luc Besson olan filmdə Liam Neeson, Famke Janssen və Maggie Grace rol almışdır ki. Filmin süjeti Parisdə Alban fahişəlik qrupu tərəfindən qaçırılan bir amerikalı qızla onu xilas etməyə çalışan və keçmiş casus olan atasından bəhs edir. Filmin çox hissəsi Parisdə çəkilmişdir.
Girov | |
---|---|
ing. Taken | |
Janr | döyüş filmi, triller filmi, cinayət filmi |
Əsas mövzu | fahişəlik, mütəşəkkil cinayətkarlıq |
Prodüser | |
Ssenari müəllifləri | |
Baş rollarda | |
İstehsalçılar | Canal+ |
Distribütor | 20th Century Fox, Disney+ |
İlk baxış tarixi | 2008, 19 fevral 2009[1], 30 yanvar 2009[2], 27 fevral 2008 |
Müddət | 93 dəq. |
Büdcə | 25.000.000 $[3] |
Gəlir | 226.800.000 $[4], 145.000.989 $[3] |
Ölkə | |
Dillər | ərəb dili, fransız dili, ingilis dili, Alban dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Paris, Los-Anceles |
IMDb | ID0936501 |
Bryan, həyat yoldaşından ayrılan təqaüdçü bir Amerika agentidir. Qızı Kimə çox bağlı olan Bryan, bir gün qızının dostlarından biri ilə U2 qrupunun Avropadakı konsert turunda birlikdə iştirak etməsi üçün hazırladığı muzey gəzintisi yalanına zorla razılaşır. Bura gələn Kim və rəfiqəsi əvvəlcə Parisdəki əmisi oğlunun evində qalırlar. Ancaq qızlar Parisə gəldikdən sonra tanış olduqları bir gənc onların ünvanlarını öyrənir və qızları qaçırır. Qaçıran dəstə Alban mənşəlidir və gənc qızları 96 saat ərzində ölkələrinə aparır və bazara çıxarırlar. Kim dostu içəridə oğurlanarkən atası Bryanla danışaraq ona hər şey barədə xəbər verir.
Hadisədən sonra Bryan keçmiş arvadının yeni ərinin köməkliyi ilə Los-Ancelesdən Parisə gəlir. Burada hər cür dəlildən istifadə edərək dəstənin arxasınca düşür. Müxtəlif döyüş səhnələrindən sonra Parisi bir-birinə qatan Bryan nəhayət dəstəyə böyük bir zərbə vuraraq, qızını tapıb Kaliforniyaya qayıdır.