Giya Revazoviç Paçxataşvili (təxəllüsü: Givi; 29 yanvar 1961, Qax rayonu) — Azərbaycan jurnalisti, şairi, tərcüməçisi; Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliyinin üzvü. Sumqayıt şəhər Mədəniyyət İdarəsi Əli Kərim adına Poeziya klubunun Fəxri üzvü (15.11.2004).
Giya Paçxataşvilli | |
---|---|
rus. Гия Пачхаташвили | |
Doğum adı | Giya |
Təxəllüsü | Givi |
Doğum tarixi | 29 yanvar 1961 (63 yaş) |
Doğum yeri | |
Milliyyəti | gürcü |
Həyat yoldaşları |
Lamara xanım (1952-2014) Xatirə Pacxatasvili (1976) |
Təhsili |
|
Fəaliyyəti | tərcüməçi, jurnalist, yazıçı, şair |
Əsərlərinin dili | Azərbaycan dili, rus dili, gürcü dili |
Janr | şeir |
İlk əsəri | "Səni sevməyimi" şeiri (1976) |
Tanınmış əsərləri |
"Oğul ata itirdi", "Zülmətdən gələn işıq" |
Üzvlüyü |
|
giyalamara.blogspot.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Giya Paçxataşvili 1961-ci il yanvar ayının 29-da Qax rayonunun Qax-Gurcu kəndində anadan olub[1][2].
Bakı şəhərindəki Respublika Kor Uşaqlar üçün orta internat məktəbini bitirən Giya 1981-ci ildə ali məktəbə qəbul olur və Respublikanın birinci katibi Heydər Əliyevin sərancamı ilə seçilmiş qrupun daxilində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə təyinat alıb, 1985-ci ildə universitetin jurnalistiks fakültəsini "Qırmızı diplomla" bitirir[1].
2004-cü ildə Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə AzTV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən "Ağ adam" sənədli filmi[1], 2009-cu ildə isə İTV-nin istehsalı olan "Fosfor Adam" filmində o baş rola çəkilmişdir. 2016-cı ildə isə ANS televiziyası "Ağ Adam"(film,2016) (2)sənədli filmi çəkilmişdir. 2021-ci ildə 60 illik yubileyi ilə əlaqədar Giya Paçxataşvili haqqında Gürcüstan layihəsi çərçivəsində növbəti "Givi" sənədli filmi tamaşaçılara təqdim olundu. Giya Paçxataşvili Azərbaycanda yaşayan, ən çox tanınan Albinosdur.
Giya Paçxataşvili Azərbaycan (2006), Gürcüstan(2007), Rusiya(1997) Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin(1989) üzvüdür.- "H. B. Zərdabi" mükafatı ilə təltif olunub(2005)[3]. Səməd Vurğunun 100 illik yubiley təntənəsində "Qolos" adlı kitabının tərcüməsinə görə 2006-cı ildə "Səməd Vurğun – 100" medalı ilə təltif olunmuşdur[1]. Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Fikrət Mursaqulov adına "Ümid İşığı" ədəbi mükafatının ilk və son laureatıdır (2012). 2018-ci ildə "VEKTOR" Beynəlxalq Nəşrlər evinin "Şahmar Əkbərzadə"adına Beynəlxalq Ədəbi Mükafatına layiq görülüb.
Haqqında 2 kitab yazılıb: 2011-ci ildə Hikmət Məlikzadənin "Giya Paçxataşvili yaradıcılığında ritm və ölçü meyarı",
2014-cü ildə Qiymət Məhərrəmlinin "Dərviş" kitabı,
2021-ci ildə Professor Nizami Tağısoyun "Azərbaycan Ədəbiyyatında Giya Paçxataşvilinin yeri" kitabı çap prosesindədir.
Məmməd Nazimoğlu, Ellada Umudlu "Gürcü balası Givi bəy" (publisistik kitab)- 2021-ci il çap olunub.
Məşhur Azərbaycan yazıçısı Meyxoş Abdullah Giya Paçxataşvilinin həyatından bəhs edən "Saçlarından asılan qız" hekayəsini (azərbaycan və rus dillərində) yazmışdır. Əsər 2019-cu ildə nəşr edilmişdir.
Həyat yoldaşı Lamara xanım 2014-cü ildə vəfat edib.[4]
Giya Paçxataşvili bir çox kitab və tərcümələrin, şeir və publisistik məqalələrin müəllifidir. Azərbaycan ədəbi ictimaiyyətində həmişə fəallığı ilə seçilir[2].
60-a yaxın tərcümə, 8 kitabın müəllifidir[1].