Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalınınBasarkeçər rayonununKəsəmən kəndində ziyalı bir ailədə dünyaya göz açmışdır.5 yaşından yazıb-oxumağı bacarmış Ülvi 6 yaşında ilk şeirini yazmışdır. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini isə Daşkəsən kəndində almışdır. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən kəndinə köçmüşdür.[1]
12–13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətləri ilə çala bilirdi.[2]
1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə vermiş, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməmiş, Daşkəsən kəndinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləmişdir. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilmiş, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınmışdır. İnstitutun qəzetində yazıları mütamadi çap olunmuşdur.[2]
Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. 1987–1989-cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar dövrü olmuşdur. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmətdə olmuşdur. Ülvi əsgəri xidmətini yüksək səviyyədə yerinə yetirdiyinə görə hərbi hissədə Sov.İKP üzvlüyünə qəbul edilmişdir.[2]
1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə Nazirinin həmin dövrdəki qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olundu və APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdan Ülvi həmin gün mitinqdə iştirak etmiş və uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olmuşdur.[2]
10 sentyabr 1989-cu ildə Ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs "And"ını yazmışdı.[2]
Ülvi Bünyadzadə Xarici Dillər İnstitutunda Azərbaycan Xalq Cəbhəsinin dayaq dəstəsinin və Şimali Azərbaycan Azad Tələbələr İttifaqının (ŞAATİ) yaradılmasında fəal iştirak edirdi. O, AXC-nin institutdakı dayaq dəstəsinin fəaliyyət proqramını hazırlayanlardan biri olmuşdur.[2]
Sov.İKP-nin bütün sovet xalqlarının həyatında oynadığı mənfi rolu başa düşərək Bakıya qayıtdıqdan sonra Azadlıq meydanında (dekabr) mitinq zamanı "Xalqı bu mübarizədə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazım olsa, bütün cismimizi yandırmağa hazır olmalıyıq" deyərək kommunist biletindən imtina etdiyini bildirmiş, bileti oradaca ovcunun içində nümayişkaranə yandırmışdır.[2]
19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər etmiş və saat 00.20-də həlak olmuşdur. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapdılar.[2]
Ülvinin əsərlərinə 200-dən çox şeiri, "Ömür yolu" poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından original tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisi Almaza, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir.[2]
Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən Anaşkin küçəsinə) "Ülvi Bünyadzadə küçəsi" adı verilib. Həmin evin (babasının evinin) divarına "Burada 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır" yazılı barelyef-lövhə vurulmuşdur.[2]
"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə fəxri adı verilmişdir.[3]
"Ülvi duyğularım" (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Bakı, "Gənclik", 1990, 55 səh.
"Bir ölümün acığına" (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Bakı, "Gənclik", 1993, 256 səh.
"Ömrüm sənin eşqindi" (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Bakı, "Mütərcim", 1998, 256 səh.
"Sənin oxşarın bənövşədi" (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Bakı, "CBS" 2005, 495 səh.
"Ömür yolu" (poema), 2 dildə – (toplayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Azərbaycan və gürcü Aydınə. Tbilisi. 2009-cu il.
"Ömür yolu" (poema). 5 dildə – Azərbaycan, türk, ingilis, rus və gürcü dillərində. (toplayanı, redaktoru və son sözünün müəllifi Almaz Ülvi. Ön sözünün müəllifi Qənirə Paşayevadır.), Bakı, "Mütərcim", 2009.
Ульви Буньядзаде. Жизненный путь. Стихи и поэма. (перевел на русского языка Гия Пачхаташавили) // Баку, "Elm və təhsil", 2014. 64 стр.
Əfqanıstan ağrıları (poema və povest) // Azərbaycan, türk, özbək, qırğız, tatar, ingilis, rus, gürcü dillərində, (redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) // Bakı , "Elm və Təhsil", 2015. 192 səh.
Qəhərlənmiş könlüm: dünya ədəbiyyatından tərcümələr / şeirlər, hekayələr, (redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) // Bakı , "Elm və təhsil", 2015. 120 səh.
Almaz Ülvi. "Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik! – Ülvi Bünyadzadə: şəxsiyyəti və ədəbi irsi" adlı Beynəlxalq Konfransın materialları və "Ülviləşən Ülvim" kitabından səhifələr. — Bakı, Elm və təhsil, 2018, 490 səh (şəkilli).
Almaz Ülvi. Pak gəncliyimizi həmişə vətən hənirtisi isindirsin. — http://www. moderator.az/news /119213.html (Rumiyyə)
Almaz Ülvi. Dünyanın bütün qapıları üzümüzə açılmışkən, bu fürsətdən düzgün yararlanmalıyıq. (Müsahibəni Umid apardı). // "Bizim yol" qəzeti, 10 fevral 2016 (KİV DDF müsbiqəsinə təqdim olunub)
Алмаз Ульви (Биннатова). Ульви Буньядзаде: литературная личность и наследие // Государственная политика в сфере охраны здоровья в Российской Федерации : сборник трудов Международной научно-практической конференции 25 мая 2017 г. – Симферополь : "КУБ", 2017, 246 с. (ISBN 978-5-906962-07-2) с.187–192; с.203–204.
Almaz Ülvi. Ülvimə bir məktub yazdım…! // "Birlik" dərgisi, № 01–02(27), 2017, səh.38–41
Almaz Ulvi. Karabağ Benim Dinim – İmanım (Ülvi Bünyadzadenin Yaratıcılığında Karabağ Motifi "Karabakh is my religion" (motif of Karabakh in the works of Ulvi Bunyadzadeh), :: Insan Ve Toplum Bilimleri Araştirmalari Dergisi Journal Of The Human And Social Science Researches [Cilt / Volume: 2 — Sayı / Issue: 1 (2013)]ss 25–37
Almaz Ülvi. Azərbaycan poeziyasında "Ceyran" motivi (Klassik ustadlarımız Aşıq Ələsgərin, Səməd Vurğunun və şəhid -şair Ülvi Bünyadzadənin "Ceyran" şeirləri əsasında) // "Respublika gəncliyi", 26 aprel, 2013, səh.4
Almaz Ülvi. Azərbaycan poeziyasında "Ceyran" motivi (Klassik ustadlarımız Aşıq Ələsgərin, Səməd Vurğunun və gənc şəhid-şair Ülvi Bünyadzadənin "Ceyran" şeirləri əsasında). – prof.dr. Əminə Gursoy Naskalının "Ədəbiyyatımızda Keyik Mövzusu" Kitabında . Türkiyə, İstanbul, 2012.
Almaz Ülvi. Milli bayram eşqinin – adət-ənənələrin, etnoqrafik elementlərin poetik təcəssümü (Mehmet Akif Ərsoyun Bayram", Hüseyn Cavidin "Novruz bayramı" və Ülvi Bünyadzadənin "Novruz bayramı" şeirləri kontekstində) // Qafqaz Universitetinde 16 – 18 may 2013-cü il tarixinde Azerbaycan Tehsil Nazirliyi, Qafqaz Universiteti, AMEA Şerqşunasliq İnstitutu, TİKA ve Mehmet Akif Ersoy Fikir ve Sanat Vakfi ile birlikde, "Turk Dunyasini İşiqlandiranlar: Memmed Akif Ersoy, Huseyn Cavid" adlı Beynelxalq Konferans, Azərbaycan, Bakı, 16 – 18 may 2013
Almaz Ülvi. 20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri " // 1990-cı il 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar olaraq "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin keçirdiyi elmi seminarda məruzə, Bakı, 18 yanvar 2014-cü il
Almaz Ülvi. 20 Yanvar hadisələrinin Azərbaycan gəncliyinin milli mənlik şüurunun inkişafındakı rolu… // "Bakı-xəbər" qəzeti, 19 yanvar 2014-cü il // http://www.anl.az/ down/meqale/bakixeber/2014/yanvar /347568.htm
Almaz Ülvi. Milli azadlıq aşiqlərinin poetikası // "Xalq qəzeti" 20 yanvar 2010-cu il
Almaz Ülvi. Nağıl ömürdən bir-iki söz: "Əfqanlar"ın faciəsi və ya onların naməlum taleyi bədii ədəbiyyatda // "Aydın yol", 16 yanvar 2015, səh.1, 14–15, № 2
Almaz Ülvi. Ülvi Bünyadzadənin tərcümə əsərləri və onun tərcümə sənətinə baxışı // "Milli dəyərlər və istiqlal uğrunda mübarizələr: Bəxtiyar Vahabzadə-90" Ümumrespublika Konfransı. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, 4 iyun 2015-ci il, Bakı
İmdat Avşar. Şəhidlər Xiyabanında ömrünün baharında solan bir gənc şair Ülvi Bünyadzadə (Azərbaycan türkcəsinə uyğunlaşdıran Almaz Ülvi // 525-ci qəzet, mart. 2012
Almaz Ülvi. Azərbaycan-Türkiyə ədəbi əlaqələri kontekstində Ülvi Bünyadzadə yaradıcılığına baxış // I. Milletlerarası Türkiye-Azerbaycan münasibətləti sempozyumunun materialları, Türkiyə, Kastamonu, 12–14 Mayıs 2016-cı il, səh.133–138
[[Ülvi Bünyadzadə. Mən necə yazıçı oldum // “Ulduz”, aprel sayı, 2016-cı il (təqdim edəni A.Ülvi)
Almaz Ülvi. "Gözlə məni" Ü. Bünyadzadənin öz şeirimi, yoxsa tərcüməsimi? //"Aydın yol" qəz, 15 yanvar, 2016-cı il