Giza (videooyun)

Luxor və ya Giza ― 2005-ci ildə MumboJumbo tərəfindən təqdim olunmuş "tile-matching" tipli videooyun seriyasının ilk oyunu.[3]

Luxor
Hazırlayan MumboJumbo
Absolutist
Yayımlayan MumboJumbo
Seriya Luxor
Buraxılış tarixi 30 may 2005[1]
Janrlar Tapmaca
Texniki məlumat
Platformalar Mac OS X
Windows
Nintendo Wii
Nintendo 3DS
iOS
PlayStation Portable
Android
Oyun rejimləri Tək oyunçulu
İnterfeysin dili ingilis dili[2], fransız dili[2], alman dili[2], isveç dili[2]
Daşıyıcı rəqəmsal distribusiya
İdarəetmə kompüter klaviaturası, kompüter siçanı, geympad, sensor ekran
Rəsmi saytı

Bu seriyanın davamı olaraq 2005-ci ildə "Luxor: Amun Rising", 2006-cı ildə yeni səviyyə və bonuslar əlavə edilmiş "Luxor 2" buraxıldı. Bundan sonra isə yeddi oyun rejimi və təkmilləşdirilmiş qrafika təqdim edən "Luxor 3", ardınca isə ardınca "Luxor: Quest for the Afterlife" buraxıldı.

"Luxor"un oyun qaydası "Puzz Loop""Zuma"ya bənzəyir.

Müxtəllif rəngli kürələrdən təşkil olunmuş və hər biri kiçik bir böcək tərəfindən itələnən zəncirlər xüsusi cığır ilə oyunçunun piramidasına doğru irəliləyir. Oyunçu eyni rəngli üç və ya daha çox kürənin toqquşmasına səbəb olaraq onların partlamasına yol açır. Belə edərək o, zəncirləri tam aradan qaldırmalı, onların piramidaya daxil olmasına mane olmalıdır. Hər hansı bir kürə piramidaya çatarsa, oyunçu həyatını itirir və səviyyəni yenidən başlatmağa məcbur olur. Oyunçu bu baş vermədən müəyyən sayda kürəni partlatmağı bacararsa, yeni zəncirlər gəlməyi dayandırır və qalanlarını aradan qaldırmaqla səviyyə tamamlanır.

Kürələri partlatdıqca vaxtaşırı olaraq tutduqda oyunçuya qısamüddətli müxtəlif bacarıqlar verən power-up-lar düşür. Bir atışla eyni zamanda 5 və daha çox kürədən ibarət zəncir hissəsini aradan qaldırdıqda xüsusi qızıl sikkə yaranır. Oyunçu 30 ədəd sikkə topladıqda əlavə 1 anx (həyat açarı) qazanır. Oyunun əvvəlində oyunçunun 2 həyat açarı olur, hər dəfə məğlub olduqda 1 anx azalır. Oyunçu bütün həyatlarını itirdikdə oyuna qaldığı hissənin ilk səviyyəsindən başlamalı olur.

Seriyanın oyunları

[redaktə | mənbəni redaktə et]
Adı Buraxılış tarixi HD versiyası Kompüter konsolu versiyası Əl konsolu versiyası Mobil versiyası
"Tile-matching" tipli oyunlar
Luxor 2005 2011 Nintendo 3DS BREW, J2ME, iOS, Android
Luxor: Amun Rising 2005 2012 PSP iOS, Android
Luxor 2 2006 2012 XBLA, PS2, Wii PSP, Nintendo DS
Luxor 3 2007 Nintendo Wii
Luxor: Quest for the Afterlife 2008
Luxor 5th Passage 2010
Luxor Evolved 2012 iOS
"Spin-off" tipli oyunlar
Luxor: Mahjong 2006
Luxor: Adventures 2009
  1. "Luxor". IGN. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-29.
  2. 1 2 3 4 Steam. 2003.
  3. "Luxor (2005 - Windows)". Old-Games.RU. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]