Grand Theft Auto və ya rəsmi abreviaturu ilə GTA — oyun proqramçıları Deyvid Cons, Mayk Deylli, Den Hauzer və Sem Hauzer, oyun dizayneri Zakeri Klark tərəfindən yaradılan videooyun seriyası. İlk dəfə İngiltərədə Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən nəşr edilmişdir. Oyun seriyasının adı, böyük avtomobil oğurluğu mənasını verən "grand theft auto" ifadəsindən gəlir.
Janrlar | Döyüş-macəra oyunu |
---|---|
Yaradıcılar | Rockstar North Rockstar Leeds Digital Eclipse Rockstar Toronto |
Nəşrçilər | Rockstar Games |
Müəlliflər | Deyvid Cons Mayk Deylli |
Platformalar | Microsoft Windows Tam siyahı:
|
İlk buraxılış | Grand Theft Auto 21 oktyabr 1997 |
Son buraxılış | Grand Theft Auto V 17 sentyabr 2013 |
Rəsmi vebsaytı | Rockstar Games |
Serialdakı xəyali məkanlar Amerika şəhərlərindən ilham alaraq dizayn edilmişdir. Oyunlar, oyunçuların hekayə boyunca irəliləməsi üçün hərəkət edə biləcəyi, habelə döyüş-macəra, sürücülük, rol oynamaq, yarış elementlərini özündə cəmləşdirən sərbəst dünyaya malikdir. Oyunların başlıca mövzusunda sətiraltı Amerika mədəniyyəti tənqid olunsa da, yetkin təbiəti və şiddət mövzusu ilə bir çox mübahisələrə səbəb olmuşdur. Oyunların ssenarisi cinayət dünyasında fərqli səbəblərdən yüksəlməyə çalışan əsas personajlara yönəldilmişdir. Dəstəkləyici personajlarda isə əsas personaja və ya təşkilatına xəyanət edən və əsas personajın irəliləməsini ləngidən personajlardan ibarətdir.
hal-hazırda on əsas və dörd inkişaf paketindən ibarət olan seriyanın təməli DMA Design tərəfindən 1997-ci ildə qoyulmuşdur. Seriyanın üçüncü oyunu Grand Theft Auto III, seriyaya üç ölçülü qrafika və sərbəst dünyalar gətirmişdir. Sonrakı oyunlar Grand Theft Auto III konsepsiyasında müxtəlif şəkildə inkişaf etdirilərək yaradılmışdır. Maykl Medsen, Rey Liotta, Bort Reynolds, Dennis Hopper, Denni Trejo, Geri Byusi, Samuel Cekson, Kris Penn, Ceyms Uods, Coe Pantoliano, Debi Mazar, Cena Ceymson, Frank Vinsent, Robert Lociya, Riki Cervays, Endi Dik, Debbi Herri, Fill Kollins və Peter Fonda kimi bir çox görkəmli kino və musiqi sənətçiləri tərəfindən obrazlar səsləndirilmişdir. Grand Theft Auto seriyasının dördüncü bölümündə Maykl Hollik, Ceyson Zumuolt və Skott Hill kimi az tanınan aktyorlar yer almışdır.
2018-ci ildə, 280 milyondan çox nüsxə sataraq 9 milyard dollar gəlir gətirmiş və ən bahalı oyun françayzinqləri siyahısında 4-cü yeri tutmuşdur. 2006-cı ildə Grand Theft Auto, BBC və Dizayn Muzeyi tərəfindən təşkil olunan dizayn yarışmasında yer almışdır. 2013-cü ildə The Telegraph qəzeti, Grand Theft Auto oyun seriyasını İngiltərənin ən uğurlu ixracatı olaraq göstərmişdir.
İl | Başlıq | Yaradıcılar | Buraxılışlar | Dünya | |||
---|---|---|---|---|---|---|---|
Konsol | Kompüter | Əl cihazları | Telefonları | ||||
Əsas buraxılışlar | |||||||
1997 | Grand Theft Auto | DMA Design | PS1 | GBC | 2D | ||
1999 | Grand Theft Auto 2 |
|
Windows | GBC | |||
2001 | Grand Theft Auto III |
|
3D | ||||
2002 | Grand Theft Auto: Vice City | Rockstar North |
|
|
| ||
2004 | Grand Theft Auto: San Andreas |
|
| ||||
2008 | Grand Theft Auto IV |
|
Windows | HD | |||
2013 | Grand Theft Auto V |
|
Windows | ||||
İnkişaf paketi | |||||||
1999 | Grand Theft Auto: London 1969 | Rockstar Canada | PS1 |
|
2D | ||
1999 | Grand Theft Auto: London 1961 |
|
|||||
2009 | Grand Theft Auto IV: The Lost and Damned | Rockstar North |
|
Windows | HD | ||
2009 | Grand Theft Auto: The Ballad of Gay Tony |
|
Windows | ||||
Xüsusi buraxılışlar | |||||||
2004 | Grand Theft Auto Advance | Digital Eclipse | GBA | 3D | |||
2005 | Grand Theft Auto: Liberty City Stories | Rockstar Leeds | PS2 | PSP |
| ||
2006 | Grand Theft Auto: Vice City Stories | PS2 | PSP | ||||
2009 | Grand Theft Auto: Chinatown Wars |
|
|
HD | |||
Notes:
|