Rockstar San Diego (əvvəllər – Angel Studios, Inc.) — ABŞ-nin Kaliforniya ştatının Karlsbad şəhərində təsis edilmiş və videooyunların istehsalında ixtisaslaşan studiya. 1984-cü ildə Kolumbiya incəsənət xadimi və biznesmeni Dieqo Angel tərəfindən təsis edilmiş şirkətin ilk dövrlərdə diqqət mərkəzində film və kliplər kimi multimediya məhsulları üzrə ixtisaslaşan kompaniyalar üçün animasiya və vizual effektləri hazırlamaq var idi. Şirkət Angelin yüksək riskli biznes sektorlarından yayınmaq biznes strategiyasından sonra – 1990-cı illərdə videooyun sənayesində işləməyə başlamışdır. Onun ilk videooyun layihələri "Ecco: The Tides of Time" (1994) və "Mr. Bones" (1996) idi. Angelin özü bu videooyunlar üçün videoçarxlar hazırlamışdır.
Rockstar San Diego | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | videooyun sənayesi[d] |
Təsis tarixi | yanvar 1984[1] |
Baş qərargahın yeri | |
Struktur | |
Ana şirkət | Rockstar Games[1] |
Şirkət "Nintendo" ("Major League Baseball Featuring Ken Griffey Jr." və "Ken Griffey Jr.'s Slugfest"), "Microsoft" ("Midtown Madness" və "Midtown Madness 2") ilə əməkdaşlıq edərək öz videooyunlarını istehsal edirdi. Buna əlavə olaraq, şirkət "Capcom" ilə əməkdaşlıq edərək "Resident Evil 2" videooyununu "Nintendo 64" platformasına portlaşdırmışdır. Studiyanın "Midtown Madness" videooyunundakı etdiyi işdən heyran qalan "Rockstar Games" 1999-cu ildə uzunömürlü partnyorluq təklifi ilə "Angel Studios" studiyası ilə danışıqlara başlamışdır. Bu dövrdə "Midnight Club" və "Smuggler's Run" videooyun seriyaları yaradılmışdır.
"Angel Studios" 2002-ci ilin noyabr ayında "Rockstar Games" korporasiyasının ana şirkəti olan "Take-Two Interactive" tərəfindən satın alınmış və "Rockstar San Diego" adı altında "Rockstar Games" qrupuna qoşulmuşdur. "Rockstar San Diego" 2004-cü ildən bəri "RAGE Technology Group" komandasına ev sahibliyi edir, hansı ki, "Rockstar Games" şirkətinə malik olan "Rockstar Advanced Game Engine" videooyun mühərrikini istehsal edir. "Rockstar Games" bu videooyun mühərrikindən kompüterlər və konsollar üçün istehsal elətdirdiyi videooyunların əksəriyyətində istifadə edir.
Angel Studios kimi[2]
Rockstar San Diego kimi[3]