Gunnm: Martian Memory (銃夢 ~火星の記憶~, Ganmu Kasei no?, azərb. Silah yuxusu: Mars xatirəsi) — "Yukito Products" tərəfindən hazırlanan və "Banpresto" şirkəti tərəfindən nəşr olunan döyüş rol videooyunu. "Battle Angel Alita" manqa seriyasına əsaslanan videooyun tarixində 27 avqust 1998-ci ildə Yaponiyada PlayStation platforması üçün satışa çıxarılmışdır. "Battle Angel Alita" manqa seriyasının əsasında hazırlanan, eləcə də "Yukito Products" şirkətinin yeganə videooyunudur.
Gunnm: Martian Memory | |
---|---|
| |
Hazırlayan | Yukito Products |
Yayımlayan | Banpresto |
Seriya | "Battle Angel Alita" |
Buraxılış tarixi | 27 avqust 1998 |
Janrlar |
jRPG Faytinq |
Yaş reytinqləri | ESRB: E — Everyone |
Dizaynerlər | Yukito Kişiro |
Ssenaristlər | Yukito Kişiro |
Rəssamlar | Yukito Kişiro |
Texniki məlumat | |
Platformalar | PlayStation |
Oyun rejimləri | Birnəfərli oyun |
Daşıyıcılar | CD-ROM |
İdarəetmə | qeympad |
"Gunnm: Martian Memory" "Battle Angel Alita" manqa seriyasının bir adaptasiyasıdır. Oyunun məzmunu Alitanın (Qalli) Daysuke İdo tərəfindən tapılması ilə başlayır və "TUNED" agenti olmasına qədər davam edir. Oyunun məzmununda müəllif Yukito Kişironun orijinal manqanı yaradan zaman fikirləşdiyi, ancaq o zaman gerçəkləşdirə bilmədiyi elementləri daşıyır. Bu elementləri oyunun kosmosda keçməsi də daxildir.[1]
Oyunçu məzmunda irəliləmək üçün onu və hər səviyyədə olan boss raundlarını bitirməlidir. Oyunçu Alitanı üçüncü-şəxs perspektivindən üçölçülü bir mühitdə idarə edir. Onlar əraziləri gəzə və qeyri-oyunçu personajlarla əlaqəyə girə bilərlər. Bu personajlar arasında manqada görünən personajlar da daxildir. Hekayə rejimində oyunçuya "Select" düyməsinə basaraq döyüş rejiminə (ing. Battle Mode) daxil olmaq seçimi verilir.[2]
"Battle Angel Alita" kainatının orijinal versiyasında mövcud olan iki aspekt – ovçu-döyüşçü sistemi və motorbol da oyunda mövcuddur. Oyundakı ovçu-döyüşçü sistemi pul qazanmaq formasındadır. Oyunçu istədiyi zaman hekayə rejimindən çıxa bilər və fərqli-fərqli qiymətləri olan rəqibləri məğlub etmək üçün müəyyən ərazilərə səyahət edə bilər. Bundan silah və təkmilləşmə satın almaq üçün istifadə etmək olar. Alita oyunun motorbol matçlarında yarış çığırında sağ qalmalı və digər oyunçuları məğlub etməlidir. Daha çətin matçlarda oyunçu bossları da məğlub etməlidir.[3]
Orijinal "Battle Angel Alita" manqasının şəxsi səbəblərə görə qısaldılmış sonluğu Yukito Kişironu qane etməmişdi. O, 1995-ci ilin oktyabr ayında "Battle Angel Alita" manqası əsasında bir rol oyunu yaratmaq fikrinə gəlmişdi. Bu ideyanı baş redaktoruna təklif edəndən sonra "Banpresto" ofisinə göndərilmişdir. "Ashen Victor" manqasını bitirəndən sonra Kişiro oyunun məzmunu, personaj dizaynı və paketləşdirilməsi üzrə işləmişdir. Oyun və jurnal üçün alternativ bir üzlük yaratmaq bir ay vaxt almışdı.[4][5] Kişiro oyunun ikiölçülü olmasını istəyirdi, ancaq oyunda üçölçülü qrafikalardan istifadə etmək təklifini qəbul etmişdir. Oyun 1997-ci ildə satışa çıxarılacaqdı, amma bu 1998-ci ildə gerçəkləşmişdi.[6]
Kişiro "Gunnm: Martian Memory" üçün hazırladığı hekayəni genişləndirmək qərarını almış və "Battle Angel Alita: Last Order" manqasının əsas hissəsi olaraq istifadə etmişdir.