Battle Angel Alita və ya Yaponiyada tanınan adı ilə Gunnm Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış manqa seriyasıdır. Manqa seriyasında kibertibb mütəxəssisi Daysuke İdo tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita kəllə ovçusuna çevrilir və özünün kim olduğu öyrənmək qərarına gəlir. Yukito Kişiro daha sonra "Ashen Victor" adlı spin-off manqası və "Battle Angel Alita: Last Order" ilə "Battle Angel Alita: Mars Chronicle" adlanan iki sikvel manqası yaratmışdır.
Manqaka Yukito Kişiro manqa seriyasına uyğun olaraq postapokaliptik dünya yaratmışdır. Hadisələrin böyük hissəsi XXVI əsrdə Tiferes və Xarabalıq adlanan iki şəhərdə baş verir. "Ashen Victor" manqasında isə hadisələr əsasən Xarabalıq və Bedlenddə cərəyan edir. Xronoloji baxımdan üç manqada hadisələr ümumilikdə 20 il ərzində baş verir.
"Last Order" manqasına dünyanın izahı daha geniş verilmişdir. Üç hakim güc var: Yupiter Sistem Birliyi, Venera Respublikası və LADDER (Günəş Sistemi Şurası). Bunlardan əlavə Mars, müxtəlif peyklər və asteroidlər koloniyalaşdırılmışdır.
Orijinal manqada hadisələr XXVI əsrdə baş verir. "Battle Angel Alita: Last Order" manqasında təqdim olunan təqvimə görə başlanğıc ili Sputnik-1 peykinin buraxıldığı 1957-ci il olaraq göstərilən "Sputnik dövrü" (qısaca s.d.) adlı təqvimdən istifadə olunur. Orijinal manqada hadisələr s.d. 577-ci ildə (b.e. 2533-cü ildə) başlayır və s.d. 590-cı ildə (b.e. 2546-cı ildə) başa çatır. "Battle Angel Alita: Last Order" manqasında hadisələr s.d. 591-ci ildə (b.e. 2547-ci ildə) baş verir. "Battle Angel Alita: Mars Chronicle" manqasında isə hadisələr s.d. 370-ci ildə (b.e. 2336-cı ildə) başlayır və s.d. 594-cü ildə (b.e. 2550-ci ildə) bitir.[1]
Aşağıda Battle Angel Alita dünyasında baş verən əsas hadisələr sıralanmışdır.
S.d. | B.e. | Hadisə | İstinad |
---|---|---|---|
Sputnik-1 peyki kosmosa buraxılır. | Faza 55 | ||
Apollon-11 ilk dəfə Aya enir. | Gunnm LO Tarix zaman xətti | ||
Marsa ilk imiqrasiya baş verir. | Faza 15 | ||
Geofəlakət dünya əhalisinin sayını azaldır və uzunmüddətli qışa səbəb olur. | Faza 45 | ||
Orbital liftin prototipi tamamlanır. | Faza 55 | ||
Yakobun nərdivanı tamamlanır. | Faza 15 | ||
Marsda ilk genişmiqyaslı koloniya qurulur. | Faza 15 | ||
Orbitdə ilk Venera kosmos koloniyası qurulur. | Faza 15 | ||
Venera Respublikası müstəqilliyini elan edir. | Faza 15 | ||
Qanimeddə ilk Yupiter koloniyası salınır. | Faza 15 | ||
Yupiter Sistemi Birliyi müstəqillik elan edir. | Faza 15 | ||
Yer və Lunada Yer Orbital Federasiyası qurulur. | Faza 15 | ||
Toposfer layihəsi üzərində iş başlayır. | Faza 15 | ||
Yoko / Alita anadan olur. | Gunnm LO Tarix zaman xətti | ||
Yoko və Erika Qelda tərəfindən xilas edilir. | Gunnm LO Tarix zaman xətti | ||
Yoko Star-Siti şəhərinin yaxınlığına düşür. | Gunnm LO Tarix zaman xətti | ||
LADDER qurulur. | Faza 15 | ||
LADDER GENE Layihəsinin əsasını qoyur. | Gunnm LO Tarix zaman xətti | ||
LADDER GENE Layihəsini başladır. | Faza 15 | ||
GENE Layihəsi çərçivəsində Desti Nova yaradılır. | Gunnm LO Tarix zaman xətti | ||
Vektor anadan olur. | Faza 12 | ||
Vektor Xarabalığa gəlir. | Faza 12 | ||
Nova Tiferesi tərk edir. | Gunnm LO Tarix zaman xətti | ||
Hüqo anadan olur. | Gunnm LO Tarix zaman xətti | ||
Kaos anadan olur. | Gunnm LO Tarix zaman xətti | ||
Daysuke İdo Tiferesdən sürgün olunur. | Gunnm LO Tarix zaman xətti | ||
İdo Kerol ilə tanış olur. | Gunnm LO Tarix zaman xətti; Müqəddəs gecə | ||
Coşuqan və Esdok motorbolda dəhşətli qəzaya düşürlər, Esdok motorbolu buraxmalı olur. | Gunnm LO Tarix zaman xətti | ||
Coşuqan birinci liqanın çempionu olur. | Gunnm LO Tarix zaman xətti | ||
Nova Makakunu tapır, ona yeni bədən verir; Hüqo qardaşının əlini özünkü ilə dəyişdirir və Vektor ilə tanış olur. | Gunnm LO Tarix zaman xətti; Faza 7 | ||
Yer Tədqiqat Bürosu qurulur. | Faza 41; Gunnm LO Tarix zaman xətti | ||
Biqott Ayzenburq 1000-ə qədər TR-55 birliyi toplayır. | Gunnm LO Tarix zaman xətti | ||
Koyomi anadan olur və Master onu övladlığa götürür; Daysuke İdo tullantıların içindən Yokonu tapır və ona Alita adını verir; Alita Makaku ilə döyüşür və onu məğlub edir. | Gunnm LO Tarix zaman xətti Faza 41 | ||
Hüqo ölür; Alita motorbol oyunçusu olur; Coşuqan ölür. | Gunnm LO Tarix zaman xətti | ||
Master Yeni Kanzas barını qurur; Alita Sonik barmağın hücumuna məruz qalır və onu məğlub edir. | Gunnm LO Tarix zaman xətti; Supersonik barmaqlar | ||
Kaos və Jasmin Xarabalığı tərk edirlər; Daysuke İdo ölür; Zapan məhvedici bədəni ilə Xarabalıqda dəhşət törədir. Alita Zapanı məğlub edir və Tiferes casusu olur. | Gunnm LO Tarix zaman xətti | ||
Desti Nova Daysuke İdonu dirildir. | Faza 42; Faza 43; Gunnm LO Tarix zaman xətti | ||
Daysuke İdo tifereslilərdə beyinlərinin əvəzinə bioçip olduğu həqiqəti öyrəndikdən sonra yaddaşını silir. | Döyüş 43 | ||
Barjack müharibəsi başlayır. | Döyüş 46 | ||
Alita Dekman-50-ni tapmaq üçün missiyaya çıxır. | Evə qayıdış | ||
İdo 21-ci fermada yaşamağa başlayır. | Gunnm LO Tarix zaman xətti; Faza 42 | ||
Alita Fiqur Forla tanış olur; Lou Kollins Alitanın operatoru olur; Koyomi Barjacka qoşulur; TUNED AR seriyası başladılır; Denin ölümü və Barjack müharibəsinin sonu baş verir; Alita Desti Nova tərəfindən öldürülür və Tiferesə gətirilir. | Gunnm LO Tarix zaman xətti; Faza 12 | ||
Desti Nova bioçip həqiqətini ictimaiyyətə açıqlayır və iki həftə davam edən Tiferes Vətəndaş Müharibəsinə səbəb olur; Alita Tiferesdə yəni bədənində oyanır; Fabrik sistemi çökür; Vektor və Kaos Tiferes qülləsi haqqında razılığa gəlirlər. |
Yer planeti və manqada Luna adlandırılan peyki Ay Yer Orbital Federasiyasının tərkibindədirlər. S.d. 55-ci ildə baş vermiş geofəlakətdən sonra əhalinin sayı kəskin azalmış və fəlakət 70 il davam edən qışa səbəb olmuşdur. S.d. 126-cı ildə keçmiş Kanzas şəhərinin yaxınlığında Star-Siti şəhəri salınmış və Tifereslə əlaqələndirilmişdir. Kolonizasiya uğrunda baş vermiş müharibələrdən (Terraformasiya müharibələri) sonra Tiferes Star-Siti ilə əlaqələrini kəsmiş və Star-Siti Xarabalıq şəhərinə çevrilmişdir. Kosmosda planet Ketereslə bitən orbital halqa ilə çevrələnib.
Mars isə Alitanın doğulduğu planetdir. Marsa imiqrasiya geofəlakətdən öncə başlamışdır. Marsın mülayim iqlimi əhalinin xeyli artmasına və müasir dövrə qədər davam edən vətəndaş müharibələrinə səbəb olmuşdur. Marsda hakimiyyət uğrunda 4 güc mübarizə aparır. Onlardan üçünün hər biri Günəş sistemi supergücləri tərəfindən dəstəklənir. Digər güc isə neonasistdir. Marslıların böyük hissəsini insan görünüşlü əhali təşkil edir.
Yupiter Sistemi Birliyi öz müstəqilliyini Venera Respublikasından 50 il sonra – s.d. 300-cü ildə elan etmişdir. Yupiterlilər planetin 16 peykinin 13-ündən istifadə edərək planet ətrafında yaşayış üçün qalxan (Troposfer layihəsi) inşa etmişdirlər, lakin layihə tamamlanmamış qalır. Terraformasiya müharibələri zamanı onlar Yer və Venera ilə döyüşmüşdürlər. Yupiterlilər güclü texnologiyası və ordusu ilə tanınır.
Venera Respublikası ilk Venera koloniyalarının qurulmasından qısa müddət sonra s.d. 250-ci ildə qurulmuşdur. Terraformasiya müharibələrində Yer ilə müttəfiqlik etmişdir. Onlar biotexnologiya sahəsindəki bacarıqları ilə tanınırlar. Venera Respublikasının Merkurius planeti (keçmiş Merkuri) üzərində müəyyən nəzarəti var.
Tiferesli Jan Vares Pluton planetində özünə malikanə tikməsinə baxmayaraq planetin kəskin iqlimi koloniyalaşdırılmasına mane olur.
Digər peyklərdə və asteroidlərdə də (xüsusilə asteroid qurşağında) insan koloniyaları mövcuddur.
Tiferes (yapon versiyasında Salim) nəhəng orbital halqa Yakobun nərdivanı sayəsində göydə asılı olan böyük və inkişaf etmiş şəhərdir.[2] Xarabalığın üstündə yerləşir. Tiferes Xarabalıq şəhərindən öz məqsədləri üçün istifadə etsə də, faktiki olaraq hər iki şəhər bir-birindən asılıdır. Daysuke İdo, Desti Nova, Jan Vares kimi personajlar tifereslidirlər.
Şəhərin aşağıdan görünən hissəsi dairəvi formadakı sektoru və orbital liftidir. Tiferesin xüsusi və ən güclü silahı Abaddon adlanır. Şəhər s.d. 191-ci ilə kimi mövcud deyildi.[3] Şəhər daha sonra salınmış və Star-Siti ilə xüsusi struktur ilə əlaqələndirilmişdir. Lakin Terroformasiya müharibələri zamanı şəhərlər ayrılmışdır və Star-Siti Xarabalıq şəhərinə çevrilmişdir. Tiferes və Xarabalıq artı 100 ildən çoxdur ki, ayrıdır.
Tiferes şəhəri Tibbi Nəzarət Bürosu (TNB) tərəfindən idarə olunur. Şəhərdə əhali artımına və doğumlarına onlar nəzarət edirlər. Vətəndaşlara çoxalmaq qadağan olsa da, cinsi əlaqəyə icazə verilir. Tiferes şəhərinin təhlükəsizliyinə zərər yetirən vətəndaşlar şəhərdən qovulur. Daysuke İdo bu cür sürgün olunmuşlardan biridir.
Tiferesin hərbi gücü Yer Tədqiqat Bürosu (YTB) adlanır. Onların işi Tiferesdən qıraqda missiyalara gedə biləcək casuslar yetişdirməkdir (TUNED adı ilə). Bunlardan əlavə, Barjack müharibəsi zamanı Fabrik orduları da Tiferes tərəfindən Barjacka qarşı döyüşmüşdür.
Barjack müharibəsindən sonra YTB dağılmış və TUNED ləğv olunmuşdur.[4] 1 il sonra Tiferes vətəndaş müharibəsi nəticəsində tifereslilər TNB-nin nəzarətini əla keçirirlər.
Xarabalıq (クズ鉄町, Kuzu Kurogane-machi?) Tiferesin altında yerləşən və ondan birbaşa asılı olan kasıb şəhərdir. Tiferes üçün əsas funksiyası material və resurslar yığmaqdır. Fabrik tərəfindən idarə olunur. Orijinal manqanın çox böyük hissəsi Xarabalıq şəhərində keçir. Əvvəllər Star-Siti adı ilə tanınırdı.
Xarabalıq Tiferesin düz altında yerləşir və Tiferesdən atılan tullantılar Xarabalığa boşaldılır. Şəhərin düz ortasında tullantılardan əmələ gəlmiş Tiferes dağı yerləşir. Şəhərə daxil olmaq üçün Fabrik tərəfindən nəzarət olunan 12 stansiya darvazası mövcuddur. Şəhərin ətrafında 29 ferma yerləşir və bu fermalar Xarabalığı yemək və digər ehtiyaclarla təmin edirlər. Şəhərin kimsənin çıxmamasını təmin etmək üçün şəhərin ətrafında Hidrodivar quraşdırılıb. Şəhər 4 rayona bölünür: Şimal, Şərq, Cənub və Qərb. Şimali rayonda Desti Novanın müəssisəsi, Şərqi rayonda Daysuke İdonun klinikası, Kolizey və Ammoniya prospekti yerləşir. Cənubi rayonda cəmi 2 fabrik var. Qərbi rayon Hüqonun öldüyü yerdir. Motorbol oyunlarının çoxu bu rayonda baş tutur.[5]
Xarabalıq şəhəri geofaləkətin səbəb olduğu qışdan sonra s.d. 126-cı ildə Star-Siti adı ilə tikilmişdir. Əvvəllər Tiferes ilə orbital halqa ilə əlaqələnsə də, Terraformasiya müharibələrindən sonra bu əlaqə kəsilmişdir.[6][7]
Xarabalıq Tiferesin nəzarətində olan Fabriklər tərəfindən idarə olunur. Qayda-qanun onlar tərəfindən nəzarət olunur və cinayətkarlara pul mükafatını onlar təyin edirlər. Fabrik dekmen və netmen adlı iki tip robotdan istifadə edir.
Xarabalığın əhalisinin böyük hissəsi kibernetik olsa da, canlı insanların sayı da çoxdur.[8][9] Əhalinin koreya, ivrit,[10] ərəb dillərində də danışdığı göstərilmişdir. Tifereslilərin Xarabalıq sakinləri ilə ünsiyyət saxlamaqda çətinlik çəkmirlər.
Xarabalıqda ən populyar idman növləri kolizey və motorboldur. Bundan əlavə, lotereya oyunları da təşkil olunur. Şəhərdə pornoqrafiya və fahişəlik geniş yayılıb. Cinayətkarlıq yüksək səviyyədədir. Əsas pul vahidi çipdir.
Keteres və ya yapon versiyasında Yeru (エル, Eru?) orbital halqanın ən sonunda, Tiferesin üstündə yerləşən kosmik şəhərdir. LADDER-in baş qərargahı burada yerləşir.
Bedlend Xarabalıq şəhərini əhatə edən, az məskunlaşılmış səhradır. Fabrik fermalarından, Qranit mağaradan və Qaynayan metal batalyonun bazasından başqa burada başqa bir məskunlaşma yoxdur. Bedlenddə quldurlar üstünlük təşkil edir.
Alita Tiferes casusu olandan sonra missiyalarının böyük hissəsini Bedlenddə yerinə yetirir. Fiqur Forla və Koyomi ilə burada qarşılaşır, Barjacka və AR-2-yə qarşı burada döyüşür. Radio KAOS-da Bedlenddədir. Barjack öz əməliyyatlarını Bedlenddə həyata keçirir.
Orijinal manqanın VIII cildində verilmiş xəritədə Tiferes, Xarabalıq, fermalar və digər məkanların yeri göstərilmişdir. Xəritəyə əsasən hadisələr ABŞ ərazisində cərəyan edir.
Xəritədə göstərilən məkanlar real həyatda ABŞ xəritəsindəki məkanlarla üst-üstə düşür:[11]