Hüseyn Hüseynov (energetik)

Hüseyn Hüseynov ( tam adı: Hüseyn Cəlil oğlu Hüseynov; 20 dekabr 1978, Qaraxanbəyli, Füzuli rayonu) — Texnika elmləri doktoru, dosent, Gənclər Mükafatı laureatı (2013), "odluq qurğusu" patentinin müəllifi, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru (2024-cü il aprelin 2-dən).

Hüseyn Hüseynov
Hüseyn Cəlil oğlu Hüseynov
Doğum tarixi (45 yaş)
Doğum yeri Qaraxanbəyli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı 3
Elm sahəsi texnika
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı dosent
İş yeri AMEA Mərkəzi Elmi Kitabxana (direktor)[1]
Alma-mater Azərbaycan Dövlət Neft Akademiyası
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Mühüm layihəsi "odluq qurğusu" patentinin müəllifi
Üzvlüyü
Mükafatları Gənclər Mükafatı laueratı (2012)[2]
AMEA prezidentinin Fəxri Fərmanı (2021-2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Hüseyn Hüseynov Şimali Kipr Türk Respublikasının təhsil naziri Nazim Çavuşoğlu ilə

Hüseyn Hüseynov 20 dekabr 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. 1985-ci ildə Qaraxanbəyli kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1996-cı ildə Binəqədi rayonu 179 saylı məktəbi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Energetika" fakültəsinə daxil olmuş, 2000-ci ildə "Yüksək gərginliklərin fizikası və texnikası" ixtisası üzrə bakalavr pilləsindən məzun olmuşdur. 2002-ci ildə isə eyni Akademiyanın magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

Hüseyn Hüseynov 2002-2015-ci illərdə AMEA Fizika İnstitutunda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2015-2016-cı illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəis müavini, 2016-2017-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin magistratura şöbəsinin rəisi, 2017-2021-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəis müavini, 2021-2022-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat İdarəsinin rəis müavini, 2022-2023-cü illərdə AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri, 2023-2024-cü illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifələrini icra etmişdir.[3] O, həmçinin Azərbaycan Texniki Universitetinin dosentidir.[2]

Hüseyn Hüseynov 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi Gənc Alim və Mütəxəssislərin I qrant müsabiqəsinin (EİF/GAM-1-2011-2(4)-26/02/1-M-02) və 2014-cü ildə isə 5-ci Mobillik qrantının EİF-Mob-5-2014-2(17)-14/01/1 qalibi olmuşdur.[3]

Müxtəlif illərdə Norveç və İspaniya krallıqları, Türkiyə Respublikası, Şimali Kipr Türk Respublikası, Gürcüstan Respublikası, İran İslam Respublikası, Rusiya Federasiyasında keçirilən beynəlxalq elmi konfrans və treyninqlərin iştirakçısı olmuşdur.

2024-cü il aprelin 2-dən AMEA Mərkəzi Elmi Kitabxanasının direktorudur.[4]

30 may 2024-cü il tarixində ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının təhsil naziri Nazim Çavuşoğlu, ŞKTC-nin Bakıdakı nümayəndəsi Ufuk Turqaner Mərkəzi Elmi Kitabxanada yaradılan "Şimali Kipr Türk Cümhuriyyəti" diplomatik guşəsinin açılışında iştirak ediblər. MEK-in direktoru Hüseyn Hüseynov dünyanın 46 ölkəsi və 126 təşkilatı ilə əməkdaşlıq edən kitabxana haqqında nazirə ümumi məlumat verib.[5] Açılış zamanı qonaqlar "Akademik zal"da yaradılan guşədə ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin MEK-ə hədiyyə etdiyi ədəbiyyatlarla tanış olublar.

31 may 2024-cü ildə Kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-nin Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Əziz Səncər Mərkəzi Elmi Kitabxananı ziyarət etmiş, buradakı yeniliklərlə yaxından tanış olmuşdur.[6]

27 iyun 2024-cü ildə Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov ilə Özbəkistanın Ürgənc Dövlət Universitetinin rektoru Bəhram Abdullayev arasında əməkdaşlığa dair memorandum imzalanıb.[7]

Hüseyn Hüseynov həmçinin Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının AMEA Mərkəzi Elmi Kitabxana üzrə ərazi partiya təşkilatının sədridir.[2]

Hüseyn Hüseynov evlidir və 3 övladı var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
AMEA MEK-in direktoru Hüseyn Hüseynov Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər ilə

2003-cü ildə Fizika İnstitutunun aspirantura şöbəsinə qəbul olan Hüseyn Hüseynov "Elektrofiziki proseslər əsasında elektroenergetikanın ekoloji məsələlərinin həlli üzrə effektiv üsullar" mövzusunda dissertasiya işini müdafiə edərək 2012-ci ildə Texnika elmləri üzrə fəlsəfə doktoru adını almışdır.[3]

2024-cü ildə isə "İon maye həlledicilərlə yağ və yanacaq distillatlarının aromatiksizləşdirmə və kükürdsüzləşdirmə proseslərinin işlənilməsi" mövzusunda dissertasiya işini müdafiə edərək Texnika elmləri doktoru adını almışdır.

Hal-hazırda o, 93 elmi məqalənin (xaricdə çıxmış elmi əsərlərin sayı 43, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan əsərlərin sayı 19) və 1 patentin (odluq qurğusu) müəllifidir.[2]

Əsas elmi naliyyətləri

[redaktə | mənbəni redaktə et]

Hüseyn Hüseynovun əsas elmi nailiyyətləti: Elektrik qazboşalmalarının təsirləri şəraitində, müxtəlif təbiətli adsorbentlərdən istifadə edərək, enerji sistemlərinin ətraf mühitə gətirdiyi əsas çirkləndiricilər olan CO, CO2, NOx, SOx, H2S, CH4 və digər qazların, maye yanacaq tərkibində olan kükürd birləşmələrinin, sənaye tullantı sularının tərkibində mövcud olan çoxsaylı çirkləndirici maddələrin elektrik qazboşalmalarının təsiri şəraitində adsorbsiya üsulu ilə effektiv təmizlənməsi, qazboşalmalarının təsirləri şəraitində desorbsiya proseslərinin xüsusiyyətləri, böyük həcmlərdə atmosfer havasının tərkib hissəsinin tənzimlənməsi, ozon qazının sintezinin elektron texnologiyası, atmosferin ozon qatına təsir edən amillərin araşdırılması, odluq qurğularının effektivliyinin yüksəldilməsidir.[3]

Elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  • Selective purification of the oil fractions with use of ionic liquid of extraction on the basis of - methyl pyrrolidone[8]
  • Extraction ennoblement of diesel distillate and Its close-cut fractions
  • İnvestigation of the absorption of sunflower oil as adsorbent obtained by thermochemical activation of heavy pyrolysis resin
  • Electron structure and density of states' calculations of Ag2S and Ag2Se crystals from rst-principle
  • Carbon Nanotubes Obtained from Natural Gas by CVD
  • Углеродные нанотрубки, полученные из природного газа методом сvd
  • Research into kerosene fraction dearomatization process by means of ion-liquid extraction
  • Group hydrocarbon composition of the mixture of straight-run diesel fraction with light gas oil coking before and after purification of ionic liquid extraction
  • Study dearomatization of kerosene by IR and UV spectral analysis
  • Selective purification of transformer oil by the method of ionic liquid extractive purification[9]
  • Diethylamine and formic acid-based ionic liquid in selective purification process of oil distillates of various viscosities
  • İonic liquid extraction cleaning of petroleum fractions[10]
  • Extractive purification of diesel distillate using selective «green» solvents[11]
  • Simulation of ionic-liquid extractive purification process of thiophene and m-xylene from their mixture with n-hexane by the molecular dynamics method
  • Defect formation analysis in gamma-irradiated titanium nitride nanocrystals: predictions from positron annihilation studies
  • First Principles Study of Electron Structure of LaxBa1-xMnO3 Crystals
  • Ionic liquids as extragents of compounds negatively affecting the environmental properties of diesel fuel
  • Analyzing point defect polarization in tungsten and tungsten carbide under high gamma irradiation for radiation shielding applications
  • İonic liquid extraction as an effective alternative in the process of dearomatization of petroleum oils[12]
  • 2011-ci ildə Gənclər və İdman Nazirliyinin təsis etdiyi Elm və Təhsil nominasiyası üzrə Gənclər Mükafatı laueratına layiq görülmüşdür.[3]
  • 2021-2022-ci illərdə AMEA prezidentinin Fəxri Fərmanı ilə təltif olunub.
  • 2023-cü ildə Elm Günü münasibəti ilə AMEA prezidentinin Təşəkkürnaməsi ilə təltif olunub.
  1. "MEK-ə yeni direktor təyin olunub" (az.). bayraqdar.info. 3 Aprel 2024. Archived from the original on 2024-04-03. İstifadə tarixi: 17 okt 2024.
  2. 1 2 3 4 "Rəhbərlik" (az.). https://mek.az. Archived from the original on 2024-07-24. İstifadə tarixi: 17 okt 2024.
  3. 1 2 3 4 5 "Hüseynov Hüseyn Cəlil oğlu" (az.). science.gov.az. 17 okt 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 okt 2024.
  4. "AMEA Mərkəzi Elmi Kitabxanasına yeni direktor təyin olunub" (az.). report.az. 2 Aprel 2024. Archived from the original on 2024-04-17. İstifadə tarixi: 17 okt 2024.
  5. "Şimali Kiprin rəsmi nümayəndələri MEK-i ziyarət edib" (az.). https://mek.az. 31 may 24. Archived from the original on 2024-06-01. İstifadə tarixi: 27 iyn 2024.
  6. "Nobel mükafatı laureatı Əziz Sancar Mərkəzi Elmi Kitabxanada olub" (az.). https://science.gov.az. 31 may 2024. 27 iyn 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyn 2024.
  7. "https://azertag.az/xeber/mek_ile_ozbekistanin_urgenc_dovlet_universiteti_arasinda_memorandum_imzalanib-3071758" (az.). https://azertag.az. 27 iyun 2024. Archived from the original on 2024-06-27. İstifadə tarixi: 1 iyl 2024.
  8. Hüseynov, Hüseyn; Ibrahimova, M.J.; Abbasov, V.M.; Khalilov, A.B.; Nagiyev, V.A.; Alizada, A.E. "SELECTIVE PURIFICATION OF THE OIL FRACTIONS WITH USE OF IONIC LIQUID AS EXTRACTANT ON THE BASIS OF N-METHYL PYRROLIDONE" (PDF). WOS. 19. 2018: 302–313. 18 Oct 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-18-10.
  9. Huseynov, Huseyn. "SELECTIVE PURIFICATION OF TRANSFORMER OIL BY THE METHOD OF IONIC LIQUID EXTRACTIVE PURIFICATION". International Journal on “Technical and Physical Problems of Engineering. 13 (49). December 2021: 135–138. 18 Oct 2024 tarixində arxivləşdirilib (PDF) (#archive_missing_url). (#accessdate_missing_url)
  10. Huseynov, Huseyn. "İonic liquid extraction cleaning of petroleum fractions". Chemical problems 2022. 20. 2022: 197–212. 18 Oct 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-18-10.
  11. Huseynov, Huseyn; Ibragimova, Minaver D.; Seidova, Sabina A.; Alieva, Seiyara G.; Jafarova, Rena A. "EXTRACTIVE PURIFICATION OF DIESEL DISTILLATE USING SELECTIVE "GREEN" SOLVENTS". Processes of petrochemistry and oil refining. 23. 2022: 621–627. 18 Oct 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-18-10.
  12. Huseynov, Huseyn J.; Abbasov, V. M. ; Seidova, S. A. ; Ibrahimova, M. D. ; Akhmedbekova, S. F. ; Yolchuyeva, U. J. . "IONIC LIQUID EXTRACTION AS AN EFFECTIVE ALTERNATIVE IN THE PROCESS OF DEAROMATIZATION OF PETROLEUM OILS" (#bad_url). SOCAR Proceedings. 2024: 107–112. 2013-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-18-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]