Həmidə Ömərova. Kinomuzun ilham pərisi... — 2012-ci ildə rejissor Elvin Vəlimətovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film.
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Elvin Vəlimətov |
Ssenari müəllifi | Sevda Ağazadə |
Operatorlar |
Zaur Haşımov Səfər Səfərov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 25 aprel 2012, Mədəniyyət TV |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 37 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2012 |
Rəng | rəngli |
Film teatr, kino və dublyaj aktrisası, Azərbaycanın xalq artisi Həmidə Ömərovanın 55 illik yubileyinə həsr olunur.
Filmdə "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm", "Əzablı yollar", "Nizami", "Gümüşü furqon", "Bayramda yağış", "Burulğan", "Şirbalanın məhəbbəti" filmləri, "Dədə Qorqud oğuznamələri" bədii televiziya filmi və "Tənha durna uçuşu" film-tamaşasındakı kadrlardan istifadə edilmişdir.