Həsənəli Qədimov (tam adı: Qədimov Həsənəli Hüseynəli oğlu; 25 fevral 1942, Ağstafa rayonu – 6 iyun 2015) — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı (1995[1]-2000[2]), "Azərpoçt" MMC-də baş direktorun maliyyə məsələləri üzrə müavini (2006–2015)
Həsənəli Qədimov | |
---|---|
2006 – 2015 | |
Baş direktor | Qəmbər Bəybalayev |
3 aprel 1995[1] – 1 avqust 2000[2] | |
Əvvəlki | Cavanşir Abbasov |
Sonrakı | Cümşüd Musayev |
1990 – 1991 | |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 fevral 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyun 2015 (73 yaşında) |
Təhsili |
Həsənəli Qədimov 1942-ci il fevralın 25-də Ağstafa rayonunun Poylu kəndində anadan olmuşdur.[3]
Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamışdır.[3]
1965-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı ixtisası üzrə mexanika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur.[3] 1973-cü ildə həmin institutu bitirərək Poylu sovxozunda baş mühəndis-mexanik, sovxoz direktoru işləmişdir.[3]
1990–1991-ci illərdə Ağstafa rayon XDS icra komitəsinin sədri, 1992–1995-ci illərdə Poylu sovxozunun direktoru olub.
1995[1]-2000[2]-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.[3]
2004-cü ildən "Azərpoçt" MMC-də Nəqliyyat şöbəsinin rəisi, 2006-cı ildən ömrünün sonuna qədər isə baş direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb.[3]
6 iyun 2015-ci ildə vəfat edib.[3][4]