Əsgər Qasım oğlu Orucov (22 aprel 1907, Dondar Quşçu, Qazax qəzası – 1986, Bakı) — Azərbaycan alimi və dövlət xadimi, kənd təsərrüfatı elmləri doktoru (1957), professor, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1962–1965) və müavini (1960–1962, 1965–1970), Azərbaycan SSR kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü naziri (1962–1965).
Əsgər Orucov | |
---|---|
23 oktyabr 1965 – 20 oktyabr 1970 | |
Sədr | Ənvər Əlixanov Əli İbrahimov |
4 fevral 1960 – 31 mart 1962 | |
Sədr | Ənvər Əlixanov |
31 mart 1962 – 23 oktyabr 1965 | |
Sədr | Ənvər Əlixanov |
Əvvəlki | Rza Sadıqov |
Sonrakı | Əli İbrahimov |
31 mart 1962 – 10 mart 1965 | |
Əvvəlki | Ələkbər Quliyev (kənd təsərrüfatı naziri kimi) Məcid Hüseynov (tədarük naziri kimi) |
Sonrakı | Məmməd Xəlilov (kənd təsərrüfatı naziri kimi) |
1948 – 1959 | |
1943 – 1948 | |
1942 – 1943 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 aprel 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 1986 |
Vəfat yeri | |
Partiya |
|
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | kənd təsərrüfatı elmləri doktoru |
Elmi adı | professor |
|
|
Təltifləri |
Əsgər Qasım oğlu Orucov 22 aprel 1907-ci ildə Qazax qəzasının (hazırkı Tovuz rayonunun) Dondar Quşçu kəndində anadan olmuşdur. 1928-ci ildə Gəncə Kənd Təsərrüfatı Texnikumunun Tarlaçılıq şöbəsini, 1934-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini, 1938-ci ildə isə Moskvada Timiryazyev adına Kənd Təsərrüfatı Akademiyasının aspiranturasını bitirmişdir.[1]
1928-ci ildə indiki Goranboy rayonunda aqrotexnik kimi əmək fəaliyyətinə başlayan Əsgər Orucov 1929-cu ildən Ağdaşda kəndli-gənclər məktəbinin direktoru olmuşdur. 1938-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almış və həmin ildən Kənd Təsərrüfatı İnstitutunun Əkinçilik kafedrasında dosent işləmişdir.[1] 1941–1943-cü illərdə Ağstafada kolxoz sədri, Ağstafa Rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1943-cü ildən Azərbaycan SSR xalq yeyinti komissarının müavini olmuşdur.[2]
Əsgər Orucov 1948-ci ildən Gəncədəki Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru işləmişdir. 1957-ci ildə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsini almışdır. 1958-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Elmləri Akademiyasının yaranması ilə əlaqədar akademiyanın baş elmi katibi seçilmişdir.[1] 1960-cı ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1962-ci ildən birinci müavini və paralel olaraq Azərbaycan SSR kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü naziri olmuşdur. 1965-ci ildə isə yenidən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmişdir.[3]
Əsgər Orucov 1970–1986-cı illərdə Meliorasiya və Hidrotexnika İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır. O, 22 monoqrafiyanın müəllifi olmuş, 15 elmlər namizədinin, 12 elmlər doktorunun elmi rəhbəri olmuşdur. Bolqarıstan Kənd Təsərrüfatı Elmləri Akademiyasının üzvü, Çexoslovakiyanın (hazırda Çexiyanın) Brno şəhərinin fəxri vətəndaşı seçilmişdir.[1]
Əsgər Orucov 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin V–VII çağırış deputatı seçilmişdir.[2] 1960-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və 1963–1964-cü illərdə paralel olaraq Mərkəzi Komitənin kənd təsərrüfatı bürosunun üzvü olmuşdur. 1966-cı ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.[4]
Əsgər Orucov 1986-cı ildə Bakıda vəfat etmişdir.[1]