Tahirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəngan kənd inzibati ərazi dairəsində kənd.[1]
Tahirli | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tahirli kəndinin iqlimi mülayim və qismən suptropikdir. Əsasən taxılçılıq, maldarlıq, kartofçuluq və üzümçülük inkişaf etmişdir.
Əhalisinin əksəriyyətini gənclər və uşaqlar təşkil edir. Burada yaşlı təbəqə kənd əhalisinin 7–9 faizini təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 370 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı çox aşağıdır. Burada əsasən kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edib və edir. Ağır sənaye və yeyinti sənayesi tam sıfır səviyyəsindədir. Kəndin yolları bərbaddır, İşıq fasilələrlə verilir, qaz isə tamamilə yoxdur.