Həsənqala (Xaçmaz)

HəsənqalaAzərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd.

Həsənqala
41°34′50″ şm. e. 48°41′27″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xaçmaz rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 2715
Xəritəni göstər/gizlə
Həsənqala xəritədə
Həsənqala
Həsənqala

Kənd Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi Qusar rayonunun Həsənqala kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır.[1]

Həsənqala kəndindəki qədim yaşayış məskəni ilk dəfə 1977-ci ildə aşkarlanıb. 2023-cü ildə Həsənqala kəndi ərazisində yerləşən “Həsənqala” təpəsində aparılan arxeoloji qazıntılar zamanı qiymətli tarixi maddi mədəniyyət nümunələri tapılıb. Aparılan qazıntı işləri zamanı erkən tunc dövrünə aid insan skeleti tapılıb. Maraqlı fakt odur ki, tapılan skeletin ayaq barmaqları olmayıb. Onun eramızdan əvvəl III minilliyə aid olduğu ehtimal olunur. Bundan əlavə arxeoloji qazıntılar zamanı ərazidən eramızdan əvvəl III minilliyə aid bəzəkli saxsı, sümükdən biz, döyüş daş baltası da aşkarlanıb.[2]

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427
  2. Vəli Turan. "Xaçmazda e.ə III minilliyə aid insan skeleti tapılıb" (az.). APA.az. 18.09.2023. İstifadə tarixi: 2023-09-18.