Həzrət Abbas türbəsi

Həzrət Abbas türbəsi (ərəb. العتبة العباسية‎) — İraqın Kərbəla mühafəzəsinin Kərbəla şəhərində yerləşən Abbas ibn Əlinin məzarının yerləşdiyi türbə kompleksidir. Türbə İmam Hüseyn türbəsinin qarşısında yerləşir.

Həzrət Abbas türbəsi
Xəritə
32°37′01″ şm. e. 44°02′10″ ş. u.HGYO
Ölkə İraq İraq
Şəhər Kərbəla
Yerləşir Kərbəla
Tikilmə tarixi 680-ci ildə məscidin yaranması, 1600-cı və 1700-ci ildə məscidin bugünkü görünüşünün ortaya çıxması
Üslubu Səfəvi memarlığı
Sahəsi 10973 metr²
Minarələri 2
Günbəzləri 1
Vəziyyəti fəaliyyət göstərir
Həzrət Abbas türbəsi (İraq)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Türbənin arxadan görünüşü

Həzrət Abbas türbəsi və ya məscidi çox mürəkkəb nəhəng kompleksdir. Abbas ibn Əlinin dəfn olunduğu məscidin (və ya məqbərənin) özü kompleksin mərkəzində yerləşir. Onun bir böyük qızıl günbəzi, həmçinin iki qızıl hündür minarəsi vardır. Məscidin damında 16 kiçik günbəz yerləşir. Məscidin memarlıq görkəmi SəfəviTeymuri dövrlərinə aid memarlığın aydın elementləri ilə İslam memarlığına tam müvafiqdir.

Məqbərə binası bir neçə mərtəbəli nəhəng tikililərlə əhatə olunmuş və məscid və kompleksin bir hissəsi olan böyük həyətlə əhatə olunmuşdur. Bu binalarda ibadətgahlar, muzeylər, zəvvarlar üçün yerlər, köməkçi tikililər və bu kimi otaqlar və məkanlar yerləşir.[1]

Tarix və Dizayn

[redaktə | mənbəni redaktə et]
1899-cu ildə Türbənin görünüşü

Müxtəlif sülalələrin imperatorları və padşahları Abbas ibn Əlinin hərəminə qiymətli hədiyyələr və qiymətli daşlar bəxş etmişdirlər. 1622-ci ildə Şah Abbas Səfəvi türbənin günbəzinin bəzədilməsini əmr etmişdir. Türbə binasına pəncərələr əlavə edilərək türbə müasir simasını əldə etmişdir.[2]

Osmanlı dövründə ziyarətgah Osmanlı sultanları olan Sultan Süleyman Qanuni, III MuradIV Murad tərəfindən yenidən tikilmişdir.[3]

Müasir dizaynın əksəriyyəti İranMərkəzi Asiya memarları tərəfindən hazırlanmışdır. Damla formalı mərkəzi günbəz daxili və xarici günbəzi olan bəzəkli bir struktura malikdir. İçəridən görünən daxili günbəz incə güzgü işi ilə bəzədilmişdir. Qübbələrin yan tərəflərində iki hündür minarə mövcuddur və 2007-ci ildə aparılan təmir-bərpa işlərində qızılla zərlənmişdir. Türbə xalis qızılla örtülmüş, ətrafı gümüşdən hazırlanmış çardaqla əhatə olunmuşdur və döşəməsi İran xalçalarıyla örtülmüşdür.[4]

Şiəlikdə müqəddəs məkanlar

  1. (eng). ASIN B0007AIWQW.
  2. "History of the Shrines in Karbala". 2013-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
  3. Karbala in Ottoman archives / Dilek Kaya: p. 94
  4. Muhammad, Yousaf. Al-Abbas (AS) – Rajul Al-Aqidah Wal Jehad. Islamic Republic of Iran. December 2001.