Hacı Həsən Həkim (ərəb. الطبيب الحاج حسن) — XX əsrdə Şəki şəhərində yaşamış ərəb əsilli həkim. Cənubi Qafqaz regionunda Taun və Tif viruslarına qarşı mübarizə aparan yeganə həkim olub.
Hacı Həkim | |
---|---|
Hacı Həsən Həkim | |
| |
Digər adı | Hacı Həsən |
Doğum tarixi | |
Doğum yeri |
Ərəbistan yarımadası, Osmanlı İmperiyası |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri |
Şəki, Zaqafqaziya, Rusiya imperiyası |
Vəfat səbəbi | tif xəstəliyi |
Dəfn yeri | Şəki, Azərbaycan |
Həyat yoldaşı | Zəhra xanım (Məmmədova) |
Uşaqları |
oğulları: Fərrux Hacı Həkim Ənvər Məmmədov Əhməd Məmədov qızı: Zərifə Məmmədova Əzizə Məmmədova |
Milliyyəti | Ərəb |
Fəaliyyəti | Həkim |
Əsil adı Həsən olan Hacı Həkim 1862-ci ildə Ərəbistan yarımadasında anadan olub. Milliyətcə ərəb olub. Dəqiq doğum yeri və tarixi məlum deyil. Mədrəsə təhsili alıb, daha sonradan həkimlik peşəsində çalışmağa başlayıb. Daha sonradan bir neçə il Ərəb yarımadası ölkələrində işləyib. Bundan sonra o öz adını "Hacı Həsən" ilə əvəz edib.
1898-ci ildə Cənubi Qafqaza, Şəki şəhərinə köçür. Burada o Taun və Tif infeksional xəstəliklərinə qarşı mübarizə aparır. O burada yaşadığı illər ərzində yüzlərlə insanı tif və digər xəstəliklərdən müalicə edir. Şəkidə Hacı Həsən hamı tərəfindən Hacı Həkim kimi tanınır. Müalicə üçün Hacı Həkimin yanına gələnlər nəinki Azərbaycandan, həm də Rusiya, Gürcüstan, Abxaziya, Dağıstan, Çeçenistan və s. ölkələrdən gəlirlər. Hacı Həkim Şəki şəhərində Zəhra xanım ilə evlənir. Hacı Həkimin 5 uşağı Şəki şəhərində anadan olur. Onlardan ən böyüyü olan Fərrux da atası kimi həkim olur. Lakin 1918-ci ildə Hacı Həkim həyatının 57-ci ilində vəfat edir. Onun ölümünə səbəb onun illər boyu mübarizə apardığı "tif virusu" oldu. Hacı Həkimin ölümündən sonra onun böyük oğlu Fərrux da "tif virusuna" yoluxur və atası ilə eyni ildə, eyni xəstəlikdən vəfat edir. Fərrux vəfat etdikdə onun cəmi 18 yaşı var idi.
Hacı Həkim Azərbaycana köçdükdən sonra burada Zəhra xanım ilə evlənir. Nikahdan onların 3 oğlu və 2 qızı anadan olur:
2000-ci ildə Şəki şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Hacı Həkimin həyatına həsr olunmuş lövhə Şəki şəhər Tarix muzeyində yerləşdirilib.