"Hachette" (tələffüzü: "Aşett") — kitab və dövri nəşrlərin nəşri, yayılması ilə məşğul olan Fransa səhmdar cəmiyyəti. Bu, 1919-cu ildə Paris şəhərində, 1826-cı ildə əsası qoyulmuş "Louis Hachette" kitab nəşri və ticarət firması əsasında yaradılmışdır.
Hachette | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | nəşriyyat işi[1] |
Məhsulları | proqram təminatı[2], kitab, jurnal |
Təsis tarixi | 1826[1] |
Baş qərargahın yeri | |
Struktur | |
Tərəfdaşlar | Laruss (nəşriyyat) |
hachette.com hachette.fr |
|
Vikianbarda əlaqəli mediafayllar |
Nəşriyyatın və cəmiyyətin müxtəlif ölkələrdə ofisləri var. "Hachette Filipacchi Médias" Fransada 47 jurnal nəşr edir.
"Hachette" beynəlxalq nəşriyyat qrupuna çoxlu sayda törəmə şirkətlər daxildir. Onlardan ən məşhurları "Da Capo Press" və elmi "Basic Books" ("Perseus Books Group"un bir hissəsi), "Weidenfeld & Nicolson" ("Orion Publishing Group"un bir hissəsi), "John Murray Press" və eyniadlı nəşriyyatın bazasında yaradılmış "Little, Brown Book Group" nəşriyyat qrupu daxildir.[3][4]