Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 14 gün əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Hadrud. sən azadsan — Nizami kino Mərkəzində Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş sənədli film[1]
"Hadrus,sən Azadsan!" | |
---|---|
"Hadrus,sən Azadsan!" sənədli filmi | |
Janr | Sənədli film |
Rejissor | Cavidan Şərifov |
Prodüser | Arzu Əliyeva |
İcraçı prodüserlər | Orman Əliyev və Nazim Hüseynov |
Ssenari müəllifi | Rasim İsmayılov |
Operatorlar | Ziya Babayev, Əli Əliyev |
İstehsalçılar | Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan |
İl | 2023 |
Çəkiliş yeri | Xocavənd rayonu |
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın baş prodüseri olduğu film 44 günlük Vətən Müharibəsinin parlaq səhifələrindən biri olan Hadrut şəhərinin Ermənistan işğalından azad olunması əməliyyatından bəhs edir.
Filmdə 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsinin Ermənistan işğalından azad olunması (9 oktyabr) əməliyyatından bəhs edilir. Əməliyyata qərar verilməsindən əməliyyatın sona çatmasına qədər proseslər bütün detallarına qədər real olaraq canlandırılıb.
Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin döyüşlərdə birbaşa iştirak etmiş döyüşçülər filmdə yer alıb. Film boyu real döyüş kadrları ilə bərabər, bütün qoşun növlərinin, əsasən də xüsusi təyinatlıların aparıcı rol oynadığı hərbi proseslərdə hərbi fəndlər, döyüş səhnələri imitasiya olunaraq lentə alınıb.