Is This a Zombie?, Yaponiyada tanınan adı ilə Kore wa Zombie Desu ka? (これはゾンビですか?,Kore wa Zonbi Desu ka??, azərb. Bu bir zombidir?) və ya qısaca Korezom[2] (これゾン,Korezon?) — Kobuyçi və Muririnin rəssamlığı ilə Şiniçi Kimura tərəfindən yazılan ranobe seriyası. Fujimi Shobo nəşriyyatı 2009-cu ilin yanvarından2015-ci ilin iyununa kimi Fujimi Fantasia Bunko imprinti altında ranobenin 19 cildini nəşr etmişdir. Ranobe əsasında 2 manqa adaptasiyası və bir yonkoma adaptasiyası istehsal olunmuşdur. Studio Deen tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 11 yanvar 2011-ci ildən 31 mart 2011-ci ilə kimi yayımlanmışdır. "Is This a Zombie? of the Dead" (これはゾンビですか? オブザデッド,Kore wa Zonbi Desu ka? Obu za Deddo?) adlı ikinci mövsüm isə 5 aprel 2012-ci ildən 7 iyun 2012-ci ilə kimi nümayiş etdirilmişdir.
Hekayənin baş qəhrəmanı Ayumu Aykava adi bir lisey tələbəsidir. Lakin bir gün naməlum seriyalı qatil tərəfindən öldürülür və yeraltı dünyasından gələn nekromant qız Yuklivud Hellsayt tərəfindən zombi kimi dirildilir. Beləliklə, Ayumu ölümsüzlük qazanır: hətta bədəni parçalara ayrılsa belə ölmür. Ayumu həyatını belə davam etdirməyi planlaşdırır. Lakin Haruna adlı maso-şoco (魔装少女?, azərb. "Sehrli paltarlı qız"; "sehrli qız" mənasını verən "maho-şoco" sözü üzərində söz oyunu) ilə qarşılaşır və istəmədən onun sehrini alaraq maso-şoco olur. Tezliklə Serafima adlı vampir nindza da onlara qoşulur. Yuklivud, Haruna və Serafim Ayumu ilə birlikdə yaşamağa başlayırlar. Ayumu bir tərəfdən yeni dostlarını Meqalo adlandırılan iblislərə qarşı döyüşməyə kömək edir, bir tərəfdən də onu öldürən qatilin əsl şəxsiyyətini tapmağa çalışır.
Ayumu hekayənin protaqonistidir. Adi lisey tələbəsidir, lakin naməlum serialı qatil tərəfindən öldürüldükdən sonra nekromant Yuklivud Hellsayt tərəfindən zombi kimi dirildilir. Zombi bədəni ona böyük fiziki imkanlar qazandırır. Ölümsüzdür, yaraları tez sağalır, lakin ağrını hiss edə bilir. Günəş işığına qarşı həssasdır. Bundan əlavə, Ayumu sehri özünə çəkmək bacarığına da malikdir. Harunanın sehrini özünə çəkdikdən sonra Ayumi maso-şocoya çevrilmək bacağına yiyələnir. Lakin maso-şocoya çevrilməkdən çox utanır. Hellsayt, Haruna və Serafim ilə yaşayır. Yaxşı brek-dans oynaya bilir.
Yuklivud və ya qısaca Yuu (ユー?) gümüş saçlı nekromantdır. Ayumu seriyalı qatil tərəfindən öldürüldükdən sonra onu zombi kimi həyata qaytana məhz Yuklivud olur. Yuklivud yeraltı dünyasından gəlir. O, heç vaxt danışmır, çünki o qədər güclüdür ki, hətta sözləri ilə insanları öldürə bilər. Danışa bilmədiyindən Ayumu və digərləri ilə həmişə yanında daşıdığı blanknot və qələm vasitəsilə ünsiyyət saxlayır. Bundan əlavə, güclərini saxlamaq üçün xüsusi zireh geyinir və onları çıxarmır. Yuklivud Ayumu və dostlarını çox sevir, ətrafındakıları xoşbəxt görməkdən əyləndiyini bildirir, lakin üzü həmişə emosiyasız olur. Ayumunun ən böyük xəyalı Yuklivudun ona "Oni-çan" kimi xitab etməsidir.
Haruna Villiers diyarından olan maso-şocodur. Silahı Mistelteyn (ミストルティン,Misutorutin?) adlı zəncirli mişardır. Bu mişarlar insanların yaddaşını da silə bilir. Meqalo adlandırılan iblislərə qarşı döyüşür. Müəllimi Day-sensey onu tofu almaq üçün Kiotoya göndərsə də, səhvən Tokioya gedir və orada Ayumu ilə qarşılaşır. Ayumu zombi olduğundan onun sehrini alır və Haruna artıq maso-şocoya çevrilə bilmir. Buna görə də Haruna Ayumu ilə yaşamağa qərar verir. Haruna çox enerjili qızdır. Özünü həmişə "dahi maso-şoco" adlandırır, lakin tez-tez insanların adlarını unudur. Onun Ayumuya qarşı sevgi hisləri var, hətta bir dəfə ondan onu öpməsini xahiş edir. Yumurta bişirməyi çox sevir, Ayumu liseyə gedərkən həmişə onun üçün yumurta bişirir.
Serafima və ya qısaca Sera (セラ?)vampirnindzadır (吸血忍者,Kyūketsu-ninja?). İnkişaf etdirdiyi xüsusi döyüş texnikasını Gizli qılınc texnikası: Qaranquş kəsişi (秘剣 燕返し,Hiken Tsubamegaeshi?) adlandırır. Döyüşərkən yarpaqlardan ibarət katanadan və yarasa qanadlarından istifadə edir. Serafima əvvəlcə Yuklivudun xidmətçisi olmaq məqsədilə Ayumunun evinə gəlir. Lakin Yuklivud Ayumunun artıq onun xidmətçisi olduğunu bildirir. Serafima Ayumu ilə döyüşməyə qərar verir, uduzduqdan sonra Ayumunu Yuklivudun xidmətçisi kimi qəbul edir, lakin bundan sonra Ayumunun evində yaşamağa qərar verir. Serafimanın Yuklivuda qarşı böyük hörməti var, hətta digər vampir nindzalar tərəfindən ona Yuklivudu öldürmək üçün verilən əmri yerinə yetirməkdən imtina edir. Lakin Ayumuya qarşı amansızdır, onu həmişə təhqir edir, peyin böcəyi (クソ虫,Kuso-mushi?) adlandırır. Serafima vampir olduğundan vaxtaşırı qan içir, lakin çox qana ehtiyacı olmadığından əmdiyi adamın həyatına təhlükə törətmir. Qan içməzdən əvvəl partnerinə anesteziya tətbiq etmək üçün onu öpür.
Mael Strom Serafima kimi vampir nindzadır. Ayumu onunla ilk dəfə Meqalolara qarşı döyüşərkən tanış olur və istəmədən onu öpür. Vampir nindza qanunlarına görə bir vampir nindzanı kim öpərsə, onunla evlənmiş hesab olunur. Buna görə də Mael onu əri kimi qəbul etməli olur və axırda ona qarşı sevgi hisləri bəsləməyə başlayır. Mael Ayumu ilə eyni liseyə gedir və liseydə Yuki Yoşida adından istifadə edir, lakin Ayumu onu Tomonori (トモノリ?) ləqəbi ilə çağırır. Mael yaxşı tonkotsu rameni bişirə bilir və bu ramen Meqaloları öldürmək gücünə malikdir. Hətta onun Meqaloları öldürmək üçün xüsusi ramen maşını var, lakin animedə bu maşını xarab olur.
Sarasvati və ya qısaca Saras (サラス,Sarasu?)vampirnindzadır və Serafimanın rəisidir. Ayumu ilə eyni liseyə gedir və Kirara Hoşikava adından istifadə edir. Sarasvati idol olmağı və mahnı oxumağı çox sevir, halbuki Serafima düşünür ki, vampir nindzalar ancaq "kölgələrdə yaşamalıdırlar". Çox sərt və kobud şəxsiyyətə malikdir, amansızdır. Sarasvati Yuklivudun Meqaloları çəkdiyinə görə Serafimaya onu öldürməyi əmr edir, amma Serafima bunu edir və Sarasvati Serafimanı öldürməyə qərar verir. Lakin sonda fikrindən daşınır. Sarasvati daha sonra Ayumuya aşiq olur.
Kyoko bir maso-şocodur və Ayumunu öldürən seriyalı qatildir. Əvvəlcə özünü Oritonun uşaqlıq dostu və seriyalı qatilin qurbanlarından biri kimi tanıdır. Kyoko digər insanları öldürərək onların canlarını alır və öz canını artırır. Tez-tez yandere tərəfini göstərir. Daha sonra Gecənin kralı tərəfindən ələ keçirildiyi məlum olur. Ayumu sonda onun əsl şəxsiyyətini öyrənir və onu məğlub edir. Məğlubiyyətdən sonra Ariel onu həbs edir, lakin daha sonra tutulduğu yerdən müvəqqəti buraxılır və Ayumuya əslində onu sevdiyini bildirir.
Yuklivud tərəfindən daha əvvəl dirildilmiş keçmiş zombidir və Yoruno (夜野?) adı ilə də tanınır. Gecənin kralının ürəyi qəzəb ilə doludur, çünki Yuklivudun ona əbədi həyat bəxş etməsini əzab hesab edir. Buna görə də ən böyük arzusu ölməkdir. Animenin 11-ci seriyasında sonda səhv etdiyini anlayır və Yuklivud onu öldürür. Ölməzdən əvvəl son istəyi növbəti həyatında pinqvin olmaqdır, çünki pinqvinləri sevir.
Villers diyarının ən güclü maso-şocosudur. Lakin Villiers kraliçası tərəfindən lənətlənərək kişiyə çevrilir və Ayumunun liseyində Takeşi Kurisu adı ilə dərs deməyə başlayır. Lənəti aradan qaldırmaq ümidi ilə həmişə içki içir və buna görə də sərxoş olur. Ayumu onunla ilk dəfə qarşılaşanda onun xəyalının bir məhsulu olduğunu hesab edir və onu "pəri" adlandırır. Kyokonun dediyinə görə onu məğlub etməyin yeganə yolu onu qıdıqlamaqdır.
Ayumunun sinif yoldaşlarından biri və Yeraltı dünyasının sakinlərindən biridir. Yuklivud ilə bir-birilərini tanıyırlar. Ayumunu onu həmişə Anderson-kun (アンダーソンくん,Andāson-kun?) çağırır. Olduqca mehriban şəxsiyyətə malikdir.
Matellisin müəllimlərindən biridir. Harunanı tofu almaq üçün Kiotoya göndərir, lakin Haruna səhvən Tokioya gedib çıxır. Tələbələrinin qayğısına qalmağı sevir.
Yuklivudun Yeraltı dünyasından dostudur və Yeddinci uçurumun keçmiş üzvlərindən biridir. Yeraltı dünyasının ən güclüsü hesab olunur. Bundan əlavə, docinşidir və Nene (ネネ?) adı ilə tanınır. Yatmağı çox sevir, istənilən yerdə, istənilən vaxt, istənilən vəziyyətdə yata bilər.
"Is This a Zombie?" Kobuyçi və Muririnin rəssamlığı ilə Şiniçi Kimura tərəfindən yazılmış ranobe seriyasıdır.[3] Ranobe seriyasının ilk cildi 20 yanvar2009-cu ildə Fujimi Shobo nəşriyyatı tərəfindən Fujimi Fantasia Bunko imprinti altında buraxılmışdır.[4] Sonuncu – 19-cu cild isə 20 iyun2015-ci ildə nəşr olunmuşdur.[5]
№
Başlıq
Nəşr tarixi
ISBN
1
Kore wa Zonbi Desu ka? Hai, Masō-Shōjo Desu (これはゾンビですか? はい、魔装少女です?)
30 dekabr2009-cu ildə Marine Entertainment bir drama CD buraxmışdır.[25] Drama CD-nin həm məhdud, həm də daimi nəşrləri buraxılmışdır.[25] Hər iki nəşrin ilk buraxılışlarına B2 ölçülü poster əlavə olunmuşdur.[25] Məhdud nəşr Şiniçi Kimura tərəfindən yazılmış buklet və Kobuyçi ilə Muririn tərəfindən hazırlanmış telefon kartı ilə buraxılmışdır.[25]
Saççi tərəfindən hazırlanmış manqa adaptasiyası 9 yanvar2010-cu ildə "Monthly Dragon Age" jurnalında nəşr olunmağa başlamışdır. İlk tankobon cildi Kadokawa Shoten tərəfindən 9 avqust 2010-cu ildə buraxılmışdır.[26] 6 dekabr 2013-cü ilə kimi 8 cildi nəşr olunmuşdur.[27] Muupanın rəssamlığı ilə "Is This a Zombie? Yes, It's 4-koma Flavor." (これはゾンビですか? はい、4コマ風味です。,Kore wa Zonbi Desu ka? Hai, Yonkoma Fūmi Desu.?) adlı yonkoma manqası istehsal olunmuşdur. Ryo Haseminin rəssamlığı ilə istehsal olunmuş "Is This a Zombie? Yes, I'm your Wife." (これはゾンビですか? はい、アナタの嫁です。,Kore wa Zonbi Desu ka? Hai, Anata no Yome desu.?) manqası 26 oktyabr2010-cu ildən 26 fevral2013-cü ilə kimi "Comp Ace" jurnalında nəşr olunmuşdur və 5 cildi buraxılmışdır.[28]
17 may2010-cu ildə anime adaptasiyası anons edilmişdir.[50] 12 seriyalıq anime serialı Studio Deen studiyası tərəfindən istehsal olunmuş və 11 yanvar 2011-ci ildən 30 aprel 2011-ci ilə kimi yayımlanmışdır. 10, 11 və 12-ci seriyalar 2011-ci ilin martında baş vermiş Tohoku zəlzələsinə görə plana uyğun şəkildə yayımlanmamışdır.[51][52] Anime Crunchyroll vasitəsilə də yayımlanmışdır.[53] Animenin 13-cü seriyası olan OVA seriyası 10 iyun 2011-ci ildə ranobenin 8-ci cildi ilə birlikdə DVD-də buraxılmışdır.[12] Anime Şimali AmerikadaFunimation tərəfindən lisenziyalaşdırılmış və 4 dekabr 2012-ci ildə buraxılmışdır.[54][55]
"Is This a Zombie? of the Dead" (これはゾンビですか? オブザデッド,Kore wa Zonbi Desu ka? Obu za Deddo?) adlı ikinci mövsüm[56]"Monthly Dragon Age" jurnalının iyul buraxılışında anons edilmişdir. İkinci mövsüm 5 aprel 2012-ci ildən 7 iyun 2012-ci ilə kimi yayımlanmışdır.[57][58] Mövsümün 0-cı seriyası olan OVA seriyası 25 aprel2012-ci ildə ranobenin 10-cu cildi ilə birlikdə DVD-də buraxılmışdır.[15] Animenin 11-ci seriyası olan OVA seriyası isə 20 oktyabr 2012-ci ildə manqa adaptasiyasının 6-cı cildi ilə birlikdə Blu-ray-da buraxılmışdır.[59]Funimation ikinci mövsümü lisenziyalaşdırılmış və öz video portalı vasitəsilə yayımlamışdır.[60]MVM Films isə mövsümü Böyük Britaniya üçün lisenziyalaşdırmışdır.[61]
Birinci mövsümün açılış mahnısı İori Nomizu tərəfindən ifa olunan "Leave-It-To-Me Tonight" (魔・カ・セ・テ Tonight,Ma-Ka-Se-Te Tonight?) mahnısı, bağlanış mahnısı isə Rie Yamaquçi və Manzo tərəfindən ifa olunan "Notice Me, Mr. Zombie, I am your Classmate" (気づいてゾンビさま、私はクラスメイトです,Kizuite Zonbi-sama, Watashi wa Kurasumeito Desu?) mahnısıdır. İkinci mövsümdə açılış mahnısı kimi İori Nomizu tərəfindən ifa olunan "Passionato" (パショナート,Pashonāto?) mahnısı, bağlanış mahnısı kimi Rie Yamaquçi tərəfindən ifa olunan "I'm a Beginner at Love (T_T)" (恋のビギナーなんです(T_T),Koi no Beginā Nan Desu (T_T)?) mahnısı səsləndirilmişdir.
Anime News Network-dan Teron Martin animeni ümüumi hekayədəki bir neçə roman tvistinə görə tərifləmiş, lakin həmişə effektiv olmayan yumoruna və cansız sənətkarlığına görə tənqid etmişdir.[64]DVD Talks-dan Con Sinnot animenin çox əyləncəli olduğunu bildirmiş və izləməyi tövsiyə etmişdir.[65]
↑"放送休止のお知らせ"(Japanese). Kore wa Zombie Desu ka? Official Website. March 14, 2011. March 17, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2016.