Hauptamt Volksdeutsche Mittelstelle

Fürer vəkili Rudolf Hess və SS Reyxfürer Henrix Himmler, işğal edilən Şərqi Avropanın dərinliklərində təklif edilən kənd tipli alman yaşayış məntəqələrinin bir sərgisini ziyarət edərkən, mart 1941

Hauptamt Volksdeutsche Mittelstelle (mənası: etnik almanlar üçün əsas rifah darəsi), Nasist Almaniyasının hüdudlarından kənarda yaşayan Volksdeutschenin maraqlarını həll etmək üçün qurulmuş bir NSDAP agentliyi idi və sonra Allgemeine SS administrasiyasının nəzdində, Şərqi Avropada Lebensraumda (həyat sahəsi) olan nasist ideologiyasının təbliği və reallaşdırılması işlərinə məsuliyyət daşıyırdı.

1937-ci ildə SS rəhbərliyi altında Obergruppenführer Werner Lorenz tərəfindən təsis edilmişdir. İlk vəzifəsi Almaniya vətəndaşlarını insanlarını Almaniyadan kənarda yerləşdirmək idi. Bu iş bu şüar altında 1939-1940-cı illərdə reallaşdırılmışdır.