Hava nəqliyyatı-Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur.
Hava nəqliyyatı - Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. Aviasiya vasitəsilə sərnişinlərin və yüklərin daşınmasına yalnız I Dünya müharibəsindən sonra başlanmışdır. Əgər 1937-ci ildə dünyada hava nəqliyyatı ilə 4 mln. nəfər səmişin daşınmışsa, XXI əsrin əwələrində bu göstərici 2,2 mlrd. nəfər təşkil etmişdir.
Sərnişinlərin və xüsusi dəyərli yüklərin lazım olan məntəqəyə qısa müddətə çatdırılması hava nəqliyyatının üstün cəhətlərini müəyyən edir. İstifadə edilən təyyarələrin fərqli texniki xüsusiyyətləri hava məkanında müxtəlif hündürlüklərdə hava xətləri şəbəkəsinin yaradılmasına imkan vermişdir. Müasir dövrdə belə hava xətləri şəbəkəsinin ümumi uzunluğu 10 mln. km təşkil edir.
Hava nəqliyyatı ilə sərnişin daşınmalannın materiklər uzrə paylanması
Regionlar | Sərnişin daşımalarmda xüsusi çəkisi, %-lə | |
1 | Şimali Amerika | 40 |
2 | Qərbi Avropa | 22 |
3 | Asiya | 20 |
4 | Şərqi Avropa | 5-6 |
5 | MDR'ölkələri | 5-6 |
6 | Cənubi Amerika | 5-6 |
7 | Afrika | 2 |
Dünyanın əsas beynəlxalq hava xətlərinin istiqaməti beynəlxalq təyyarə limanlarının coğrafıyası ilə bağlıdır. 2009-cu ildə dünyada 1150 ədəd beynəlxalq təyyarə limanı istifadə etmişdir. Bu təyyarə limanlarının vasitəsilə hər il təxminən 70 milyon sərnişin daşınır. Şimali Atlantika və Sakit okean hövzələri üzərində istifadə edilən hava xətləri sərnişin daşımalarında aparıcı yerləri tutur. Materiklər üzrə sərnişin daşımalannda aparıcı yerləri Şimali Amerika (40%) və Avropa (28%), sonuncu yeri isə Afrika (2%) tutur
Azərbaycanda hava nəqliyyatı 1924-cü il yaradılıb. Bu vaxt Bakıdan Tbilisiyə aviasiya xətti açılıb. Son vaxtlar xarici ölkələrlə əlaqələrin genişlənməsi prosesində bu sahə sürətlə inkişaf edir. Azərbaycandan Avropa və Asiyanın bir çox ölkələrinə təyyarələr uçur. Bakıda respublikanın ən böyük təyyarə limanı yerləşir. Gəncə və Naxçıvanda da aeroportlar var. Respublika daxilində olan hava nəqliyyatında Gəncə, Naxçıvan, Yevlax, Şəki və Lənkəran olan aeroportlar mühüm rol oynayır. Aviasiyanın xidmətindən dağlıq rayonlarla əlaqə yaratmaq üçün də istifadə edilir.[1] Bununla belə işğaldan azad edilmiş rayonlarımızdan bəzilərində yeni hava limanları inşa edilmişdir