Şimali-Atlantika silsiləsi — Orta Atlantika silsiləsinin tərkibinə daxil olub, Atlantik okeanın mərkəzindən keçir. 52° ş. e başlayaraq Ekvator yaxınlığına qədər uzanır.
Meridian istiqamətində qövsvari şəkildə 8,2 min km məsafədə uzanır[1], maksimal eni isə 1500 km təşkil edir.
Sualtı silsilənin su səthinə ən yaxın nöqtəsi 128 m təşkil edir. Bununla belə bəzən adalar əmələ gəlir Azor adaları və b.). Bəzən rif dərələri əmələ gətirir[2].