Haytarma (film, 2013)

Haytarma — 2013-cü ildə istehsal edilmiş ruscaKrım tatarcasında çəkilmiş Ukrayna istehsalı film.[2][3]

Haytarma
Krım Tatarcası: Qaytarma
Janr Dram
Əsas mövzu Əhməd Xan Sultan, Krım tatarlarının deportasiyası
Rejissor Volodimir İvanov
Prodüserlər Lenur İsliamov
İvanna Diadiura
Ssenari müəllifi Mikola Rıbalka
Baş rollarda Ahtem Seytablayev
Oleksiy Horbunov
Bəstəkarlar Cəmil Karikov
Serji Kutsenko
İlk baxış tarixi 18 may 2013[1]
Filmin növü bədii film
Müddət 90 dəqiqə
Büdcə 1.5 milyon
Ölkə Ukrayna
Dillər Rusca
Krım tatarcası
İl 2013
Rəng rəngli
IMDb ID2871482

Filmin çəkilişinə 2012-ci ildə Krımda başlanmışdır. Başlanğıcda filmin büdcəsi 2.5 milyon dollar idi. Filmin maliyyə ehtiyyacı Ukraynanın televiziya kanalı olan ATR-in sahibi Lenur İslam tərəfindən qarşılanmışdı. Filmə ilk baxış 2013-cü ilin mart ayında keçirilmiş, premyerası isə 2013-cü ilin 18 mayına nəzərdə tutulmuşdu. Bu tarix Krım tatarlarının sürgün edilməsinin 69-cü ildönümü idi. Premyerada Əhmədxanın nəvəsi Veronika, Sovet Hərbi Hava Qüvvələrinin pilotları, rus generalları və müxtəlif xarici ölkələrin səfirləri dəvət edilmişdi.

Filmdə krımlı tatar olan Sovet İttifaqı qəhrəmanı və sınaq pilotu Əhmədxan Sultanın həyatından və 18 may 1944-cü ildə Krım tatar sürgünündən bəhs edilir. Haytarma "geri dönüş" mənasına gəlməkdədir.

Krımın bütün şəhərləri ilə yanaşı Kiyev, Moskva, Nyu-York, KazanBerlində nümayiş etdirilmişdir. 50-ci Qızıl Portağal Film Festivalında nümayiş etdirilən film Türkiyənin müxtəlif bölgələrindən gələn Krım tatarı kökənlilərin toplu olaraq filmi izləməsinə səbəb olmuşdur.[4][5] Rejissorluğunu və baş rol aktyorluğunu Axtem Seytablıyevin yerinə yetirdiyi filmdə rus və ukraynalı aktyorlarla birlikdə Krım sürgününü yaşamış bir çox şəxs də rol almışdır. Film 86-cı Akademiya Mükafatları Xarici Dildə Ən Yaxşı Film nominasiyasında namzidəlik üçün Ukraynanın son üç filmi arasına girmiş və müsbət tənqidlər almışdır.

Kiyev Post filmə müsbət rəy vermiş və onu tarix maraqlılarının "mütləq baxmalı olduğu filmlər" siyahısına salmışdır.[6] Simferopoldakı Kosmos Sinema filmə ilk həftə ərzində 6 min insanın baxdığını, sonradan isə hər gün min nəfərin baxdığını hesablamışdır. Bu 4 iyuna qədər belə davam etmişdir. Kinoteatr ilk əvvəl hər günə iki seans nəzərdə tutsa da, gözlənilməyən səviyyədə yüksək maraqdan sonra əlavə olaraq 1 senans da əlavə edilmişdir.

Simferopoldakı rus konsulu Vladimir Andreyev Krım tatarlarının Nasist Almaniyası ilə əməkdaşlığını əks etdirməyi üçün filmi tarixi saxtalaşdırmaqda ittiham etmiş və ictimai müzakirələrə səbəb olmuşdur. O, premyeraya dəvət edilən, lakin iştirak etməyən bir neçə rus generalına demişdi ki, Krım tatarları sürgün edilməyi haqq edirdilər. Onun bu sözləri onnu kütləvi qınanmasına səbəb olmuşdu. O, sonra bildirdi ki, əslində o, filmi izləməmişdir:

" Mən filmi izləməmişəm, lakin bilirəm ki, film tarixin saxtalaşdırılmasına əsaslanır, çünki onu istehsal edənlər Krım tatarlarıdırlar. "

İctimaiyyət öz narazılığını dilə gətirdi və 23 may 2013-cü ildə təxminən 300 nəfər konsulluğun qarşısında Andreyevin sözlərinə etiraz mitinqi təşkil etdilər və onun persona non grata elan edilməsini tələb etdilər. Ukraynanın XİN isə onun sözlərini "uyğunsuz" deyə qiymətləndirdi. Andreyev əvvəlcə film haqqında məlumat sahibi olmadan dilə gətirdiyi tatarofob sözlərinin üstündə durdu və üzr istəmədi. Lakin Rusiya XİN-in də onun sözlərini "uyğunsuz və səhv" adlandırmasından sonra, nəhayət Rusiyanın onu dəstəkləmədiyi üçün qəzeb içində istefa verdi.[7][8][9]

  1. Freebase Data Dumps. Google.
  2. "Production news: Haytarma". Ukraine Film Office. 2012-10-05. 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-19.
  3. "Haytarma movie preview appears". QHA Crimean News Agency. 2013-03-30. 29 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-19.
  4. "Роднянский: "Хайтарма" может претендовать на "Оскар"" [Ronyanskii: 'Haytarma' may qualify for Oscar]. Vzglyad. 2013-09-10. 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.
  5. "Haytarma, Antalya Golden Orange Film Festival will be shown". Haber Monitor. 2013-10-03. 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.
  6. "'Haytarma', the first Crimean Tatar movie, is a must-see for history enthusiasts". Kyiv Post. 2013-07-08. 2015-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.
  7. "Crimean Tatars Rally to Expel Russian Consul". RIA Novosti. 2013-05-23. 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-19.
  8. "Russia Admits Crimea Consul's Words Were 'Incorrect'". RIA Novosti. 24 may 2013. 23 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2013.
  9. Izmirli, Idil. "Russian consul general to Crimea resigns following offensive comments" (PDF). The Ukrainian Weekly. 16 June 2013: 2. 10 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 June 2020.