Həşcin (həmçinin Heşəcin, Heşiceyin olaraq tanınır) — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Xoreşrüstəm (Xuruşrüstəm) bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi.
Həşcin | |
---|---|
37°21′35″ şm. e. 48°18′58″ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həşcin Xalxaldan 45 və Ərdəbildən 120 kilometr güneydə, dəniz səviyyəsindən 1'579 metr yüksəklidə yerləşir. Burada orta illik yağıntı miqdarı 519 milimetrdir.[2]
2006-cı ilin siyahıya alınması əsasında şəhərdə 4,518 nəfər və ya1,199 ailə yaşayırdı.[3]
Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.[4] Dini baxımdan əhalinin 55%-ni şiə-cəfəri, 45%-ni isə sünni-şafeilər təşkil edir.[5]