Heinrich Lehmann-Willenbrock

Henrix Lemann-Villenbrok (11 dekabr 1911[1], Bremen[1]18 aprel 1986, Bremen[5]) — Alman dəniz zabiti və İkinci Dünya Müharibəsi dövründə U-boot komandiri.

Henrix Lemann-Villenbrok
alm. Heinrich Lehmann-Willenbrock
Şəxsi məlumatlar
Doğum tarixi 11 dekabr 1911(1911-12-11)[1]
Doğum yeri
Vəfat tarixi 18 aprel 1986(1986-04-18) (74 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Veymar Respublikası[2], Üçüncü Reyx[2]
Qoşun növü Reichsmarine[2], Kriqsmarine[2][3][…]
Xidmət illəri 1930-cu ildən
Rütbəsi İkinci dərəcəli kapitan[d][4]
Döyüşlər
Təltifləri Cross of the Order of Merit of the Federal Republic of Germany Dəmir xaçın Cəngavər xaçı Knight's Cross of the Iron Cross with Oak Leaves 1-ci dərəcəli Dəmir xaç 2-ci dərəcəli Dəmir xaç
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci Dünya Müharibəsinin başlamasından beş ay əvvəl, Seekadett rütbəsində, 1931-ci ilin aprelində Reichsmarineə daxil oldu. 1931-ci ilin oktyabrında Dənizçilik Akademiyasının kursantı oldu. 1 aprel 1935-ci ildə leytenant rütbəsi aldı. U-8 sualtı gəmisində köməkçi zabit vəzifəsini icra etdikdən sonra kapitan vəzifəsinə yüksəldildi və 1939-cu ilin aprelində sualtı donanmaya transfer edildi. 1939-cu ilin dekabrında U-5 komandanlığını aldı.

1940-cı ilin payızında VIIC tipli sualtı qayıq U-96-ya komandanlıq etdi. 23 oktyabr 1944-cü ildə Norveçin Bergen şəhərinə gəldi. Orada Flottillenchefə təyin edildi. Dekabr ayından Almanların təslim olduğu 9 may 1945-ə qədər Norveçdə 11-ci Unterseebootsflottilledə xidmət etmişdir.

Bir illik əsirlikdən sonra, 1946-cı ilin mayında Almaniyaya qayıtdı və Reyndə gəmi xilasetmə işinə başladı. Müharibədən sonra bir sıra ticarət gəmilərinin kapitanı vəzifəsini icra etmişdir. 1969-cu ildə Almaniyanın yeganə nüvə mühərrikli yük gəmisi olan NS Otto Hahn gəmisinin kapitanı oldu.

1979-cu ildə çəkilən və 1981-ci ildə efirə buraxılan Sualtı qayıq filmində Jürgen Prochnow tərəfindən canlandırılmışdır. Bu film üçün məsləhətçi işləmişdir. Daha sonra Bremendəki evinə qayıtdı və ölənə qədər orada qaldı.

  1. 1 2 3 4 5 Busch R., Röll H. Der U-Boot-Krieg, 1939-1945 (alm.): Die deutschen U-Boot-Kommandanten. 1996. Vol. 1. S. 142. 344 s. ISBN 3-8132-0490-1
  2. 1 2 3 4 5 6 7 http://www.ubootarchiv.de/ubootwiki/index.php/Heinrich_Lehmann-Willenbrock.
  3. 1 2 Busch R., Röll H. Der U-Boot-Krieg, 1939-1945 (alm.): Die Ritterkreuzträger der U-Boot-Waffe von September 1939 bis Mai 1945. E.S. Mittler & Sohn, 2003. S. 109. 539 s. ISBN 978-3-8132-0515-2
  4. 1 2 https://uboat.net/men/willenbrock.htm.
  5. 1 2 Deutsche Nationalbibliothek Record #1119854180 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.