Reichsmarine (Azərbaycan dilində mənası: İmperatorluq Donanması) — bütün Weimar Respublikası boyu və Nasist Almaniyasının ilk iki ilində Almaniya Hərbi Dəniz Qüvvələrinin adı idi. 1919-1935-ci illər arasında Reichswehr ilə bir sub şöbə olaraq işləmişdir. Adolf Hitler tərəfindən dəyişiklik həyata keçirilərək 1935-ci ildə Wehrmachtın bir qolu olan Kriegsmarineyə çevrildi.
Reichsmarine (RM) | |
---|---|
Növü | Donanma |
Yaranma tarixi | 1919-1935 |
Ölkə |
Veymar Respublikası (1919-1933) Üçüncü Reyx (1933-1935) |
Daxildir | Reichswehr[1] |
Hissə | Reichswehr |
Fərqlənmə nişanları |
|
Vikianbarda əlaqəli mediafayllar |
16 yanvar 1919-cu ildə Kaiserliche Marinenin yerində Vorläufige Reyxsmarine (Müvəqqəti İmperiya Donanması) yaradıldı. 1 yanvar 1921-ci ildə Reichsmarine adı ilə yeni Alman donanması rəsmi olaraq quruldu.
Versal müqaviləsinin şərtləri ilə Alman Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlardan ibarət donanması olmayacaqdı. Yalnız 6 döyüş gəmisi, 6 kreyser və 12 destroyer ilə məhdudlaşırdı. Köhnəlmiş döyüş gəmilərinin dəyişdirilməsinin maksimum ölçüsü 10.000 ton ilə məhdudlaşdırıldı.
Versal sülh müqaviləsi Reichsmarineyə yeni silahlar əldə etməyi məhdudlaşdırdı və eyni zamanda onun yeni texnologiyalarla tanış olmasına mane oldu. Bu məhdudiyyətlər Alman Hərbi Dəniz Qüvvələrinin Müttəfiq qüvvələr> üçün gələcəkdə təhlükə halına gəlməməsini hədəfləmişdi.