Ceyms Preskott Coul (ing. James Prescott Joule d. 24 dekabr 1818, Solford, Lankaşir qraflığı (indiki böyük Mançester); ö. 11 oktyabr 1889, Seyl, Çeşir qraflığı) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1850). İlk Termodinamika qanunu - Enerjinin Saxlanması Qanununu təsvir edib.
Ceyms Preskott Coul | |
---|---|
ing. Ceyms Preskott Coul | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Britaniya, İngiltərə, Lankaşir qraflığı, Salford |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Böyük Britaniya, İngiltərə, Seyl, Çeşir qraflığı |
Vətəndaşlığı | İngiltərə |
Elm sahəsi | fizika |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | London Kral Cəmiyyətinin qızıl medalı (1852), London Kral Cəmiyyətinin Q. Kopli medalı (1866) |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Preskott Coul ev təhsili almışdı. Müəllimi C. Daltonun təsiri altında fizikaya böyük maraq göstərərək, fiziki eksperimentlər aparmağa başlayan Coul elektromaqnit hadisələrinin öyrənilməsinə, alçaq temperaturlar fizikasına, enerjinin saxlanması qanununun əsaslandırılmasına böyük töhfə vermişdir. 1840-cı ildə Ferromaqnetiklərin maqnitlənməsi zamanı doyma effektini və 1842-ci ildə maqnito striksiyanı aşkar etmişdir. Coul E.X.Lentsdən asılı olmayaraq, 1841-ci ildə naqildən cərəyan keçərkən ayrılan istilik miqdarının naqilin müqavimətindən və cərəyan şiddətindən asılılığını müəyyən etmişdir və bu, 1843-cü ildə nəşr olunmuşdur. Həmin qanun Coul-Lents qanunu adlandırılır.
C.P.Coul 1843–50-ci illərdə mexaniki enerjinin istilik enerjisinə keçməsinin mümkünlüyünü göstərdi və istiliyin mexaniki ekvivalentini hesabladı ki, bu da enerjinin saxlanması qanununun eksperimentlə əsaslandırılması oldu. O, istiliyə zərrəciklərin hərəkəti kimi baxaraq, bəzi qazların istilik tutumlarını nəzəri olaraq təyin etmiş və göstərmişdir ki, ideal qazın daxili enerjisi yalnız temperaturdan asılıdır. Fizikada Coul qanunu adlandırılır. Coul, həmçinin 1852-62-ci illərdə U. Tomsonla birlikdə qazın məsaməli arakəsmədən adiabatik keçməsi zamanı onun soyumasını müşahidə etmiş və öyrənmişdir. Buna isə Coul-Tomson effekti deyilir. Eyni zamanda iş, enerji və istilik miqdarı vahidi coul (C) adlandırılmışdır.[1]