Heydər Əliyev. Vətənin keşiyində — Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dövlət başçısı olduğu dövrdə öz ordusunun yaradılması və möhkəmləndirilməsi istiqamətində Azərbaycan naminə gördüyü işlərdən bəhs edən qısametrajlı sənədli film.[1]
Heydər Əliyev. Vətənin keşiyində | |
---|---|
Janr | bioqrafik |
Rejissorlar |
Eldar Quliyev İqbal Məmmədəliyev |
Ssenari müəllifi | Eldar Quliyev |
Operatorlar |
Köçəri Məmmədov Etibar Şirinov Rüfət Məmmədoğlu (Rüfət Süleymanov kimi) |
İstehsalçı | "Salnamə" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 11 may 2007 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 34 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2007 |
Rəng | rəngli |
Portret filmində Azərbaycanın öz ordusunun yaradılması və möhkəmləndirilməsi istiqamətində ictimai-siyasi xadim Heydər Əliyevin gördüyü işlərdən söhbət açılır. Qeyd olunur ki, məhz onun səyi nəticəsində hələ 1971-ci ildə Azərbaycanda ilk hərbi lisey yaradıldı və bu liseydə azərbaycanlı uşaqlar təhsil alaraq, sonradan ölkənin ali hərbi məktəblərinə daxil olmaq, zabit peşəsinə yiyələnmək imkanı əldə etdilər. Bu gün Azərbaycan Ordusunun sıralarında vaxtı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmiş yüzlərlə zabit və general xidmət edir. Onların çoxu Qarabağ döyüşlərində böyük bacarıq və şücaət göstərmişlər.
Filmdə Azərbaycan Respublikası Dövlət Kino-foto sənədlər arxivinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin arxiv materiallarından istifadə edilmişdir.
Filmin titrlərində film heyətinin vəzifələri göstərilməyib.