Şahin Əşrəf oğlu Sultanov — Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, vitse-admiral (2005).
Şahin Sultanov | |
---|---|
1999 – 11 mart 2014 | |
Sonrakı | Yunus Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 avqust 1959 (65 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | naviqator |
Hərbi xidmət | |
Xidmət illəri | 1991—2014 |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Dəniz Qüvvələri |
Rütbəsi |
Vitse-admiral |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Şahin Əşrəf oğlu Sultanov 1959-cu il avqustun 8-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhərində orta məktəbi bitirmişdir.
1974-cü ildə C. Naxçıvanski adına hərbi məktəbə daxil olub.
1976-cı ildə S. M. Kirov adına Xəzər Dəniz Ali Dənizçilik məktəbinə daxil olub və Ali Hərbi Dənizçilik Məktəbini, daha sonra Rusiya Federasiyasının Leninqrad şəhərindəki Marşal Qreçko adına Hərbi Dəniz Akademiyasını bitirib.
1978-ci ildə hərbi gəmi ilə şturman təcrübəsi almaq məqsədiylə Kronştat-Kuba(Syenfuegas)-Kolumbiya(Kartaxena)-Kronştat, Trans Atlantik səfərində;
1980-ci ildə Kronştat-Əlcəzair-Sevastopol, Atlantik səfərində iştirak etmişdir.
1981-ci ildə Ballistik raketli sualti nüvə qayıqlarında mühəndis-şturman ixtisası üzrə Ali Dənizçilik məktəbini bitirmiş və leytenant rütbəsi almış, daha sonra 1981-ci ildə Mina-tral gəmisində komandirin koməkçisi və şturman döyüş hissənin komandiri vəzifəsində xidmət etmişdir.
1983-cü ildə SSRİ canub sərhədlərində Hava Hücumundan müdafiəsində döyüş növbəsini aparan xüsusi təyinatlı "Hava hücumundan müdafiə gəmisinin" komandiri vəzifəsinə təyin edilib.
1986-cı ildə XXXI Azərbaycan Kommunist Partiyası Qurultayının Xəzər donanmasının nümayəndə heyətinin üzvi kimi iştirak edib.
1988-ci ildə Xəzər flotiliyansının Dəniz-muhafizə gəmilər Briqadasının "Mina-tral" gəmilər divizionunun qərərgah rəisi vəzifəsinə, 1999-cu ildə isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
1989-cu ildə SSRİ Müdafiə nazirliyinin "Marşal Qreçko" adına (Leninqrad şəhəri) Hərbi Akademiyasında "Hərbi Dəniz Donanmasının qərərgah zabiti" ixtisasi üzrə təhsil alıb, 1990-cı ildə isə Xəzər Flotiliyanin Desant Brigadanin "Hava yastıqlı desant gəmilərinin" divizionunun komandiri vəzifəsinə təyin edilib.
1991-ci ildə SSRİ HDD Xəzər Flotiliyasının Baş Qərərgahının Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin Baş zabiti vəzifəsində xidmət edib.
1992-ci il bu vəzifədə çalışarkən Azərbaycan milli HDQ yaranmasının təşəbbüskarı olmuşdur.
1992-ci ildə yaradılan milli HDQ-da "Suüstü gəmiləri" Briqadasının qərərgah rəisi vəzifəsinə təyin olunub.
1993-cü ildə Suüstü Briqadanın şəxsi heyəti ilə birlikdə polkovnik Surət Hüseynovun qaldırdığı üsyanın qarşısının alınması əməliyətında iştirək edib.
1994-cü ildə Cəbhə bölgəsində Ağdam istiqamətində Qərvənd kəndinin müdafiəsində şəxsi heyətə rəhbərlik edib.
1995-ci ildə Suüstü gəmilər Briqadası komandirinin müavini vəzifəsinə;
1997-ci ildə HDQ Qərərgah rəisinin müavini vəzifəsinə;
1999-cu il 25 oktyabr tarixində HDQ Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.
2000-ci il 16 fevral tarixində HDQ Komandanı – Müdafiə Nazirinin müavini vəzifəsinə təyin edilib.
2001-ci ildə ABŞ Harvard Universitetinin C. Kennedi İnstitutunda "Qara və Xəzər dənizlərinin regional təhlükəsizliyi" kurslarını bitirmişdir.
Ümummilli Lider Heydər Əliyev şəxsən özü kontr-admiral ali hərbi rütbəsinin paqonlarını Şahin Sultanova verib. Xüsusilə onu qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyev yalnız Şahin Sultanova kontr-admiral rütbəsini 19.01.2002-ci tarixində verib.
Daha sonra 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə Şahin Sultanova vitse-admiral ali hərbi rütbəsi verilib. Şahin Sultanov müstəqil Azərbaycan Respublikasının ilk vitse-admiralıdır.