Heydər Əliyev siyasəti: tarix və müasirlik (monoqrafiya)

Heydər Əliyev siyasəti: tarix və müasirlikAMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin monoqrafiyası.[1]

Heydər Əliyev siyasəti: tarix və müasirlik
Heydər Əliyev siyasəti: tarix və müasirlik
Müəllif İsmayıl Hacıyev
Janr Monoqrafiya
Mövzu Kitabda Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, fenomen keyfiyyətlərinə nəzər salınır, onun ideyaları və siyasətinin Azərbaycanın uğurlarının əsası olduğu göstərilir.
Orijinalın dili Azərbaycan
Ölkə Azərbaycan
Orijinalın nəşr ili 2023
Nəşriyyat Elm
Cild 1
Tiraj 500

Haqqında[redaktə | mənbəni redaktə et]

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti: tarix və müasirlik” adlı yeni monoqrafiyasıdır. Əsər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub. Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımovun rəyi ilə “Elm” nəşriyyatında çapdan çıxıb.[2]

Məzmunu[redaktə | mənbəni redaktə et]

Monoqrafiya Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə başlayır.[3]

Kitabda Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, fenomen keyfiyyətlərinə nəzər salınır, onun ideyaları və siyasətinin Azərbaycanın uğurlarının əsası olduğu göstərilir.

Əsərin “Ön söz”ündə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın tarixində, hərtərəfli inkişafında, ölkənin xaos və anarxiyadan xilasında, dünya birliyində öz layiqli yerini tutmasında müstəsna xidmətlərinin olduğu qeyd olunur.[4]

Altı fəsildən ibarət əsərin ilk fəsli “Heydər Əliyev şəxsiyyəti və siyasəti” adlanır. Burada qüdrətli siyasət və dövlət xadimi Heydər Əliyevin fenomenal keyfiyyətlərindən söz açılır. Qeyd olunur ki, onun iti ağlı, polad iradəsi, güclü məntiqi təfəkkürü, möhkəm yaddaşı, uzaqgörənliyi, ən əsası, çətin məqamlarda atdığı cəsarətli addımlar ölkənin işıqlı sabahının, türk dünyasının qarşılıqlı əlaqələrinin möhkəmlənməsinin qarantı olmuş, dünya miqyaslı siyasətçi kimi qəbul edilmişdir.

Növbəti fəsildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana qayıdışından, Naxçıvanın milli-azadlıq hərəkatının mərkəzinə çevrilməsindən, Naxçıvan MSSR Ali Sovetinin Heydər Əliyevin təşəbbüsü ilə qəbul etdiyi tarixi qərarlardan, habelə Ulu Öndərin Azərbaycan SSR Ali Sovetindəki tarixi çıxışlarında toxunduğu vacib məsələlərdən bəhs olunur.

“Heydər Əliyevin dövlətçilik təlimi” başlıqlı üçüncü fəsildə uzaqgörən liderin dövlətçilik təlimi və onun tərkib hissələri önə çəkilir. Dahi liderin dövlətçilik təlimində elmin, təhsilin, mədəniyyətin, milli mənəvi dəyərlərin özünəməxsus və əhəmiyyətli yeri diqqətə çatdırılır. Hələ ölkəyə rəhbərliyinin birinci dövründə Heydər Əliyevin erməni ərazi iddalarının fakt və dəlillərlə əsassızlığını sübut etməsindən, vətən torpağının hər qarışı üçün mübarizəsindən söz açılır.

Monoqrafiyanın dördüncü fəsli “Heydər Əliyev: tarix və tarixi günlər” adlanır. Bu fəsildə Heydər Əliyevin milli tarix konsepsiyasından, eləcə də tarixi yaddaşımıza əsaslanan, dövlətçiliyimizə və milli birliyimizə xidmət edən əlamətdar günlərlə bağlı imzaladığı mühüm tarixi sənədlərdən bəhs olunur. Vurğulanır ki, Ulu Öndər Heydər Əliyev mühüm tarixi hadisə və materialların öyrənilməsi və obyektiv qiymətləndirilməsi, xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün vaxtında və lazımi tədbirlər həyata keçirmişdir.

“Heydər Əliyev və Naxçıvanın inkişaf strategiyası” adlanan növbəti fəsildə dahi rəhbərin Naxçıvana, bölgənin tarixinə, burada elmin inkişafına bəxş etdiyi töhfələrdən, AXC-Müsavat hakimiyyətinin Naxçıvana dair siyasətinin iflasından danışılır. Ulu Öndərin fəaliyyətində Naxçıvan və onun ərazi bütövlüyü məsələsinin mühüm yer tutduğu diqqətə çatdırılır, diyarın görkəmli yetirmələri barədə məlumat verilir.

Monoqrafiyanın sonuncu fəsli “Heydər Əliyev ideyaları Azərbaycanın uğurlarının əsasıdır” başlığı daşıyır. Fəsildə qeyd olunur ki, Azərbaycanın dayanıqlı inkişafı Heydər Əliyevin müəyyənləşdirdiyi sağlam təməllər, uzaqgörən siyasət əsasında Heydər Əliyev yolunu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.[5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeni monoqrafiya nəşr olunub". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.
  2. "Akademik İsmayıl Hacıyevin ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan monoqrafiyası nəşr olunub". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.
  3. "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.
  4. "Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeni monoqrafiya nəşr olunub". 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.
  5. "Ümummilli Liderin yubileyinə həsr olunan dəyərli monoqrafiya". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.