Heydərbəy dağı – Borçalı qəzasında (İndi Ermənistanda) dağ adı.[1][2][3]
Heydərbəy dağı | |
---|---|
Yerləşməsi | |
Ölkə | Ermənistan |
Danışıqda əvvəlinə "h" səsi əlavə olunmuş aydar "kəkil", "başın ortasında (təpəsində) tük topası" sözündəndir. Qədim türklərdə oğlan uşaqlarının başını qırxdıqda təpəsində aydar "kəkil" saxlanması adəti pis ruhlara qarşı tədbir kimi səciyyələndirilirdi; ailədə 6–7 qızdan, yaxud bir neçə oğlan uşağının ölməsindən sonra doğulmuş oğlan uşağın bir qulağına sırğa keçirirdilər ki, bu da "aydar" adlanırdı. Aydarlı və sırğalı oğlana 7 yaşına qədər qız paltarı geydirirdilər. Belə inam vardı ki, pis ruh aydara və sırğaya görə oğlan uşağını qız hesab edərək ona toxunmayacaqdır. Bu "Aydar" adəti Don kazaxlarında indi də qalmışdır.[4]
Heydərbəy dağ adı bəki aydar (burada ehtimal ki, topa ağac) olan mənasındadır. Azərbaycan adətən dağların zirvələrindəki aydar müqəddəs pir hesab olunurdu. Cənubi Azərbaycanda Heydərbaba dağının adı (Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasında) da aydar "kəkil" sözündəndir. Heydərbək oronimi ilə Qazax və Gədəbəy r-nlarındakı Kəkildağ və Şamaxı r-nunda Kəkilnohur toponimləri mənaca eynidir. Orta Asiyada Qızılqum səhrasında bir qamışli şoran Aydar adlanır.[5][6][7][8][9] [10]