Hideki Sirakava (20 avqust 1936[1][2][…], Tokio) — yapon kimyaçısı, Alan Xiqer və Alan MakDiarmid ilə birlikdə 2000-ci ildə Polimerdə keçiriliciyin kəşfinə və təkmilləşdirdiklərinə görə Kimya üzrə Nobel mükafatı laureatıdır.[3]
Hideki Sirakava | |
---|---|
yap. 白川 英樹 | |
Doğum tarixi | 20 avqust 1936[1][2][…] (88 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
İş yeri |
|
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hideki Sirakava Tokioda 20 avqust 1936-cı ildə (Yaponiya) hərbi həkim ailəsində anadan olub. Uşaq ikən Mançjuo və Tayvanda yaşayıb. Üçüncü sinifdə oxuyarkən anasının məmləkəti olan Takyamuya (Gifu prefekturasına) köçdü.
1961-ci ildə H. Sirakava Tokio Texnologiya İnstitutunu (Tokyo Tech) kimya mühəndisliyi üzrə bakalavr dərəcəsi ilə bitirmiş, həmçinin 1966-cı ildə Tokiodan doktorluq dərəcəsi almışdır. Bundan sonra o, Tokio Texnologiya İnstitutunun Kimya Resursları Laboratoriyasında assistent vəzifəsini aldı.
Yaponiyada Tokio Texnologiya İnstitutunda (Tokyo Tech) assistent olarkən H. Sirakava metal görünüşə malik poliasetilen hazırladı. Bu nəticə Alan MakDiarmid 1975-ci ildə Tokyo Tech-i ziyarət edərkən maraqlandı.
1976-cı ildə H. Sirakava Pensilvaniya Universitetində doktoranturadan sonrakı tədqiqatçı kimi Alan MakDiarmidin laboratoriyasına dəvət edildi. Onlar amerikalı fizik Alan Xiqerlə birlikdə poliasetilenin elektrik keçiriciliyini öyrəndilər.[4][5]
1977-ci ildə onlar aşkar etdilər ki, yod buxarı ilə dopinqlər poliasetilenin keçiriciliyini artıra bilər. Bu kəşfə görə 2000-ci ildə üç alim kimya üzrə Nobel mükafatına layiq görülüb. Elektrik keçiriciliyinin mexanizminə gəldikdə, burada soliton şəklində qeyri-xətti həyəcanların rol oynadığına inanılır.
1979-cu ildə Sirakava Tsukuba Universitetində dosent oldu və üç ildən sonra tam professor statusunu aldı. 1991-ci ildə unin elmi-texniki şöbəsinin müdiri (1993-cü ilin mart ayına qədər), həmçinin 3 nömrəli qrupun rəhbəri (1997-ci ilin mart ayına qədər) vəzifəsində işləmişdir.
Onun qohumu Hitomi Yosidzava "Morning Musume" qız pop qrupunun üzvü idi. Başqa bir qohumu isə yaponiyalı marafonçu və 2000-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı Naoko Takahaşidir.