Harri Kimoviç Kasparov (Vaynşteyn; 13 aprel 1963[3][4][…], Bakı[5]) — sovet, rusiyalı şahmatçı. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985–2000) və Rusiya çempionu (2004). 11 dəfə "Şahmat Oskarı"nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002)
Harri Kasparov | |
---|---|
rus. Гарри Каспаров | |
| |
Ölkə |
SSRİ Rusiya |
Doğum adı | Harri Vaynşteyn |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Təhsili | |
Yaşadığı yer | |
Titulu | qrosmeyster |
Son reytinqi |
|
Maksimal reytinqi | 2851 (1999) |
FİDE nömrəsi | 4100018 |
Mükafatları |
|
kasparov.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olmuşdur.
1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da atasının 1970-ci ildə leykozdan vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını vermiş, soyadın sonluğundakı "yan" hissəciyini isə dəyişərək rus stilində "ov" yazdırmışdır.
Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk etmiş. Sovet ordusunun da Bakını tərk etməsini tələb etmişdi.[6]
1976-cı ildə gənclər arasında SSRİ çempionu olmuşdur.
1980-ci ildə qrosmeyster dərəcəsi almaqla yanaşı, Dortmundda Gənclər arasında dünya çempionu adını qazanmışdır.
1981-ci ildə şahmat üzrə SSRİ çempionu adını qazanaraq Sovet şahmat tarixində buna nail olan ən gənc şahmatçı olmuşdur.
1985-ci ildə Anatoli Karpovu məğlub edərək dünya çempionu adını qazanmış, bu adı 2000-ci ildə məğlub olduğu Vladimir Kramnikə təhvil vermişdir.
Kasparovun 1999-cu ilin iyulunda FIDE-nin Reytinq siyahısındakı 2851 ELO reytinq balı 1970-ci ildə qəbul olunmuş bu reytinq sisteminin tarixində şahmatçıya verilən ən yüksək baldır.
10 mart 2005-ci ildə bir daha şahmat turnirlərinə qatılmayacağını açıqlamışdır.
1996-cı ildə IBM firması tərəfindən yaradılmış "Deep Blue" şahmat proqramı ilə keçirdiyi görüşdə 4:2 hesabı ilə qalib gəlsə də, birinci partiyanı uduzmuşdur. Bununla Kasparov kompüter proqramına partiya uduzan ilk dünya çempionu olmuşdur. 10 fevral 1997-ci ildə isə "Deep Blue"nun təkmilləşdirilmiş versiyası ilə keçirilən matçda 2,5:3,5 hesabı ilə məğlub olaraq kompüter proqramına uduzan ilk dünya çempionu olmuşdur. Oyundan sonra məğlubiyyətinin səbəbini IBM əməkdaşlarının oyun zamanı kompüterə müdaxilə etmələri ilə əlaqələndirərək firmanı fırıldaqçılıqda ittiham etmişdir.
2003-cü ildə "Deep Junior" və "Deep Fritz" proqramlarına qarşı keçirdiyi matçların hər ikisi heç-heçə başa çatmışdır.
Son zamanlar siyasətlə məşğul olur. 2005-ci ildə Rusiyada yaradılmış "Birləşmiş vətəndaş cəbhəsinin" (rus. Объединённый гражданский фронт) sədridir. Rusiya siyasi səhnəsində öz provokativ fəaliyyəti ilə məşhurdur [1].
Rusiyada 2008-ci il prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırsa da özünün dediyinə görə rəhbərlik etdiyi təşkilatın ümumi yığıncağının keçirilməsi üçün icazə verilməyib.
Mənbə[7].
İl | Şəhər | Turnir | + | − | = | Nəticə | Yer |
---|---|---|---|---|---|---|---|
1975 | Vilnüs | Yeniyetmələr arasında SSRİ çempionatı | 4 | 2 | 3 | 9-dan 5½ | 8—10 |
1976 | Tbilisi | Yeniyetmələr arasında SSRİ çempionatı | 5 | 0 | 4 | 9-dan 7 | 1 |
Vatinyi | Kadetlər arasında dünya çempionatı (18 yaşa qədər) | 5 | 2 | 2 | 9-dan 6 | 3—6 | |
1977 | Riqa | Yeniyetmələr arasında SSRİ çempionatı | 8 | 0 | 1 | 9-dan 8½ | 1 |
Kan-sür-Mer | Kadetlər arasında dünya çempionatı (17 yaşa qədər) | 6½ | 2 | 3 | 11-dən 7 | 3 | |
1978 | Minsk | Sokolski memorialı | 11 | 2 | 4 | 17-dən 13 | 1 |
Dauqavpils | SSRİ çempionatı (yarımfinal) | 6 | 1 | 6 | 13-dən 9 | 1 | |
Tbilisi | 46-cı SSRİ çempionatı | 4 | 4 | 9 | 17-dən 8½ | 9 | |
1979 | Banya-Luka | Beynəlxalq turnir | 8 | 0 | 7 | 15-dən 11½ | 1 |
Minsk | 47-ci SSRİ çempionatı | 6 | 3 | 8 | 17-dən 10 | 3—4 | |
1980 | Bakı | Beynəlxalq turnir | 8 | 0 | 7 | 15-dən 11½ | 1 |
Dortmund | Gənclər arasında dünya çempionatı (20 yaşa qədər) | 8 | 0 | 5 | 13-dən 10½ | 1 | |
1981 | Moskva | Beynəlxalq turnir | 3 | 1 | 9 | 13-dən 7½ | 2—4 |
Tilburq | Beynəlxalq turnir | 3 | 3 | 5 | 11-dən 5½ | 6—8 | |
Frunze | 49-cu SSRİ çempionatı | 10 | 2 | 5 | 17-dən 12½ | 1—2 | |
Buqoyno | Beynəlxalq turnir | 6 | 0 | 7 | 13-dən 9½ | 1 | |
1982 | Moskva | 12-ci mövsümlərarası turnir | 7 | 0 | 6 | 13-dən 10 | 1 |
Nikşiç | Beynəlxalq turnir | 9 | 1 | 4 | 14-dən 11 | 1 | |
Brüssel | Beynəlxalq turnir | 6 | 1 | 3 | 10-dan 7½ | 1 | |
1987 | Brüssel | Beynəlxalq turnir | 11-dən 8½ | 1—2 | |||
1988 | Amsterdam | Beynəlxalq turnir | 6 | 0 | 6 | 12-dən 9 | 1 |
Belfor | Beynəlxalq turnir | 9 | 1 | 5 | 15-dən 11½ | 1 | |
Moskva | 55-ci SSRİ çempionatı | 6 | 0 | 11 | 17-dən 11½ | 1—2 | |
Reykyavik | Beynəlxalq turnir | 6 | 1 | 10 | 15-dən 11 | 1 | |
1989 | Barselona | Beynəlxalq turnir | 7 | 1 | 8 | 16-dan 11 | 1—2 |
Şellefteo | Beynəlxalq turnir | 4 | 0 | 11 | 15-dən 9½ | 1—2 | |
Tilburq | Beynəlxalq turnir | 10 | 0 | 4 | 14-dən 12 | 1 | |
Belqrad | Beynəlxalq turnir | 11-dən 9½ | 1 | ||||
1990 | Linares | Beynəlxalq turnir | 6 | 1 | 4 | 11-dən 8 | 1 |
1991 | Linares | Beynəlxalq turnir | 6 | 1 | 6 | 13-dən 9 | 2 |
Amsterdam | Beynəlxalq turnir | 2 | 0 | 7 | 9-dan 5½ | 3—4 | |
Tilburq | Beynəlxalq turnir | 7 | 1 | 6 | 14-dən 10 | 1 | |
Reco-Emiliya | Beynəlxalq turnir | 3 | 1 | 5 | 9-dan 5½ | 2—3 | |
1992 | Linares | Beynəlxalq turnir | 7 | 0 | 6 | 14-dən 10 | 1 |
Dortmund | Beynəlxalq turnir | 5 | 2 | 2 | 9-dan 6 | 1—2 | |
1993 | Linares | Beynəlxalq turnir | 7 | 0 | 6 | 13-dən 10 | 1 |
1994 | Amsterdam | Beynəlxalq turnir | 3 | 1 | 2 | 6-dan 4 | 1 |
Novqorod | Beynəlxalq turnir | 4 | 0 | 6 | 10-dan 7 | 1—2 | |
Xorgen | Beynəlxalq turnir | 6 | 0 | 5 | 11-dən 8½ | 1 | |
1995 | Riqa | Tal memorialı | 5 | 0 | 5 | 10-dan 7½ | 1 |
Xorgen | Beynəlxalq turnir | 1 | 1 | 8 | 10-dan 5 | 5 | |
Novqorod | Beynəlxalq turnir | 4 | 0 | 5 | 9-dan 6½ | 1 | |
1996 | Amsterdam | Beynəlxalq turnir | 5 | 1 | 3 | 9-dan 6½ | 1—2 |
Dos-Ermanas | Beynəlxalq turnir | 3 | 1 | 5 | 9-dən 5½ | 3—4 | |
Las-Palmas | Beynəlxalq turnir | 3 | 0 | 7 | 10-dan 6½ | 1 | |
1997 | Linares | Beynəlxalq turnir | 7 | 1 | 3 | 11-dən 8½ | 1 |
Novqorod | Beynəlxalq turnir | 4 | 1 | 5 | 10-dan 6½ | 1 | |
Tilburq | Beynəlxalq turnir | 6 | 1 | 4 | 11-dən 8 | 1—3 | |
1998 | Tel-Əviv | İsrail yığması ilə yarış | 8-dən 7 | ||||
Linares | Beynəlxalq turnir | 1 | 0 | 11 | 12-dən 6½ | 3—4 | |
1999 | Veyk-an-Zee | Beynəlxalq turnir | 8 | 1 | 4 | 13-dən 10 | 1 |
Linares | Beynəlxalq turnir | 7 | 0 | 7 | 14-dən 10½ | 1 | |
Sarayevo | Beynəlxalq turnir | 5 | 0 | 4 | 9-dan 7 | 1 | |
2000 | Veyk-an-Zee | Beynəlxalq turnir | 6 | 0 | 7 | 13-dən 9½ | 1 |
Linares | Beynəlxalq turnir | 2 | 0 | 8 | 10-dan 6 | 1 | |
Sarayevo | Beynəlxalq turnir | 6 | 0 | 5 | 11-dən 8½ | 1 | |
2001 | Veyk-an-Zee | Beynəlxalq turnir | 5 | 0 | 8 | 13-dən 9 | 1 |
Linares | Beynəlxalq turnir | 5 | 0 | 5 | 10-dan 7½ | 1 | |
Astana | Beynəlxalq turnir | 4 | 0 | 6 | 10-dan 7 | 1 | |
2002 | Linares | Beynəlxalq turnir | 4 | 0 | 8 | 12-dən 8 | 1 |
2003 | Linares | Beynəlxalq turnir | 2 | 1 | 9 | 12-dən 6½ | 3—4 |
2004 | Linares | Beynəlxalq turnir | 1 | 0 | 11 | 12-dən 6½ | 2—3 |
Moskva | 57-ci Rusiya çempionatı | 5 | 0 | 5 | 10-dan 7½ | 1 | |
2005 | Linares | Beynəlxalq turnir | 5 | 1 | 6 | 12-dən 8 | 1 |
Mənbə[8].
İl | Şəhər | Yarış | + | − | = | Nəticə |
---|---|---|---|---|---|---|
1983 | Moskva | Aleksandr Belyavski ilə iddiaçıların 1/4 oyunu | 4 | 1 | 4 | 6:3 |
London | Viktor Korçnoy ilə iddiaçıların 1/2 oyunu | 4 | 1 | 6 | 7:4 | |
1984 | Vilnüs | Vasili Smıslov ilə dünya çempionatı iddiaçılarının final oyunu | 4 | 0 | 9 | 8½:4½ |
1984/85 | Moskva | Anatoli Karpov ilə 1984-1985 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun (yarımçıq qalıb) | 3 | 5 | 40 | 23:25 |
1985 | Hamburq | Robert Xübner ilə oyun | 3 | 0 | 3 | 4½:1½ |
Belqrad | Ulf Andersson ilə oyun | 2 | 0 | 4 | 4:2 | |
Moskva | Anatoli Karpov ilə 1985 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun | 5 | 3 | 16 | 13:11 | |
Xilversyum | Yan Timman ilə oyun | 3 | 1 | 2 | 4:2 | |
1986 | Bazel | Entoni Mayls ilə oyun | 5 | 0 | 1 | 5½:½ |
London/Leninqrad | Anatoli Karpov ilə 1986 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun | 5 | 4 | 15 | 12½:11½ | |
1987 | Sevilya | Anatoli Karpov ilə 1987 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun | 4 | 4 | 16 | 12:12 |
1989 | Nyu-York | "Deep Thought" kompyuteri ilə oyun | 2 | 0 | 0 | 2:0 |
1990 | Nyu-York/Lion | Anatoli Karpov ilə 1990 Şahmat üsrə dünya çempionu adı uğrunda oyun | 4 | 3 | 17 | 12½:11½ |
1993 | London | PŞA versiyası üzrə Naycel Şort ilə 1993 dünya çempionu adı uğrunda oyun | 6 | 1 | 13 | 12½:7½ |
1995 | London | PŞA versiyası üzrə Vişvanatan Anand ilə 1995 dünya çempionu adı uğrunda oyun | 4 | 1 | 13 | 10½:7½ |
1996 | Filadelfiya | "Deep Blue" kompyuteri ilə oyun | 3 | 1 | 2 | 4:2 |
1997 | Nyu-York | "Deep Blue" kompyuteri ilə oyun | 1 | 2 | 3 | 2½:3½ |
2000 | London | PŞA versiyası üzrə Vladimir Kramnik ilə 2000 dünya çempionu adı uğrunda oyun | 0 | 2 | 13 | 6½:8½ |
2003 | Nyu-York | "Deep Junior" kompyuteri ilə oyun | 1 | 1 | 4 | 3:3 |
Nyu-York | "Deep Fritz" kompyuteri ilə oyun | 1 | 1 | 2 | 2:2 | |
2009 | Valensiya | Anatoli Karpov ilə sürətli şahmat və blits oyunu | 9:3 |
Harri Kasparov 4 dəfə SSRİ, 4 dəfə isə Rusiya komandasının heyətində — ümumilikdə 8 dəfə şahmat olimpiadasında iştirak edib. 1980-ci ildəki olimpiadada o ehtiyatda olub, 1982-ci ildə ikinci taxtada — qalan altı olimpiadada isə birinci taxtada oynayıb[7][9].
İl | Şəhər | Olimpiadanın mömrəsi | + | − | = | Nəticə | Komanda nəticəsi | Şəxsi nəticə |
---|---|---|---|---|---|---|---|---|
1980 | Valletta | 24-cü olimpiada | 8 | 1 | 3 | 12-dən 9½ | 1 | 3 |
1982 | Lüsern | 25-ci olimpiada | 6 | 0 | 5 | 11-dən 8½ | 1 | 3 |
1986 | Dubay | 27-ci olimpiada | 7 | 1 | 3 | 11-dən 8½ | 1 | 1 |
1988 | Saloniki | 28-ci olimpiada | 7 | 0 | 3 | 10-dan 8½ | 1 | 1 |
1992 | Manila | 30-cu olimpiada | 7 | 0 | 3 | 10-dan 8½ | 1 | 1 |
1994 | Moskva | 31-ci olimpiada | 4 | 1 | 5 | 10-dan 6½ | 1 | 17 |
1996 | İrəvan | 32-ci olimpiada | 5 | 0 | 4 | 9-dan 7 | 1 | 2 |
2002 | Bled | 35-ci olimpiada | 6 | 0 | 3 | 9-dan 7½ | 1 | 4 |
'In any democratic country Gorbachev would have resigned by now, Mr. Kasparov, who fled from Baku last Thursday, told the French television. He is unable to resolve the nationality problem, and should assume responsibility for what has happened, he said. Mr. Kasparov fled from Baku to Moscow on a chartered plane.