Hindistan fili

Hindistan fili-(ing. elephant )Xortumlular dəstəsinə aid olan növ. AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyində 1 ədəd müqəvva sərgilənir. (Moskva Dövlət Sirki-1984)

Hindistan fili
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Fillər quruda yaşayan ən iri heyvanlardan biri hesab edilir. Çəkiləri ağır olsa da, fillər çox cəld və sürətli hərəkət edirlər. Hindistan fili ölçüsünə görə Afrika savanna filindən fərqlənir. Yaşlı erkək fərdlərin çəkisi - 5,4 ton, hündürlüyü - 2,5 -3,5 metrə çatır. Dişilər erkəklərdən kiçik olur və orta çəkiləri 2,7 tona çatır. Afrika savanna filinin çəkisi isə 4-7 tona qədər olur. Hindistan filinin bədən uzunluğu 5,5 - 6,4 m, quyruğunun uzunluğu isə 1,2 - 1,5 m-dir. Ətrafları yoğun və gödək olur. Bədəni isə qalın tünd - boz rəngli qırışıqlı dəri ilə örtülmüşdür. Hindistan filinin dərisinin qalınlığı 2,5 sm-ə çatır, ancaq qulaqlarının içərisində və ağzının kənarlarındakı dəri çox nazikdir. Dərisi çox quru olub, tər vəzilərinə malik deyil, bu səbəbdən dəriyə qulluq fillərin həyatının vacib hissəsidir. Dərinin təmizliyinin saxlanılması üçün fillər tez-tez toz və palçıq vannaları qəbul edir. Bu səbəbdən dəridə piqmentləşmiş çəhrayı hissələr görmək olur. Fillər yaxşı üzürlər və suyun üzərində ancaq onların alnı görünür.[3]

Fillərin yayılması və yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Qədimdən Asiya filləri cənub-şərqi Asiyada Mesopotamiyada Dəclə-Fərat çaylarından (450 cənub enliyi) Malay yarımadasına qədər, şimalda isə Himalay dağlarınaÇində Yantsızı çayına qədər rast gəlinirdilər. Onlar həmçinin Şri-Lanka, Sumatra və Yava adalarında da yayılmışdılar. XVI-XIX əsirlərdə Hindistan fili Hindistan yarımadasının böyük hissəsində Şri-Lankada və əvvəlki arealının şərq hissəsində adi növ idi. Hal-hazırda Hindistan filinin arealı parçalanıb, Hind-Malay regionu ölkələrində: cənub və şimal-şərqi Hindistanda, Nepalda, Butanda, Banqladeşdə, Taylandda, Kombocada, Vyetnamda, cənub-qərbi ÇindəMalaziyada onlara vəhşi halda rast gəlinir.[4]

Asiya filinin dörd müasir yarımnövü məlumdur: Hindistan fili (E.m.indicus) — cənubi Hindistanda, Himalay dağlarının ətəklərində və şimal-şərqi Hindistanda məskunlaşıb, həmçinin Çində, Taylandda, Kombocada və Malay yarımadasında rast gəlinir. Bu yarımnövün erkəklərinin əksəriyyətində fil dişi olur. Şri-Lanka və Seylon fillərinə (E.m.maximus) yalnız Şri-Lankada rast gəlinir. Onların başları bədən ölçülərinə görə böyük olduğu üçün yaxşı seçilirlər və adətən alın və quyruğun əsasındakı dəridə piqmentləşmiş ləkələr olur. Adətən, bir qayda olaraq, erkəklərinin də fil dişi olmur. Sumatra fili (E.m.sumatrensis) yalnız Sumatra adasında yayılıb. Kiçik ölçülərinə görə onu “cib fili” adlandırırlar.[5] Borneo fili (E.m.borneensis) Borneo adasının şimal-şərqində yayılıb. Asiya filinin yarımnövləri arasında ən kiçiyi olub, iri qulaqları, uzun quyruğu və fil dişinin daha düz olması ilə digərlərindən fərqlənir. 18 000 il bundan əvvəl Borneo və Zond adaları arasında qurudan olan körpülər yox olduqdan sonra, Borneo filləri digər fillərdən izolyasiya olumuşlar.

Hindistan filinin ümumi sayı 30 mini keçmir. Hindistan fili Afrika fili ilə müqayisədə meşə sakinidir, onlar böyük, sıx və işıqlı, tropik və subtropik meşələrdə yaşayırlar. Yayda Himalay dağlarının sərhədlərinə (3600 m) qədər qalxırlar. Hal-hazırda Hindistan filinin sayı Afrika filinin sayına nisbətən azdır. Hindistan fili 10-20 heyvandan ibarət dəstələrlə gəzir, bəzən onları tək-tək də görmək olur. Hər dəstənin özünün bir yaşlı erkək başçısı olur və bütün fillər ona tabe olurlar.[6] Hindistan filini çox tez əhilləşdirmək olur, onlar insanın sözünü eşidir, ağır işlər görürlər. Eyni vaxtda 4 nəfər insanı belində daşıyır. Fillər haqqında çox fantastik dastanlar gəzir. Məsələn: son vaxtlara qədər deyilirdi ki, yaşlı fillər öz ölümlərini hiss edib, insanlara məlum olmayan “fillər qəbirstanlığı” adlandırılan yerlərə gedirlər. Bu yerləri tapmaq, fillərin sümüklərini ələ keçirtmək ovcuların uzun illərdən indiyədək ən böyük arzusu olub. İndiyədək savannada heç vaxt filin skeletini tapmaq mümkün olmamışdır. Uzun müddət aparılan tədqiqatlar zamanı məlum oldu ki, ölən filin sümüklərini dəstədə olan digər fillər torpağa basdırırlar. Başqa heyvanlarla müqayisədə, isti hava ilə müqayisədə soyuq havaya daha çox dözümlüdürlər. Günün ən isti vaxtlarını onlar kölgəlikdə keçirirlər. Onlar günəş və su vannası qəbul etməyi sevirlər. Bununla öz dərilərini günəşin istiliyindən və günəş şualarından qoruyurlar. Təhlükə hiss etdikdə fillər öz sürətini saatda 48 km-ə qədər artıra bilirlər. Yuxuya 4 saat vaxt ayırırlar. Fillərin yaxşı eşitmə qabiliyyəti var, ancaq görmə qabiliyyətləri zəifdir. Onlar 10 m-dək məsafəni görürlər. Fillər böyük qulaqları sayəsində insandan daha güclü eşitmə qabiliyyətinə malikdir.

Hindistan filləri otyeyən heyvanlardır və gün ərzində qida axtarışına 20 saat vaxt ayırırlar. Fillərin qidasının əsas hissəsini ot, az miqdarda ağac qabıqları və bitkilərin yarpaqları təşkil edir. Fillər böyük həvəslə kənd təssərrüfatı əkinlərini də dağıdırlar: düyü əkinlərini, şəkər cuğundurunu və banan ağaclarını. Beləliklə fillər kənd təssərrüfatı ərazilərinin böyük ziyanvericiləri hesab edilirlər. Hind filinin həzm sistemi sadə şəkildə qurulmuşdur: onun silindirik formada olan mədəsi çox tutumlu olub, qida ehtiyatı saxlaya bilir. Hind filinin yoğun və nazik bağırsağının uzunluğu 35 m-ə çatır. Həzmolunma prosesinə 24 saat sərf olunur və yalnız qidanın 44-45 % həzm olunur. Gün ərzində fillər su mənbəylərindən uzaqlaşmırlar. Afrika fillərindən fərqli olaraq onlar torpaqdan mineral axtarırlar. Fillərin qidaya qarşı olan ehtiyacları böyük olduğuna görə, onlar bir yerdə 2-3 gündən artıq qalmırlar. Onların qida sahələri - 15 km2

çatır, erkəklərdə isə - 30 km2

-dir.

Sosial struktur

[redaktə | mənbəni redaktə et]

Hindistan fili sosial heyvandır. Dişilər həmişə ailə qrupları yaradırlar. Bu qrupa daxildir - ən təcrübəli dişi fil, cavan və cinsi yetikinliyə çatmamış dişilər. Bəzi hallarda sürünün yanında yaşlı erkək fil olur. Məlumdur ki, XIX əsrdə fillər dəstəsi 30-50 başdan ibarət olmuşdur. Hal-hazırda onların sürüsü 2-10 dişi fildən ibarətdir. Erkək fillər ancaq dişilərdən biri hövürlənəndə sürüyə yaxınlaşırlar. Bununla bərabər onlar nikah döyüşləri də təşkil edirlər. Qidalanma əraziləri üst-üstə düşdüyündən erkəklər bir-birlərinə qarşı səbirli davranırlar.

Hindistan filinin çoxalması fəsillərdən asıllı olmayaraq, ilin istənilən vaxtı baş verir. Erkək fillər nikah döyüşlərindən sonra sürüyə daxil olurlar. Döyüşlər bəzən ölüm və ciddi yaralanmalarla nəticələnir. Fillərin boylarının artma sürəti, böyüməsi və ömürlərinin uzunluğu insanlardan fərqlidir. Hindistan fillərinin cinsi yetkinliyi 10-12 yaşlarında başlayır. Erkəklər çoxalma qabiliyyətinə 10-17 yaşında çatırlar. Bu yaşlarında cavan erkəklər sürülərini tərk edirlər, ancaq dişilər ömürlərinin axırına qədər sürüdə qalırlar. Ən münasib şəraitdə dişilər hər 3-4 ildən bir nəsil verirlər.[7]

Populyasiyanın göstəricisi və sayı

[redaktə | mənbəni redaktə et]

Tarix boyu insanlar əvvəllər filləri ətinə görə, sonralar isə dişlərinə görə ovlayıblar. Avropalıların gəlişindən sonra fil sümüyünə və əkin sahələrinin qorunması üçün fillərin ovlanması, həmçinin yaşayış yerlərinin antropogen dəyişilməsi onların sayının kəskin azalmasına və areallarının kiçilməsinə səbəb olmuşdur. Fillərin qorunması haqqında ilk qanun Hindistanda 1879-cu ildə qəbul olunmuşdu. Bu qanuna əsasən insan vəhşi fili ancaq özünü qorumaq məqsədi ilə öldürə bilər. 1986-cı ildə Asiya fili nəsli kəsilən növ kimi “Beynəlxalq Qırmızı kitab”a daxil edilmişdir. Asiya fillərinin azalmasına əsas səbəb kimi: əkin sahələrinə vurulan ziyan, fil sümüyündən istifadə, ətinin yeyilməsi və antropogen təsir nəticəsində ətraf mühitin dəyişilməsini göstərmək olar. Həmçinin, fillərin bir çoxu avtomobillərlə toqquşma zamanı həlak olur. Uzun illərin statistikasına görə Asiya fillərinin sayı 2-5% azalır. Hər bir iri heyvan kimi fillərdə insan üçün təhlükəlidir. Təkyaşayan və yanında balası olan dişi fillər daha çox aqressiv olurlar.

Fillərin insan həyatında rolu

[redaktə | mənbəni redaktə et]

Asiya filləri əhilləşməyə meyilli olduqlarından, təlimə sürətlə uyğunlaşırlar. Nəticədə ən ağır işləri görə bilirlər. Əsrlər boyu cənub-şərqi Asiyada filləri minik və ağır yükdaşıyıcı heyvan kimi istifadə etmişlər. Meşələrdə fillər kran maşınlarını əvəz edirdilər. 300 kq qədər ağacları qaldırırlar. Ancaq hal-hazırda texnika o qədər inkişaf edib ki, Asiya fillərinin əməyinə ehtiyac qalmayıb. Asiya fillərinin çoxalma prosesi qəfəsdə yaxşı gedir. Fillər 7 yaşdan sonra təsərrüfat işlərində, 12 yaşdan sonra isə ağır işlərdə istifadə edilirlər. Vəhşi heyvanları 30 yaşından sonra əhilləşdirilmək mümkün olmadığından onları sərbəst buraxırdılar.[8] Fillər mədəniyyətdə də böyük rol oynayır. Fillər müsbət xarakter daşıyan heyvanlar hesab edilirlər, Asiyada fil padşahların minik vasitəsi kimi istifadə etdiyi heyvan olub və öz ağlı ilə qiymətləndirilib. Uzunömürlü olduqları üçün fillər ölümsüzlük simvolu hesab ediliblər. Ağ fillər Siam padşahlığının simvoludur. Məsələn: Çində yuxuda fil belində gəzmək xoşbəxtlik deməkdir.

  • Жизнь Животных. — М. Просвещение,1989,400с.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Integrated Taxonomic Information System (ing.). 2007.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. "Elephas maximus на сайте WWF". 2007-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.
  4. Жизнь Животных. — М. Просвещение,1989,396-400с
  5. Индийский слон на сайте «Мир животных»Индийский слон на сайте «Мир животных» Arxivləşdirilib 2008-12-04 at the Wayback Machine
  6. "Wildlife Corridors India". 2007-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.
  7. "Elephas maximus на сайте Animal Info". 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.
  8. Жизнь Животных. — М. Просвещение,1989,400с.