Hipermətn (ing. hypertext) – verilmiş mövzuların mətn massivlərində axtarışını təmin edən texnologiya. Axtarış, mətnə hipermətn istinadları (HYPERLİNK, LİNKS) adlanan xüsusi göstəricilərin daxil edilməsi yoluyla təmin edilir. İstinad, sənəddə seçdirilmiş elə söz və ya cümlədir ki, o, həmin sənədin başqa bir hissəsinə, yaxud başqa bir sənədə keçid yaradır və onu ekrana çıxardır. İstinadlar həm hipermətn sənədinin müəllifi, həm də istifadəçi tərəfindən qurula bilər və onlar ekranda, adətən, altcizgi, yaxud rənglə seçdirilir. Hipermətn termini 1965-ci ildə Amerika sosioloqu və filosofu Ted Nelson tərəfindən daxil edilib. Sonradan yaranan "hipermedia" termini ona mənaca yaxındır, lakin o, hipermətndə animasiya, səs və video kimi mətn olmayan komponentlərin də olmasını bildirir.
Sayta aparan saytlardakı bağlantılar əksər axtarış motorları üçün ən vacib sıralama amildir. Buna görə, onlar qəbul edilən üzvi trafikin miqdarına təsir göstərir.[1]