Hipertropiya — gözlərin səhv düzülüşü (çəpgözlük) və bunun nəticəsində bir gözün görmə oxu baxışları fiksasiya nöqtəsindən yuxarıya yönəlməsi. Şaquli dissosiasiya bir və ya nadir hallarda hər iki gözün yavaşca yuxarıya doğru sürüşməsinə səbəb olan hipertropiyanın xüsusi bir növüdür, adətən xəstə diqqətsiz olduqda.
Hipertropiya | |
---|---|
XBT-10 | H |
XBT-10-KM | H50.2 |
XBT-9 | |
XBT-9-KM | 378.31[1][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Hipertropiya ya anadangəlmə, ya da qazanılmış ola bilər. Təhriflər — ekstraokulyar əzələ funksiyasının balanssızlığının nəticəsi kimi də olur. Üst düz, aşağı düz, üst çəp və aşağı çəp əzələlər şaquli gözün hərəkətinə təsir göstərir. Bu əzələlər paretik, məhdudlaşdırıcı (fibroz) və ya hiperaktiv təsir göstərə bilər.
Anadangəlmə hallarda anormal əzələ quruluşu, adətən əzələ atrofiyası, hipertrofiya və nadir hallarda əzələ çatışmazlığı və düzgün olmayan yerdə yerləşməsi səbəbindən qüsurlu ola bilər. Xüsusi və ümumi səbəblərə aşağıdakılar daxildir:
Orta yaş və daha yaşlı olan insanlarda qəfil hipertropiyanın baş verməsi troklear sinirin sıxılması və şiş kütləsinin təsiri ilə bağlı ola bilər ki, bu da təsirlənmiş məkanı lokallaşdırmaq üçün təcili beyin MRT müayinəsini tələb edir. Bu, şəkərli diabet və ateroskleroz səbəbiylə siniri təmin edən qan damarlarının infarktı da ola bilər. Digər hallarda, bu, sinir-əzələ ötürülməsindəki anormallıq, yəni miasteniya ilə əlaqədar ola bilər.
Uzaqgörənlik və anizometropiya kimi refraktiv xətalar şaquli çəpgözlü xəstələrdə aşkar edilən anormallıklarla bağlı ola bilər. İki göz arasında şaquli diskoordinasiya aşağıdakılara səbəb ola bilər:
Ümumiyyətlə, çəpgözlüyü müxtəlif prosedurlarla yanaşmaq və müalicə etmək olar. Fərdi vəziyyətdən asılı olaraq, müxtəlif müalicə üsulları var:
Hipertropiyanın cərrahi korreksiyası diplopiyanı idarə etmək və ya kosmetik qüsuru aradan qaldırmaq üçün arzu olunur. Təqdim edilən müxtəlif cərrahi prosedurlar gözlərin hərtərəfli müayinəsindən sonra, göz hərəkətliliyə və görmə pozğunluğuna diqqət yetirməklə ətraflı ortooptik müayinə də daxil olmaqla təklif edilməlidir. Xüsusi təlim keçmiş uşaq oftalmoloqları və çəpgözlük üzrə cərrahlar bu prosedurlar toplusundan istifadə etmək üçün daha yaxşı təchiz olunmuşdular.