Hirkan meşələri

Hirkan meşələrindən keçən yolların payızda havadan çəkilişi

Hirkan meşələri (fars. جنگل های هیرکانی‎) təxminən 55.000 km2 ərazini əhatə edən, İran və Azərbaycanın Xəzər dənizi sahillərinə yaxın sulu aran və dağ meşələri zonası. Meşə qədim Hirkan bölgəsinin adını daşıyır. Ümumdünya Təbiəti Mühafizə Fondu ekoregionu Xəzər Hirkan qarışıq meşələri adlandırır. 5 iyul 2019-cu ildən Hirkan meşələri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.[1]

İranda Hirkan ekoregionu Xəzər dənizinin cənub sahili və Əlborz dağlarının şimal yamacları boyunca uzun bir zolaqdan ibarətdir. O, şərqdən qərbə qədər beş vilayətin bir hissəsini əhatə edir: Şimali Xorasan, Gülüstan (421,373 hektar onun cənub və cənub-qərbi və Qorqan düzünün şərq bölgələri), Mazandaran, GilanƏrdəbil .

  1. "Iran's Hyrcanian Forests Added to UNESCO World Heritage List". Financial Tribune. 5 July 2019. 10 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2023.