Hit Louri

Hit V. Louri (ing. Heath W. Lowry; 23 dekabr 1942, Salem[d]) — Amerikalı tarixçi. Osmanlı imperiyası və müasir Türkiyə tarixi üzrə mütəxəssidir.

Hit Louri
ing. Heath W. Lowry
Doğum tarixi 23 dekabr 1942(1942-12-23) (81 yaş)
Doğum yeri
İş yerləri
Təhsili

Hit Vard Louri 23 dekabr 1942-ci ildə Oreqon ştatının Salem şəhərində doğulub. Atasının müəllimliyi ilə əlaqədar 7 yaşından Hindistana getmiş, ibtidai təhsilini burada almışdır. 1955-ci ildə Hindistandan qayıdıb Kaliforniyada məskunlaşıblar. Orta məktəbi və universiteti burada oxuyub. Universitetdə teatr təhsili alıb. Portlend Dövlət Universitetini bitirməzdən əvvəl H. Louri iki il (1964–1966) Balıkəsirin ucqar dağ kəndi olan Bərərkətlidə Sülh Korpusu könüllüsü olaraq çalışıb.[1][2] ABŞ-a qayıtdıqdan sonra, 60-cı illərin sonlarında o, Kaliforniya Universitetində Speros Vrionis, Andreas Titse, Qustav fon QrünbaumStenford Şou kimi tarixçilərin tələbəsi olmuş, 1970-ci ildə magistr dərəcəsini və 1977-ci ildə doktorluq dərəcəsini burada tamamlamışdır.

1973–1980-ci illərdə Boğaziçi Üniversitetinin Tarix fakültəsinin əməkdaşı olaraq dərslər verdi. Osmanlı Araşdırmaları Dərgisinin (ing. The Journal of Ottoman Studies) Nicat GöyünçXəlil İnalcık ilə həmtəsisçilərindəndir.[3] 1972–1979-cu illərdə Türkiyədə Amerika Araşdırmalar İnstitutunun (ing. American Research Institute) İstnabul direktoru vəzifəsində çalışmışdır. Daha sonra 1980–1983-cü illərdə Harvard Universitetinin Dumbarton Oaks Araşdırma Kitabxanası və Kolleksiyasında baş tədqiqatçı vəzifəsində çalışıb. Orada o, son Bizans və erkən Osmanlı tarixi demoqrafiyası üzərində işləyən beynəlxalq alimlər qrupuna rəhbərlik etmişdir.[4] 1983-cü ildə bir qrup alim, iş adamı və təqaüdçü diplomatlarla və Türkiyə hökumətinin qrantı ilə Corctaun Universitetində Türk Araşdırmaları İnstitutunun (ing. Institute of Turkish Studies) yaradılmasına köməklik göstərmiş, onun direktoru (1983–1993) olmuşdur.

2010-cu ildə Bağçaşəhər Universitetinin Osmanlı Dövrü Araşdırmaları Mərkəzini direktoru Hit Louri qonaq professor olaraq dərslər vermişdir. Prinston Universitetinin "professor emeritus" fəxri adını daşıyır.[5] 2013-cü ildə təqaüdə çıxmışdır.

  • The Islamization and Turkification of Trabzon, 1461-1483. Istanbul: Bosphorus University Press, 1981.
  • The Story Behind Ambassador Morgenthau's Story. Istnabul: ISIS Press, 1990.
  • Studies in Defterology. Ottoman Society in the Fifteenth and Sixteenth Centuries. Istanbul: ISIS Press, 1992;
  • Fifteenth Century Ottoman Realities: Christian Peasant Life on the Aegean Island of Limnos, Istanbul: Eren Press, 2002.
  • Ottoman Bursa in Travel Accounts. Bloomington: Indiana University Press (Ottoman and Modern Turkish Studies Publications), 2003.
  • The Nature of the Early Ottoman State. Albany, New York: State University of New York Press (SUNY Series in the Social and Economic History of the Middle East), 2003.
  • The Shaping of the Ottoman Balkans, 1350-1550. The Conquest, Settlement & Infrastructural Development of Northern Greece. Istanbul: Bahçeşehir University Press, 2008.
  • Defterology Revisited: Studies on 15th and 16th Century Ottoman Society. Istanbul: ISIS Press, 2008.
  • An Ongoing Affair: Turkey & I. Istanbul & Eden (South Dakota): Çitlembik & Nettleberry, 2008.
  • The Islamization and Turkification of Trabzon, 1461-1483. Istanbul: ISIS Press, 2009.
  • In the Footsteps of the Ottomans. A Search for Sacred Spaces & Architectural Monuments in Northern Greece. Istanbul: Bahçeşehir University Press, 2009.
  • The Evrenos Dynasty of Yenice-i Vardar: Notes & Documents. Istanbul: Bahçesehir University Publications, 2010.
  • Remembering one's Roots. Mehmed Ali Paşa of Egypt's links to the Macedonian town of Kavala : architectural monuments, inscriptions & document, Istanbul-Kavala: Bahçeşehir University Press, Mohamed Ali Institute, 2011. (with İsmail E. Erünsal).
  • Hersekzâde Ahmed Paşa: An Ottoman Statesman's Career & Pious Endowments. Istanbul: Bahçeşehir University Press, 2011.
  • Clarence K. Streit's The Unknown Turks: Mustafa Kemal Paşa, Nationalist Ankara & Daily Life in Anatolia, January - March 1921. Istanbul: Bahçeşehir University Press, 2011.
  • In the footsteps of Evliyâ Çelebi : the Seyahatnâme as guidebook. Istanbul: Bahçeşehir University Press, 2012.
  • The Selcuk Sultân Câmi'i in Serez (Serres) & It's Place in Early Ottoman Architecture. Istanbul: Bahçeşehir University Press, 2013.
  1. Wolfgang Behn. "Handbuch der Orientalistik: Bio-Bibliographical Supplement to Index Islamicus, 1665-1980". Handbook of Oriental Studies/Handbuch der Orientalistik (ingilis). Vol. 2. 2006: 458. ISBN 90-04-15037-4.
  2. "Prof. Dr. Heath W. Lowry". Fulbright Türkiye. 2024-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
  3. "HEATH W. LOWRY". Cornucopia: The Magazine for Connoisseurs of Turkey. 2023-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
  4. "Heath Lowry". Prinston Universiteti. 2017-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-09.
  5. "Heath Lowry". PU Department of Near Eastern Studies. 2024-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]