Andreas Titse

Andreas Titse (alm. Andreas Tietze‎; 26 aprel 1914[2][3], Vyana22 dekabr 2003[2][3], Vyana) — avstriyalı türkoloq, türk dili və xalq ədəbiyytaı mütəxəssisi, lüğətşünas.[4]

Andreas Titse
Doğum tarixi 26 aprel 1914(1914-04-26)[2][3]
Doğum yeri
Vəfat tarixi 22 dekabr 2003(2003-12-22)[2][3] (89 yaşında)
Vəfat yeri
Elm sahələri şərqşünaslıq[1], türkologiya[1], leksikoqrafiya[1]
İş yerləri
Təhsili

Andreas Titse həmin vaxt Avstriya-Macarıstan imperiyasının paytaxtı olan Vyanada sənət tarixçiləri olan yəhudi bir ailədə anadan olub və ilk və orta təhsilini burada alıb. 1932–1937-ci illərdə Vyana Universitetində tarix (xüsusilə Şərqi və Cənub-Şərqi Avropa tarixi) və xarici dillər üzrə təhsil almışdır. Vyana Şərq Dilləri Məktəbində türk, ərəbfars dillərini öyrənmişdir. O, karyerasına 1938–1958-ci illərdə Hitler rejimindən sığındığı İstanbul Universitetində və 1958–1971-ci illərdə Los-Ancelesdəki Kaliforniya Universitetinin Yaxın Şərq Dilləri və Mədəniyyətləri Fakültəsində çalışaraq davam edib. TürkiyədəABŞ-də onilliklər keçirdikdən sonra Andreas Titse nəhayət 1973-cü ildə türkologiya professoru kimi Vyana Universitetinə qayıdıb. O, 1984-cü ildə təqaüdə çıxana qədər Yaxın Şərq Tədqiqatları kafedrasında professor vəzifəsində çalışıb.[4][5]

O, 2003-cü il dekabrın 22-də Vyanada vəfat edib, 2004-cü il yanvarın 7-də isə həmin şəhərdəki Neustift qəbiristanlığında dəfn edilib.[4]

1940-cı ildən yerli və xarici jurnallarda müasir türk və Osmanlı ədəbiyyatı, türk dilinin tədrisi və dilçiliklə bağlı məqalə və kitablar dərc etdirməyə başlayıb. Avstriyaalman ədəbiyyatlarından türk dilinə tərcümələr edib. Andreas Titse 1950-ci illərdə üzərində işləməyə başladığı XIV əsrə aid "Əl-Fərəc bəd əş-şiddə" ("Cətinlikdən sonra sevinc") adlı əsərinin mətnini nəşrə hazırlamış, lakin nəşriyyatın səhvi ucbatından kitab məhv edilmişdir. Bundan sonra A. Titse əsərin nəşrindən imtina etmişdir (əsərin transkripsiya edilmiş mətni və faksimile A. Titsenin ölümündən sonra macar türkoloq Georq Hazai tərəfindən 1960-cı ildə A. Titsenin yazdığı mühüm müqəddimə əlavə edilməklə nəşr edilmişdir).[4]

O, leksikologiyaetimologiyadan tutmuş tarixxalq rəqslərinə qədər müxtəlif mövzularda heyrətamiz sayda kitab və məqalələr nəşr etdirib. Giritli Əli Əziz Əfəndinin əsərləri və Gelibolulu Mustafa Əlinin dili üzərində ciddi araşdırmaları var. Bundan əlavə, o, türkologiya sahəsinə verdiyi mühüm töhfələrə görə çoxsaylı mükafatlar alıb.[5] A. Titse eyni zamanda Avstriya Elmlər Akademiyası, Türkiyə Elmlər AkademiyasıTürk DiliTarix Qurumu kimi bir çox elmi təşkilatın fəxri üzvü olub.

Asistenti olmuş məşhur türk tarixçisi İlbər Ortaylı Andreas Titsenin "türkologiyanın üzünü güldürən son simalardan biri olduğu"nu yazmışdır.[6]

Andreas Titse 1984-cü ildə Vyana Universitetindən təqaüdə çıxdı, lakin işləməyə davam etdi. 80 yaşında türkcənin etimoloji lüğəti üzərində işləməyə başladı. Birinci cild 2002-ci ildə nəşr olundu. 2003-cü ildə vəfat edəndə o, "S" hərfi üzərində işləyirdi. Qalan cildlər ölümündən sonra nəşr edilmişdir.[7] Titsenin son əsəri türkdilli xalqların söz xəzinəsini XIV əsrə aparan, RumelidəİraqAzərbaycan kimi qonşu ölkələrdə danışılan türkcəni də əhatə edən böyük əsər kimi yadda qalıb.[8]

  • Türkisches Lesebuch für Ausländer: Ecnebiler İçin Türkçe Okuma Kitabı (İstanbul, 1943, S. G. Lisie ilə birgə);
  • The Lingua Franca in the Levant: Turkish Nautical Terms of Italian and Greek Origin (Urbana, 1958, U. Henri ve R. Kahane ilə birgə);
  • Turkish Literary Reader (Bloomington, 1963, təkrar nəşri 1968);
  • The Koman Riddles and Turkic Folklore (Berkeley, 1966);
  • Advanced Turkish Reader: Texts from the Social Sciences and Related Fields (Bloomington, 1973);
  • Bilmece: A Corpus of Turkish Riddles (Berkeley-Los Angeles-London, 1973, İlhan Başgöz ilə birgə);
  • Muṣṭafā Ālī’s Description of Cairo of 1599 (Wien, 1975);
  • The Turkish Shadow Theatre and the Puppet Collection of the L. A. Mayer Memorial Foundation (Berlin, 1977);
  • Muṣṭafā ʿĀlī’s Counsel for Sultans of 1581 (I–II, Wien, 1979–1982);
  • Eremya Chelebi Kömürjian’s Armeno-Turkish Poem "The Jewish Bride" (Wiesbadenm 1981, Avedis K. Sanjian ilə birgə);
  • Akabi Hikyayesi: İlk Türkçe Roman (1851) (İstanbul, 1991);
  • Die Abdal (Äynu) in Xinjiang (Wien 1994, W. O. Ladstätter ilə birgə);
  • Ottoman Melodies, Hebrew Hymns: A 16th Century Cross-Cultural Adventure (Budapest, 1995, J. Yahalom ilə birgə);
  • Wörterbuch der griechischen, slavischen, arabischen und persischen Lehnwörter im Anatolischen Türkisch: Anadolu Türkçesindeki Yunanca, İslavca, Arapça ve Farsça Ödünçlemeler Sözlüğü (hazırlayan Mehmet Ölmez, İstanbul, 1999);
  • Tarihî ve Etimolojik Türkiye Türkçesi Lugatı (A-E, I, İstanbul-Wien, 2002; II, F-J Wien, 2009);
  • Ferec baʿde eş-şidde (ein frühosmanisches Geschichtenbuch): Freund nach Leid (I–II, Berlin, 2006, G. Hazai ilə birgə).
  1. 1 2 3 4 5 6 Tietze, Andreas // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Andreas Tietze // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 3 4 Anetshofer, Helga. "TIETZE, Andreas (1914-2003)". TDV İslam Ensiklopediyası. 2012. 2018-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-06.
  5. 1 2 "Andreas Tietze Memorial Fellowship in Turkish Studies". Universität Wien. 2023. 2023-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-06.
  6. Ortaylı, İlber. "Bilgi ve tevazunun sonsuzluğu Andreas Tietze". Hürriyet. 2018-10-07. 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-06.
  7. Griswold, William J. "Andreas Tietze (1914-2003)". Middle East Studies Association Bulletin. 38 (1). 2004: 142–144. doi:10.1017/S0026318400046885. ISSN 0026-3184. JSTOR 23063004. 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-06.
  8. "Avusturyalı Türkolog Tietze toprağa verildi". Çukurova Üniversitesi Türkoloji Araştırmaları Merkezi. 2004. 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-06.