Hovannes Adamyan

Hovannes Adamyan (erm. Հովհաննես Ադամյան; 5 (17) fevral 1879[1][2], Bakı, Bakı quberniyası, Rusiya imperiyası[3][1][…]12 sentyabr 1932[3][1][…], Leninqrad[3][1][…]) — erməni əsilli sovet mühəndisi və ixtiraçısı. Yazıçı kimi də fəaliyyət göstərmiş Adamyan, ümumilikdə 20-dən çox müxtəlif ixtiranın sahibi kimi tanınmaqdadır. Dünyada ilk eksperimental rəngli televiziya Hovannes Adamyanın üçrəngli prinsipi əsasında 1928-ci ildə Londonda nümayiş olunmuşdur.[4] İxtiraçı rəngli televziyanın yaradıcılarından biri hesab olunur.[5]

Hovannes Adamyan
erm. Հովհաննես Ադամյան
Doğum tarixi
Doğum yeri Bakı, Rusiya İmperiyası
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri Leninqrad, Rusiya SFSR
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti erməni
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Hovannes Adamyan 1879-cu ilin 5 fevral tarixində Rusiya imperiyasının Bakı quberniyasının mərkəzi olan Bakı şəhərində, varlı erməni ailəsində anadan olmuşdur. Adamyanlar ailəsi Bakı və ətraf ərazilərdə bəzi neft sahələrinə sahib idilər və eyni zamanda da İran üzərindən ipək malların gətirilməsi və satılması ticarəti ilə məşğul olurdular. Hoavannes 1897-ci ildə Bakı şəhərində məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün ailəsi tərəfindən İsveçrəyə göndərilmişdir.[6] SürixBerlin şəhərlərində yerləşən universitetlərdə müxtəlif vaxtlarda təhsil almışdır.

Təhsilini bitirdikdən sonra televiziyaların təkminləşdirilməsi ilə məşğul olmağa başlayan ixtiraçı, özünə qədərki alimlər Le Blank və Nipkovun rəngli televiziya ilə bağlı olan nəzəri işlərini inkişaf etdirmiş və rəngli televiziya sisteminin yaradılması üçün əməli fəaliyyət göstərmişdir. İlk rəngli televiziya layihəsinin nəzəri əsaslarının izah olunduğu patent layihəsinin Hovannes Adamyana məxsus olduğu iddia olunmaqdadır.[7]

Belə ki, 1908-ci ilin 31 mart tarixində Almaniyada ixtiraçıya bununla bağlı № 197183 patent sənədi təqdim edilmişdir. Digər bir oxşar patent sənədi isə 1908-ci ilin 1 aprel tarixində № 7219 qeydiyyat nömrəsi ilə Böyük Britaniyadan alınmışdır. İxtiraçı dörd müxtəlif ölkədən (Almaniya, Böyük Britaniya, FransaRusiya İmperiyası) rəngli televiziyanın ixtiraçısı olmasına dair patent sertifikatı alsa da, dünyada rəngli televiziyanın yaradıcısından daha çox, təkminləşdirən və nəzəri hissəinin müəllifi olan şəxs kimi tanınmaqdadır.

[8] 1925-ci ildə İrəvan şəhərində Adamyan və dostları tərəfindən Eristavi adlı çəkilmiş görüntünü rəngli formada göstərən cihaz təqdim olunmuşdur. Görüntülərdə laboratoriya və yan tərəfdə yerləşən otaq göstərilməklə, fiqrular və bəzi naxışlar rəngli formada ekranlaşdırılmışdır.[5]

1913-cü ildə Adamyan Sankt-Peterburq şəhərinə qayıtmışdır. 1932-ci ildə yaşadığı şəhərdə vəfat etməmişdən əvvəl Ermənistan SSR-nə bir necə dəfə uzunmüddətli səfərlər etmişdir. 1970-ci ildə cənazəsi dəfn edildiyi yerli erməni məzarlığından çıxarılaraq, İrəvan şəhərində yerləşən və məşhur ermənilərin dəfn olunduğu Komitas Panteonuna gətirilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան 1974. C. 1. S. 64.
  2. 1 2 Erməni Qısa Ensiklopediyası (erm.). 1990. C. 1.
  3. 1 2 3 Адамян Ованес Абгарович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. "Адамян Ованес Абгарович". Great Soviet Encyclopedia (rus). 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-28.
  5. 1 2 A. Rokhlin, Tak rozhdalos' dal'novidenie (in Russian) Arxivləşdirilib 2013-04-24 at the Wayback Machine
  6. Russes, slaves et soviétiques : pages d'histoire offertes à Roger Portal, Céline Gervais-Francelle, 1992, p. 387
  7. Western technology and Soviet economic development: 1945 to 1965, by Antony C. Sutton, Business & Economics — 1973, p. 330
  8. The History of Television, 1880–1941, by Albert Abramson, 1987, p. 27

Erməni nagılları