Hydrodamalis

Dəniz inəkləri və ya Hidrodamalislər (lat. Hydrodamalis) — Dyoqonlar fəsiləsinə, Sirenlər dəstəsinə daxil olan və nəsli kəsilmiş məməli cinsi. Əsasən Sakit okeanın şimal hissəsində miosen və qolosen epoxalarında yaşamışlar. Bu cinsə iki növ daxildir.

Dəniz inəkləri
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Hydrodamalis[1]

Xariçi görünüşü

[redaktə | mənbəni redaktə et]

Dəniz inəkləri böyük ölçülərə malik olmuşlar. Onların uzunluğu 7-10 metr və 4-10 ton çəkiyə malik olmuşlar. Bütün Balinakimilərdə olduğu kimi dəniz inəklərinin quyruqları bu quruluşda olmuşlar. Ləng olmalarına baxmayaraq bədənlərini fırlada bilirdilər.

Bu calıların üst dodaqları sallanmış formaya malik olmuşdur. Sanki xortumubxatırladırdı. Bu canlılarda demək olarki, diş olmamışdır. Dişləri bərkimiş damağ əvəz edirdi. Hidrodamalis Kuesta növünün isə embirionlarında dişlər aşkarlanmışdır. Kəlləlıri olduqca bərk olmuşdur.

Yayılması və yaşayış yerləri

[redaktə | mənbəni redaktə et]

Hidrodamalislər Yaponiyadan Kaliforniya sahillərinə qədər olan ərazilərdə yayılmışlar. Onlar üçün dayaz və sakit suların olması vacib olmuşdur. Üstəlik ərazidə zəngin yosun ehtiyatının olmasıda şərt idi. Ola bilsin ki, bu canlıların bu tip həyat sürməsində (dayazlıqlarda yaşaması) Köpək balığı və güçlü dalğalardan qorunması ilə əlaqədar olmuşdur.

Hidrodamalislər olduqca ləng və sülhsevər canlılar olmuşlar. Ömürünün böyük hissəsi dayazlıqlarda yaşayırlar. Əsasən dəniz yosunları ilə qidalanırlar. Onlar əsasən ailələr şəklində yaşayırdılar. Onların dərin sularda üzməsi mümkün deyildir.

  1. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]