III Şah Abbas

III Şah Abbas və ya III Abbas (tam adı: Abbas Mirzə Təhmasib oğlu Səfəvi; yanvar 1732, Qoçan, Rəzəvi Xorasan ostanıfevral 1740[2], Səbzivar[d], Rəzəvi Xorasan ostanı) — Səfəvilər İmperiyasının XI şahı (avqust 173221 mart 1736). II Şah Təhmasibin Şahpuri sultandan olan oğlu.

III Abbas
III Şah Abbas Səfəvi
Şah III Abbasın dövrünə aid sikkə
Şah III Abbasın dövrünə aid sikkə
avqust[1] 1732 – 21 mart 1736
ƏvvəlkiII Şah Təhmasib
SonrakıŞah Nadir Әfşari (hüquqi vә faktiki. Səfəvi dövləti süqut etmiş, yerinə Әfşarlı imperatorluğu yaranmışdır)
Şahbanu Raziyə sultan Səfəvi (iddiaçı)
Şəxsi məlumatlar
Doğum tarixi yanvar 1732
Doğum yeri
Vəfat tarixi fevral 1740[2] (8 yaşında)
Vəfat yeri
Vəfat səbəbi boğularaq
Dəfn yeri Məşhəd, Xorasan, Əfşarlar dövləti
Fəaliyyəti siyasətçi
Atası II Şah Təhmasib
Anası Şahpuri sultan
Həyat yoldaşı yoxdur
Uşağı yoxdur
Ailəsi Səfəvilər
Dini Şiə İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abbas Mirzə yanvar 1732-ci ildə Səfəvilər İmperiyasında anadan olmuşdur.

1732-ci ilin avqustunda Nadir xan Əfşar Xorasandakı qiyamı yatırdıqdan sonra öz tərəfdarları olan feodal əyanlarının köməyi ilə Səfəvilər İmperiyasının hökmdarı II Şah Təhmasibi hakimiyyətdən devirərək, Abbas Mirzəni hakimiyyətə gətirir. II Təhmasib isə Nadir xan tərəfindən Xorasanın Səbzivar şəhərində həbs edilir. 7 sentyabr 1732-ci ildə Abbas Mirzə III Şah Abbas adı ilə nominal şah elan edilir və tacqoyma mərasimi keçirilir[3]. Və beləliklə dövləti onun adından Səfəvi ordusunun baş komandanı Nadir xan idarə etməyə başlayır.[1] 21 mart 1736-cı ildə Nadir xan Suqovuşanda özünü şah elan edir və III Abbası Səbzivar şəhərinə atası II Təhmasibin yanına həbsə göndərir.[4]

1738-ci ildə Nadir şah oğlu Rzaqulu xan Əfşarı naibus-səltənə təyin edib ƏfqanıstanHindistana yürüşə gedir. H.Q. 1752-ci ilin baharında İraqda şayiə yayılır ki, Hindistanda Əfşar ordusuna qorxulu xəstəlik düşüb və Nadir şah özü də həlak olub. Sonradan İranda olan hindlilər tərəfindən xalq arasında vahimə yaratmaq xatirinə, belə cürbəcür şayilər yayır. Həmin ilin axırlarında Nadir şahın ölüm xəbəri çox genişlənir. May və ya iyun 1739[5] və ya fevral 1740-cı ildə[6] Rzaqulu xanı yaxın adamlarından biri olan Məhəmməd Hüseyn xan Qacar onu təhrik edir ki, ehtiyatla hakimiyyətə ən əsas namizədlərdən olan II Təhmasib və iki oğlunu öldürsün.[7] Ona görə ki, Nadirin ölümü doğru olsa, Səbzivarda Səfəvi məhbuslarının xeyrinə qiyam atəşi alovlanacaq və onun da odu surətlə ölkənin hər yerinə yayıla bilər ki, bunun da nəticəsi naibus-səltənə üçün qorxulu ola bilər. Bəzi dövlət adamları, o cümlədən Rəhim sultan Mərvi Məhəmməd Hüseyn xanın dediklərini təsdiq edir. Rzaqulu mirzə iki gündən sonra sabiq Səfəvi şahı II Təhmasib və iki oğlunu öldürməyi qərara alır və Məhəmməd Hüseyn xanı bu işi yerinə yetirmək üçün Səbzivara göndərir.

Məhəmməd Hüseyn xan, II Təhmasib və ailəsi həbs olunan binaya daxil olan kimi II Təhmasib hadisəni ailəsinə bildirir. Ailə nalə çəkməyə və ağlaşmağa başlayır. Məhəmməd Hüseyn xan içəri girib gətirdiyi iplə II Təhmasibi boğur. Təhmasibin 8 yaşlı oğlu III Abbas ozünü atasının cənazəsinin üstünə atır. Məhəmməd Hüseyn xan onu da boğur. İkinci oğlu İsmayıl Mirzəni quyuya atır. Bir şəxs də onu quyudan çıxarır. İsmayıl Mirzə gəlib özünü ata və qardaşının cənazəsi üstünə yıxır. Məhəmməd Hüseyn xan İsmayıl Mirzənin başını kəsir.[5] Bu hadisə Səbzivarda böyük şivən və dəhşətə səbəb olur. Əhali bir neçə gün matəm saxlayır. Sonra öldürülənlərin üçünün də cənazəsi Məşhədə aparılıb, orada da dəfn edilir.

  1. 1 2 Azərbaycan Tarixi, səh. 63
  2. 1 2 Deutsche Nationalbibliothek Record #1013522567 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Axworthy, 2006. səh. 123
  4. Axworthy, 2006. səh. 165
  5. 1 2 Axworthy, 2006. səh. 221
  6. Encyclopaedia Iranica, Lockhart
  7. Axworthy, 2006. səh. 220
  • Axworthy, Michael, The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant, London-New York: I.B. Tauris, 2006, ISBN 1850437068
  • L. Lockhart, Nadir Shah, London, 1938
  • R.M. Savory, Encyclopaedia Iranica
  • S. Məmmədov, T. Vəliyev, Ə. Qocayev, Azərbaycan tarixi (9-cu sinif üçün dərslik), Aspoliqraf, Bakı, 2005, 256 səh.
  • محمد هاشم آصف (رستم‌الحکمارستم‌التواریخ، به اهتمام عزیزالله علیزاده، تهران: انتشارات فردوس، چاپ دوم، ۱۳۸۲، ص ۱۳.
  • "ʿABBĀS (III)" (ing.)). Encyclopædia Iranica/iranicaonline.org. 1982-12-15/2011-07-13. 2015-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
III Abbas
Doğum: yanvar 1732 Vəfat: fevral 1740
Hakimiyyət titulları
Sələfləri 
II Şah Təhmasib


Səfəvilər imperiyası(صفویان‎) Şahı

1732-1736
Xələfləri 
II Şah Süleyman
(Səfəvilər şahlıq iddiaçısı)
Sələfləri 
II Şah Təhmasib


Şah

1732-1736
Xələfləri 
Nadir şah Əfşar
Əfşarlar imperiyasını qurdu