III Dövlət Gəray

III Dövlət Gəray və ya Qara Dövlət Gəray (16471717, Bolqarıstan) — Krım xanı.[1]

III Dövlət Gəray
1716 – 1717
ƏvvəlkiI Qaplan Gəray
SonrakıIV Səadət Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1647
Vəfat tarixi 1717
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Uşağı Maqsud Gəray
Ailəsi Gəraylar
Dini sünni islam

Krım xanı I Səlamət Gərayın oğlu və nurəddin Adil Gərayın oğludur. Krım xanı Səfa Gərayın səltənəti dönəmində birinci varisi elan edilərək kalqay ünvanı aldı. Uzun illərdir Krım taxtı I Səlim Gərayın övladlarının əlində idi. Bu isə Osmanlı sultanlarını narahat edirdi. Bu səbəblə ilk fürsətdə ailənin digər bir qolundan olan nümayəndəsini taxta çıxarmağı istəyirdilər.

I Qaplan Gərayın vəzifədən alınmasının ardından 1716-cı ildə III Dövlət Gəray Krım xanı elan edildi. Səfa Gərayın oğlu Bahadur Gəray birinci (kalqay), öz oğlu Maqsud Gəray isə ikinci (nurəddin) varis təyin edildi. Təyinatın ardından dərhal Avstriya cəbhəsinə göndərilsə də, ordu toplanması səbəbilə Bucaq bölgəsində gözlədi. Ancaq Krımda vəziyyət fərqli idi. Yerli əyanlar və əhali bəzilərindən narazı olsa da, I Səlim Gərayın oğullarının taxtda haqq sahibi olduğuna inanırdılar. Bu səbəblə qısa zamanda Krımda ayaqlanma başladı. İstanbula göndərilən nümayəndə heyəti vasitəsilə sultana narazılıq bildirildi. Beləcə, III Dövlət Gəray Krıma gedib çatamadan vəzifədən alındı və yerinə I Səlim Gərayın oğlu IV Səadət Gəray Krım xanı elan olundu.

Rumelində yaşamasına icazə verilən Dövlət Gəray həmin il bölgədə yayılan epidemiya səbəbilə vəfat etdi və cənazəsi Yanbolu məscidinin həyətinə dəfn olundu.

  • Henry Hoyle Howorth, History of the Mongols, 1880, Part 2, page 565
  • Desaive Dilek, « Le khanat de Crimée dans les archives ottomanes », dans Cahiers du monde russe et soviétique, 1972, cilt 13, n° 13-4, s. 560-583
  1. Henry Hoyle Howorth, History of the Mongols, from the 9th to the 19th Century, partie II, division I : « The so-called Tartars of Russia and Central Asia », Londres, Longmans, Green and Co, 1880, s. 565 & 606